İnsanlar her yıl bireysel olarak büyük kayıplar verebilir veya büyük kazançlar elde edebilir lakin bu yıl Dünyaca en büyük kaybı verdik, İNSANLIĞIMIZI!..
Salam, dostlar, bu kitab Kristin Hannahdan oxuduğum ikinci əsərdi. Əsər Yeni il mövzusundadı. Və çox bəyəndim
Möcüzələrə inanırsınız? Bu kitab əslində sizə möcüzələrə inanmağı və hisslərinizə güvənməyi öyrədir
Həyatda ən böyük zərbəni ən yaxınlarından alan Joy bunu aşa bilmir. Bütün bunlardan qaçıb uzaqlaşmağa çalışarkən isə heç gözləmədiyi
Jurnalistikadakı işindən məmnun olmayan Cerrie üçün 2 yol qalır. Ya ailəsinin yanına qayıdacaq, ya da kariyerasında yeni bir fürsət axtaracaq. Kitabı ən çox satılan yazıçı Finndən reportaj almağı qəbul edən Cerrie necə bir çətin yolda olduğunu anlamır. Hər kəsdən uzaq Alyaskada yaşayan yazıçı ilə görüşü ikisinin də həyatını dəyişəcək
Əsəri çox sevdim. Xüsusən, Alyaskanın təsviri, soyuğu, parlaq ulduzları, yeni il çox gözəl enerji ötürürdü. Xəyalımızda canlandırdığın nağıl kimi qış və kitablar
Yeni il və soyuq qış günlərində axıcı bir əsər axtarırsınızsa, rahatlıqla bu əsərə müraciət edə bilərsiniz
Hər birinizə xoş mütaliələr
Magistr tələbəsi Ashley Davison yeni ili anası ilə keçirmək üçün Seatle-a getməyə hazırlaşır. Köhnə ordu kəşfiyyatçısı da iş üçün həmin şəhərə getməlidir. Amma bütün təyyarə biletləri tükəndiyi üçün son çarələri maşın kiralamaqdır. İkisi də qalan tək maşını kiralayıb yola çıxırlar və bu yolda onları gözləyən hadisələrdən xəbərləri yoxdu
Əsər mütləq oxunması gərəkən bir əsər deyil. Yeni ildə rahat, axıcı, bayrama uyğun bir kitab seçəcəksinizsə, Debbie Macomberin əsərlərinə müraciət edə bilərsiniz Həmçinin, yazıçıdan 3 yeni il mövzulu kitab oxuduqdan sonra bunu deyə bilərəm ki, əsərlərindəki hadisələrin süjet xətti, demək olar ki, eynidir
Hər birinizə xoş mütaliələr
Bir Kış RüyasıDebbie Macomber · Epsilon Yayınevi · 2020662 okunma
Debbie Macomber bu kitabında ailə bağlarının nə qədər əhəmiyyətli olduğunu, sevgi və dostluğun gücünü bir daha göstərir və bunları Yeni il ab-havasında təqdim edir
Lindy bayram üçün Seattle'dan ailəsinin yanına gəlir. Böyük xəyal qırıqlığı yaşayan Lindy üçün ailəsinin yanında olmaq rahatlıq deməkdir. Anası onun vəziyyətini gördükdən sonra kiçik yaşlarından bəri Şaxtaya babaya yazdığı məktubları ona verir, göstərir ki, uşaqlıqdan bəri nə istəyibsə, olub. Və qızına bu il də bir məktub yazmasını məsləhət görür. Lindy'nin Yeni ildə nə istədiyini və arzularının gerçəkləşib gerçəkləşmədiyini əsəri oxuyanda biləcəksiniz
Bu əsəri də çox sevdim, hərzamankı kimi şirin və axıcı idi. Hər birinizə xoş mütaliələr
Yeni Yıl DileğiDebbie Macomber · Epsilon Yayınları · 2022256 okunma
Əgər yeni il üçün bircə kitab tövsiyə etmək şansım olsa, ancaq bu kitabı tövsiyə edərdim Əsər uşaq ədəbiyyatına aid görünsə də, əslində böyüklərin dərs çıxarması üçün nəzərdə tutulub. Hər şey Ebenezer Scrooge'un 7 il əvvəl ölən ortağının hayaletini görməsilə başlayır. Beləliklə də, öz həyatına - keçmişinə, indisinə və gələcəyinə səyahətə çıxır, özünü dərk etməyə başlayır
Düşünürəm ki, biz insanların da buna ehtiyacı var. Bəlkə, bütün pislikləri, mənfi xüsusiyyətləri batini gözlə görə bilsək, həyatın dəyərini anlayarıq və qısa olan ömrümüzdən səmərəli şəkildə yararlanarıq
Həmçinin, bu kitabın filmini də izlədim. Möhtəşəm idi
Hər birinizə xoş mütaliələr
Bir Noel ŞarkısıCharles Dickens · İthaki Çocuk Klais · 20197,3bin okunma
Debbie Macomberin Yeni il mövzulu kitablarını sevirəm. Çox şirin və axıcı dili var
Bacarıqlı iş xanımı olan Everly Yeni il tətili üçün gəmi səyahətinə çıxır. Bu səyahət isə Amazon meşələrində öyrənmə gəzintisidir. Everly burada nələr yaşayır, həyatı necə dəyişir bunu əsəri oxuyanda biləcəksiniz. Amma bunu qeyd edim ki, əsər ailənin nə qədər dəyərli olduğunu bir daha sübut edir. Xüsusən də, ailədəki problemlərin, anlaşmazlıqların həlli daha sevgi dolu bir mühit yaradır.
Hər birinizə xoş mütaliələr
"Derdin kendindendir bilmiyorsun,
derman yine sendedir görmüyorsun.
Koskoca âlem içine yerleştirilmiş,
sen kendini hâlâ küçük bir şey mi zannediyorsun?"