Xudafərin Körpüsü

Fərman Kərimzadə

En Eski Xudafərin Körpüsü Gönderileri

En Eski Xudafərin Körpüsü kitaplarını, en eski Xudafərin Körpüsü sözleri ve alıntılarını, en eski Xudafərin Körpüsü yazarlarını, en eski Xudafərin Körpüsü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim. Göhvərin yekdanəsindən irəli pərgar idim. Gah Hüseynlən belə pustumu soydu qazilər. Gah o Mənsur donuna girdim,"ənəlhəqdar"idim. On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm. Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim. Mən Xətaiyəm, haqqı haqq tanımışam bigüman Onun üçün ol yaratdı, mən ona dərgar idim... ŞAH İSMAYIL XƏTAİ
Sayfa 313Kitabı okudu
Onlarda "top" adlı bir silah var, uzunluğu üç addım, barıt adlı bir şey doldururlar, üstündən də yumru dəmir qoyurlar. Fitili var, yandırırlar. - Daha demə. Silah söhbəti Fərrux Yasarı tərk -silah eləmişdi. Biz yaşamışıq, bundan sonra gələnlərin vay halına. Bir var kişi kimi qılıncını çəkib qabaqdakı ilə vuruşasan, bir də var şeytanla əlbir olub onu uzaqdan vurub yıxasan.
Sayfa 354 - Kitab KlubuKitabı okudu
Reklam
Adi həqiqətlər çox vaxt böyük həqiqətlərin kiçik əksi olur.
Sayfa 374 - Kitab KlubuKitabı okudu
Allah bu vətən uğrunda canından keçən bütün şəhidləri rəhmət eləsin.
Vətən hamımızın beşiyi və hamımızın da məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı -bəhərli olmaz.
Sayfa 410 - Kitab KlubuKitabı okudu
İnsan xilqəti bələdir də
Xırda, kiçik məqsəd yolunda ölümə gedir, böyük məqsədi isə başa düşmür.
Sayfa 410 - Kitab KlubuKitabı okudu
442 syf.
·
Puan vermedi
·
7 günde okudu
Azərbaycan Tarixi ilə maraqlan oxucular mütləq göz gəzdirməli olduğu əsərlərdən biridir. Tarixi romanda XIV əsrin sonu XV əvvəllərində baş vermiş hadisələr haqda söhbət açılır. Əsərdə Azərbaycan tarixində xüsusi rolu olan böyük dövlət xadimi, gözəl şair, bacarıqlı sərkərdə Şah İsmayıl Xətainin uşaqlığı və gəncliyi haqda məlumat toplamaq üçün gözəl vasitələrindən biridir. Əsərdə Şah İsmayılın uşaq yaşlarında yaşadığı keşməkeşli həyatından başlayaraq Təbriz -Səfəvi taxtına əyləşdiyi ana qədər ki hadisələr müfəssəl şəkildə qeyd olunub. Bu əsərdə həm də Azərbaycan tarixinin böyük hökmdarlarından Həsən Padşah Bayanduri ilə yanaşı şərqin ilk diplomat xanımı Sara Xatun, Şeyx Heydər, Əbih Sultan kimi tarixi şəxsiyyətlərindən də yadda qalan obrazları yaradılıb. Bütün tarix sevən oxucuların nəzər yetirməli olduğu əsərlərdən biridir. Xudafərin Körpüsünə qovuşduğumız bu zamanlarda inşallah bu əsəri ekran işi olaraq görmək də nəsib olar
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019157 okunma
Reklam
168 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.