Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Tərk Edilmişləri Qovuşduran Ruhlar

Vüqar Bayramlı

Tərk Edilmişləri Qovuşduran Ruhlar Hakkında

Tərk Edilmişləri Qovuşduran Ruhlar konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Əziz oxucular, digər kitablardan məlum olduğu kimi üz qabığında müəllifin kitabda qeyd edilmiş olduğu sloqanlar yazılır. “Eyni yaralı iki qəlb birlikdə ikən daha tez sağalar” sloqanı ilə hal-hazırda sizə təqdim edilən bu roman müəllifin sayca üçüncü kitabıdır. Psixoloji-detektiv janrda yazılmış olan bu genişhəcmli roman həyatın müxtəlif sınaqlarından çıxmış iki gəncin bitmiş ümidlərinin son işartısında təsadüfi tanış olub, xoşbəxtliyə qovuşmasından bəhs edilir. Romanda həmçinin sevgi, intiqam, axıra qədər mübarizə, əzm, döyüşkənlik, itirməyi qəbul edə bilmək bacarığı, ailə-məişət problemləri və digər aktual məsələlərə həssaslıqla toxunulub. Romanın içliyində “Yenidən, və yaxud sıfırdan başlaya bilənlərə həsr olunur” cümləsi qeyd olunub. Romanı həyatından zərbə görmüş cütlüklərə motivasiya kimi də təqdim etmək mümkündür. Kitabdan qısa parça: “Hə, bir də, bilirsən, xüsusilə nə gözəldir? Mən ağrıyan zaman sən naümid baxışlarla mənə baxırsan. Bax onda, mən heç nəyə baxmayaraq, çətinliklə də olsa, gülümsəməyə məcbur oluram. Həmin anda sevinməyə çalışırsan. Sanki fiziki qanunların əksinə olaraq, bitmiş bir enerjinin səbəbsiz yerə bərpa olmağına ümid edirmiş kimi... Onda xəbərsiz halda bir-birimizi aldatdığımıza baxmayaraq, ikimiz də xoşbəxt oluruq, fərqi yoxdur bir saatlıq, bir dəqiqəlik ya bircə anlıq... Mənə elə gəlir ki, artıq geriyə doğru gedirəm. Ölümün cazibə qüvvəsi məni səndən sürətlə alıb uzaqlaşdırır. Bir neçə saatlıq ömrüm qalıb. Sabah yeni bir sürpriz vədini veribsən. Amma məncə buna çatdıra bilməyəcəyəm. Təsadüfə bax, hələ sən!; Sabah mənim doğum günümdür. Eyni zamanda həyatla vidalaşan günüm olacaq. Bunu bütün varlığımla hiss edirəm. 29 mayı sənin həyatında ömürlük olaraq, pis bir xatirə kimi möhürlədiyimə görə təəssüf edirəm. Ah, Tünarım, nə etmək olar! Sürprizlərlə dolu həyatda kimsə nədənsə sığortalı deyil. Amma... Bağışla!.. Bağışla məni!.. Həyatından belə tezliklə getdiyimə, səni tənha qoyduğuma, sənin üçün yaşaya bilmədiyimə və ən əsası, səni ağrılı xatirələrlə əbədi olaraq baş-başa qoyduğuma görə bağışla! Bədənim səni çox sevirdi... İndən sonra ruhum sevəcək!”
Tahmini Okuma Süresi: 7 sa. 25 dk.Sayfa Sayısı: 262Basım Tarihi: 16 Şubat 2017Yayınevi: Nərmin Yayın Evi
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 76.9
Erkek% 23.1
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Vüqar Bayramlı
Vüqar BayramlıYazar · 3 kitap
Vüqar Bayramlı 1 mart 1987-ci il tarixində Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1993-cü ildə birinci sinfə gedib. Məktəb vaxtlarından etibarən mütəmadi olaraq, aktiv şəkildə futbol və yüngül atletika idman növləri ilə məşğul olmağa başlayır. 2004-cü ildə məktəbi bitirir və həmin il də ADİU-nun "Beynəlxalq iqdisadi münasibətlər" fakültəsinin "İnzibati idarəetmə" ixtisasına qəbul olur. 2009-cu ildə hərbi xidmətini başa vurub. Uzun müddət nəqliyyat sahəsi və bank sektorunda fəaliyyət göstərib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bir neçə xarici dil bilir. Bakı şəhərində yaşayır, subaydır. Yaradıcılığı Əsasən detektiv, psixoloji və psixoloji-detektiv kimi janrlarda əsərlər yazır. Yaradıcılığa birbaşa romandan başlayıb. İlk kitabı detektiv janrda olan "Sirli Dəvətnamə"dir. İkinci kitabı isə psixoloji-detektiv janrda yazılan "Biçarə Sevgilər" romanıdır. Təxminən ötən iki yüzillikdə məşhur yazıçılar detektivi başqa janrlarla sintez etməyə başladılar. Bunun da nəticəsində yeni ədəbi janrlar meydana gəldi. Bu sıraya tarixi-detektiv, siyasi-detektiv, mistik-detektiv, fantastik-detektiv və digər janrları əlavə etmək olar. Vüqar Bayramlının yaradıcılığında böyük yer tutan psixoloji-detektiv ədəbi janrı detektiv ədəbiyyatda bir o qədər də təsadüf edilmir. Bu janrda demək olar ki, roman yazılmayıb. Ona görə də müəllifin məşğul olduğu bu janrı detektiv ədəbiyyatda yeni janr hesab etmək olar.