g

Gül Şiir

2 üye
ŞÜKRİYYƏM ÜÇÜN
Bir gülsən, dərmişəm gənclik bağından, Bir gülü, çiçəyi dərmərəm sənsiz! Kam aldım ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz! Şükriyyə taleyim, şükür Xudaya! Gördüyüm doğrumu, yoxsa pək röya?! Dolub ürəyimə bu dadlı xülya, Şirin günlərimi sürmərəm sənsiz! Əvət, bu sevdanın səfası çoxdur, Sevdasız həyatın mənası yoxdur! Gözlərin yıldızdır, kirpiyin oxdur, Ürək qubar olar - can vǝrǝm sənsiz!.. Şerimin sözüsən, sözün - ahəngi! Üzündə bərq vurur güllərin rəngi! Xəyalın, camalın gözəl çələngi! İlham yetim qalar, ağıl - kəm sənsiz! Gəncə, 1917
Sayfa 18 - QanunKitabı okudu
Dan Ulduzu
Bu qaranlıq gecə nə qədər sürdü, Yetiş imdadıma, ey Dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey Dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var. Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey Dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl "onu" andır! Gəzlərim yolunda, üzüm haqdadır, Aman, sən “yox” demə, ey Dan ulduzu! Gəncə, 1914, 21 fevral
Sayfa 38 - QanunKitabı okudu
Reklam
Çırpınırdı Qara dəniz
Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! "Ah!.." deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına! Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən,
Sayfa 12 - QanunKitabı okudu
Yazım, Gəl, Baharım, Gəl
Ürəyim döyünüb uçar quş kimi. Düşər torpaqlara vurulmuş kimi! Sellər, sular coşar qudurmuş kimi! Vuruşar, döyüşər yorulmuş kimi, Çəkilər yatağa durulmuş kimi! Yazım, gəl, baharım, gǝl! Şəmsim, gəl, Nigarım, gǝl! Əsmər üzlü yarım gəl - Gəl, yoxdur qərarım, gǝl! Əzəldən salmışam meylimi, meylimi sana! Veribdir hüsnünü Leylimi, Leylimi
Sayfa 16 - QanunKitabı okudu
Sən nə gözəl unudursan adamı...
Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı... Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum. Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum. Hələ ki, səbrimin daş tərəfisən, Hələ ki, yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram. Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı...
Sayfa 110 - Vasif ZöhraboğluKitabı okudu
Bir bənd şeir
Görünmür yanaqda xalın qarası, İzn ver, telini qaldırım, düşür. Sənin saçlarına yağış damlası, Mənim ürəyimə ildırım düşür...
Sayfa 96 - Taleh MansurKitabı okudu
Reklam
152 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.