Rəqəmsal Meşə

Üçüncü Addım

Qaraqan
Yazar:
Qaraqan
Tahmini Okuma Süresi:
5 sa. 54 dk.
Sayfa Sayısı:
208
Basım Tarihi:
2021
İlk Yayın Tarihi:
Şubat 2016
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
2001330584633
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Reqemsal Mese
Puan vermedi·214 syf.··
2025 4. kitabı
·
13 günde okudu
·
Okunma: 03 Şubat 2025 00:58
Bezi seyler cox sarsida , bezileri ise uzunuze sille kimi vura biler. Insanin dunyani anlamaga komek eden duygulari hissleri ne qeder de acidir. Onlar hec biri ideal deyildir. Heqiqet ve yuxu arasindaki ferq? Heqiqet ilk basdan heqiqetdir davamliliga sahibdir. Yuxu ise deyil. Realliq bir adaptasiyadir bizim ucun . Realligin yuxu ile ferqi ondadir ki yuxuda cox az gormusuk mocuze, realliqda ise cox gormusuk. Bezi seyler anlamaga calismaniz , felsefi yanasmalar bunlar hamisi heqiqete catmaq ucun sadece bir vasitedir. Eyni ile de xeyal gucu . Kitab heqiqeten bu anlamda dehsetdir.
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
Düşüncələrim...
Puan vermedi·214 syf.··
2023 19. kitabı
·
19 günde okudu
·
Okunma: 26 Mayıs 2023 18:33
Biz kimik? İdarə olunan canlılar , ya elektron toplusundan yaranan bədən? Tanrının yaratdığı ən ali varlıq, ya sehirbazın göstərdiyi fokus? Kodlardan ibarət yaşam , ya elektriklə işləyən mexanizm? Daxilində gizli dünya olan mövcudluq , ya kainatda ən kiçik zərrəcik? Həqiqətdə olan reallıq, ya yuxuda baş verən illüziya? Ən bəsit maddə, ya kəşf olunmağı gözləyən böyük bir sərvət? Düşünən beyin , ya keçmişdən bu günə gələn informasiya? Biz kimik? Biz nəyik?
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
9/10
·214 syf.··
2021 34. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Temmuz 2021 22:36
3 Addım trilogiyasının son kitabı həmçinin Qaraqandan oxuduğum sonuncu kitab...Çünki üçüncü addımı bitirməklə bütün kitablarını oxumuş oldum...Elxan Zeynallı(Qaraqan) ilk olaraq musiqi sahəsində heyran oldum,daha sonra Mələk romanından başlayaraq bütün kitablarını bitirdim...Yazardan oxuduğum ilk kitabı sevmədikdə o yazarın kitablarına birdə şans vermirəm.Qaraqanın kitablarına ikinci addımla başlasam eynisi olacaqdı.Oxuduğun 9 kitabdan ikinci addım qəliz və təhlükəli gəldi...Amma bu Elxan Zeynallı fəlsəfəsinə,düşüncə tərzinə qarşı fikrimi dəyişmədi.O mənim üçün hər zaman mükəmməl olaraq qalacaq...♡keçək üçüncü addıma: Üçüncü addım elmi faktlarla zəngin bir kitab idi.Amma hərkəsin anlaması üçün sadə dildə yazılıb sıxılmadan rahatlıqla oxumaq olur.Həmişə Qaraqan niyə getdi deyə sual verərdim amma artıq bu sualın cavabı bəllidi... Üçüncü addımın sonlarında belə bir cümlə var " Ümid edirəm ki,məni sancmağa çalışmayacaqsınız.Amma bu 8 ildə o qədər sancmısınız ki,artıq sizin zəhərinizə belə immunitetim formalaşıb" və düşündüm ki, nə yaşatdılar bu adama bu cümləni deyəcək....Sən demə hər kitabı oxuculara çatdıqdan sonra mason,kafir,düşmən deyərək hücum edirlərmiş sosial şəbəkələrdən və real həyatda...Reallığa qalsa bizim ölkə Qaraqan kimi mükəmməl birini hak etmədi...!
Edebiyat
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
9/10
·214 syf.··
Beğendi
·
2021 3. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Şubat 2021 20:29
Bu əsəri oxuduqda artıq dünyanı tamamən fərqli səkildə qavrayacaqsınız. Hər gün keçdiyiniz o yollar, hər gün gördüyünüz eviniz, ətrafınızdakı insanlar tamamilə fərqli görünəcək sizə. Kitabda elmi işlər çox gözəl anladılıb. Müəllimlərin hər gün bizə öyrətməyə çalışdığı fizika çox asand və anlaşılan dildə yazılıb kitabda. Məncə "Üç addım triologiyası" Azərbaycan gəncliyinə gərəkən kitablardandır. Həmişə mənə qaranlıq qalardı ki, niyə insanlar elmin dərinliklərinə endikcə dinsiz olurlar. Kitabı oxuduqda bu sualın cavabını da tapmış oldum.
Düşünce
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
10/10
·214 syf.··
2021 44. kitabı
·
16 saatte okudu
·
Okunma: 15 Mayıs 2021 14:23
Qaraqanın "Üç Addım" trilogiyasının sonuncu kitabını bitirdim. Rahat üslubda axıcı şəkildə yazılıb çətinlik çəkmədən 1 gün ərzində bitirə bilərsiniz. Və ən xoşuma gələn 3 addım kitabı oldu. Ən əsası kvant fizikası ilə bağlı olan bölmə çox maraqlı və məlumatlı idi. Bu mövzu barədə dahada irəli getmək və mənəvi anlamda dahada inkişaf etmək istəyirsinizsə Google da Oğuzhan Korkmazın "yeni başlıyanlar için gücleri geliştirme klavuzu" yazısını oxuya bilərsiz. Xoş mütaliələr))
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
10/10
·214 syf.··
Beğendi
·
2018 1. kitabı
Möhtəşəm bir kitab. Ən yeni elmi kəşflər və fəlsəfi düşüncələrlə zəngin olan bu kitabı bir an belə sıxılmadan oxudugumu deyə bilərəm. Həqiqət axtarışında olan hərkəsə bu kitabı oxumağı məsləhət görürəm
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
6/10
·214 syf.··
2021 8. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Mart 2021 15:00
Qaraqanın hansısa kitabını oxuyarkən belə sıxılacağımı təsəvvür edə bilməzdim. Hətta deyərdim oxuduğum ilk kitab idi ki, yarımçıq buraxmaq düşüncəsinə bu qədər qapılım. Kitab saysız-hesabsız təcrübələrlə, elmi faktlar, araşdırmalarla, fəlsəfi problemlərlə doludu. Bəli faydalı ola bilər amma arxa-arxaya bunları oxumaq məni çox yorurdu. Həm bəzi təcrübələr çox maraqsız və sıxıcı idi. Hələ sual cümlələrinin dəhşət faiz çoxluğu, bir yerdə artıq işgəncə kimi gəlirdi mənə. Kitabı sadəcə trilogiyanı bitirmək istədiyim üçün dözüb bitirdim. Yazarın da dəqiqədə bir dediyi kimi "avam kütlənin anlaması üçün bu kitabları sadə dildə yazıram." Birinci, ikinci addım okay. amma dalbadal oxuduğum üçün üçüncü də olan qeyri-bədiilik artıq çox yorucu gəlirdi. Bir də iki səhifədən bir deyir həqiqət elə, həqiqət belə, həqiqətə çatan belə olur. Amma bizə elmi faktlardan başqa bir şey göstərmirdi. Hələ deyir dəyişməyənlər zəvvarlardı. Axı burda dəyişmək üçün nə səbəb var idi? Sadəcə Dekart və copy-paste problemi başlığındakı yazılar maraqlı gəldi. Bir də sonlara məna qatan Freudun kəşfi. Qalan hissələrini oxuduqda demək olar ki. kitabı yarım qoyub-qoymamaq arasında gedib gəlmişəm.
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
8/10
·214 syf.··
Beğendi
·
2022 8. kitabı
Kitabı oxuduğum müddət ərzində bir çox fikirlər ilə razılaşmış, bəzi faktlara təəccüblənmiş, bəzi suallar barədə düşünmüş və bir çox fikirlərimə bu kitabda rast gəlmişəm. Hətta bəzi zamanlarda "Belə düşünən bir tək mən deyilmişəm" belə demişəm öz-özümə. Hələki səhifə 170-dəyəm və kitab 214 də bitir. Bitəndə nə düşünəcəm bilmirəm, amma indi düşündüklərimi yazmaq və unutmamaq istəyirəm. Kitabda müəyyən fikirlər oldu ki, onlarla tamamilə razılaşdım. Məsələn, kitabda belə bir cümlə keçir - "Biz qəribə bir dünyada doğuluruq. Uşaqlıqdan valideynlərin daha sonra isə yaşadığımız cəmiyyətin şərti reflekslərini qəbul edir və lokal qanunlar və ənənələr ilə tərbiyə alırıq. Tərbiyə bizi cəmiyyətə uyğun, yararlı və heç bir qanunu pozmayan, sözə baxan fərdə çevirmək üçündür. Amma "sözə baxan" insanlar heç vaxt söz sahibi olmur və ömürlərinin sonuna kimi başqalarının dediyi sözlərə baxır və onlara görə hərəkət edir. Məktəb bizi daha da sistemə yararlı edir. Biz artıq nəinki müəllimi dinləyirik, hətta onun təkrarlamalı oluruq. O necə deyibsə elə də cavab verməli, o necə danışıbsa elə də biz mətni danışmalıyıq. Artıq biz sistemin idarə etdiyi və sistemə bizi idarə etməyə yardımçı şəxslərə çevrilirik. İşə başlayanda isə biz sistemin çarxlarından biri oluruq." Hər bir cümləsi necə də doğrudur! Sistemin bir parçası... Çox qəribədir, həmişə qurulmuş sistemdən kənara çıxıb başqa qanunlar yaradıb ona uyğun hərəkət etməyə çalışdığım üçün ​digər insanlar həmişə təəccübləniblər. Bəziləri üçün bu çətin mübarizə, bəziləri üçün xəyal, bəziləri üçünsə əsl cəsarət idi. Amma əslində bu heç biri deyildi. Eslində bu olmalı olan, amma olmamaq üçün yox edilən gerçəkdir. Hərkəsin öz həyatı üçün seçim haqqı var. Kimsə sizi başqa cür görmək istəyirsə bu onun problemidir. Siz hərkəsin xəyal etdiyi kimi biri
Felsefe-Düşünce
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
Puan vermedi·214 syf.··
Beğendi
·
2023 49. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Kasım 2023 22:31
İnsanlar sadə deyil mürəkkəb cavab axtarırlar.Onlar öz qorxaq yalanlarında dolaşıblar ki,həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır... Üçüncü Addım
1000k
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma
Puan vermedi·214 syf.·
2020 6. kitabı
Üçüncü addım bitti? Həyatın anlamsızlığında bir anlam tapmama kömək oldu, bir çox suallarıma cavab tapdım ama məni daha fərqli, daha dərin suallar qarşısında qoydu. Bu mənə görə mənfidi ..ya da mənfidəki müsbətdir. Cavabı tapmışam ama ona uyğun bir sual tapıb cavabın əvvəlinə yaza bilmirəm. Kitab həyata baxışımı dəyişdi deyə bilərəm. Bir səhifə oxuyub on gün həmin səhifəni düşünmək, araşdırmaq.. kitabı oxuyub bitirmiş kimi hiss eləmirəm ya da bəzi cümlələrin üstündə yetərincə qalmadığımı düşünürəm yenidən oxuyacağım kitablar arasına əlavə olundu.
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016652 okunma

Yazar Hakkında

QaraqanYazar · 9 kitap
Qaraqan (tam adı: Elxan Aqşin oğlu Elçin) - Azerbaycanlı rapçi, müzisyen, yazar, gazeteci, Azerbaycan Yazarlar Birliği üyesi, Ulusal Kitap Ödülü yarışmasının ilk birincisi. Şu anda 8 romanın yazarıdır. Elhan Zeynallı 3 Nisan 1987 yılında Bakü'de doğdu. 7 yaşında okula gitmiştir. 2005 yılında Türkiye Diyanet Vakfı Bakü Türk Lisesi'ni (TDV-BTL) bitirdi. Aynı yıl Bakü Devlet Üniversitesi'nin Gazetecilik Fakültesi'ne girmiştir. 2007 yılında oluşan H.O.S.T. grubunun solistidir. Grup üyeleri 2012 yılından itibaren solo okumaya başladılar. 2007 yılının sonlarından yazarlık faaliyetine başladı. 7 romanın ve ilginç hikayelerin yazarı. Eserlerinde adalet hissi tebliğ olunur. 2007 yılında AYB-nin en genç üyesi seçilir. 2007 yılında "A" romanı Azerbaycan'da en çok satan kitaplardan birine çevrilir. 2008 yılında bir süre Amerika'da yaşadı. 2008 yılında Azerbaycan çapında "Yılın Genci" adına layık görülüyor. 2009 yılında Cumhurbaşkanlığı bursu ile ödüllendirilir. 2009 yılında "Bir milyon Dollarım olsaydı" romanı en çok satan kitap olur. 2010 yılında askeri hizmette olur. Rus dilinde yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı Rusça konuşan kitle için tasarlanmıştır. 2011 yılında "Kısa devre" adlı solo konseri oluyor. 2011 yılında "Çocuk yardım" kampanyasında yer alıyor ve "Bir" şarkısına klip çekilir. 2012 yılında "Deniz vağzalı" nda "Beşikten Mezara" adlı konseri yapılacaktır. 2012 yılında Ankara ve İstanbul konserleri oluyor. 2012 yılında "A" romanı ABD'de basılan ilk Azerbaycanlı yazarların kitabı olur. 2012'de fantastik-dram-trajedi tarzında yazılan "Melek" romanı BDT ülkelerinde bestsellerə çevrilir. 2013 yılında "Коpоткое Зaмыкaние" adı altında Moskova konseri oluyor. 2013 сü yılında "Evakuasiya" adlı romanı ilgiyle qarşılanır. 2013 yılının Kasım ayında trilogiyanın birinci bölümü "Birinci adım Beş anonim milyoner" sunuluyor .. 2014 yılının Aralık ayının 27-sinde yazarın "Üç adım" trilogiyasının "İkinci adımı "yazıcıdan çıkıyor. Aynı gün okuyucuları ile BMM-de görüşen yazar kitabını sunuyor ve kitaptaki konularla ilgili seminer geçiyor. Görüşmede yer alan 250 kişi okuyucuya imzalı kitap verilir.