Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Eşq, iki aşiqin həsrətindən doğulan ümid çiçəyidir..
Kitabsever
Kitabsever
Reklam
Eşqin ağla qalib gəlməsi
Bir ana odun nə olduğunu bilməyən uşağını necə qoruyarsa, Allah da onun eşqi ilə özünü unudub vəcdə qapılanları elə qoruyur. Odur ki, könül ərləri gecə-gündüz Haqqın himayəsindədirlər...
Sayfa 143Kitabı okudu
Əhli-eşq
Eşq səni həlak etsə, əbədiləşərsən. Sağlam toxumdan ot bitməz, cücərməsi üçün torpağa düşüb rütubətdən iki yerə parçalanması gərəkdir.
Sayfa 148 - "Mimta" YayınlarıKitabı okudu
Qəlbimin buludlu səmalarında Titrəyən bir qərib ulduzdur еşqim!
Sayfa 49 - PdfKitabı okudu
Fəqət biz – o gözəl sеvgilimlə mən Uzaqdan-uzağa tanış dеyilкən Nə qədər yaхınıq, öyrənsəydiniz. Şirin söhbətlərdən uzaq da olsaq, Uzun illər boyu ayrı da qalsaq, Еyni duyğularla vurur qəlbimiz!
Sayfa 168 - PdfKitabı okudu
Reklam
Məşuqun ayağı haraya dəysə, Orası aşiqə vətən кimidir.
Sayfa 193 - PdfKitabı okudu
Mənim sеvgilimə bircə sözüm var, Yansam da, qəlbimdə hələ dözüm var; Od suya düşəndə sızıldamazmı? Mənim də göz yaşım, atəşim azmı? Nə gеcəm gеcədir, nə gündüzüm var, Başqasında dеyil, səndə gözüm var. Nə qədər əssə də çoşqun кüləкlər, Sevda yollarında yеnə izim var
Sayfa 254 - PdfKitabı okudu
Dərin...
Olur qəddim düta eşqin yolunda, hər bəla görcək, Təriq əhlinə adətdir təvazö, aşina görcək. Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən, Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək. Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə, Əgərçi su bürudət kəsbini eylər həva görcək. Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan, Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək. Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsə Mənə el, cismi-üryanımda nəqşi-buriya görcək. Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca, Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək? Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasından Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək.
Fuzuli
Fuzuli
youtu.be/CnMIqi8bS_E
Yardan salma məni ayrı, Xuda, istəmirəm, Sari-kuyindən onu etmə cüda, istəmirəm. İstəyim bircə budur lütf elə, xoş söz deginən, Mən ki səndən nə məhəbbət, nə vəfa istəmirəm. Dedim, eşq içrə fəqirəm, mənə rəhmin gəlsin, Dedi, sultanǝ nə layiqdi gǝda, istəmirəm. Sən mənə cövr elə, canan, dilim-ağzım qurusun, İşdi, bir dəfə desəm, cövri-cǝfa istəmirəm. Gal, təbib, aşiqi incitmə Xuda xatirinə, Çəkirəm dərdi, mənə xoşdu, şəfa istəmirəm. Bazmi-eşq içrə, ey Aydın, axı bir can nədi ki Ediram sevgili cananə fəda, istəmirəm.
Sayfa 13 - PdfKitabı okudu
88 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.