Gül Şiir

Gül Şiir

2 üye · 5 yeni gönderi
Nədən oldu?
Əllərini üzüb məndən, Yarım birbaş gedən oldu. “Can” deyib, “can” eşidərdik, Bu ayrılıq nədən oldu? Qızılgüləm, dəstəyəm mən, Bülbüləm, qəfəsdəyəm mən. Gəzirəm mən qəmli-qəmli, Görən deyir, xəstəyəm mən. Yandı ürək, kabab oldu, Gül bağçamda xəzan oldu, Mən ki səndən ayrılmazdım, Bu ayrılıq nədən oldu? Yaranmışıq məhəbbətdən, Alovlanıb yanıram mən. Bu həsrətdən, bu möhnətdən Gözümün yaşı dən-dən oldu. Öz eşqimdən, diləyimdən Ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən, Ürək deyil, bədən oldu!
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Ayrı düşdük, aylar ötdü, il oldu, Eşqim sənsiz bir çağlayan sel oldu. Bağça saldım, çiçək açdı, gül oldu, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Min rəng verir bahar hər bir çiçəyə, Ruh gətirir hər qəlbə, hər ürəyə. Mən çatıram min arzuya, diləyə, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Deyirlər ki, yoxdur sevgi, məhəbbət, Bir-birinə qız-oğlan edir adət. Doğrudansa, yoxdur əgər məhəbbət, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Novruz Gəncəli ©
Reklam
Gəl yuxuma...
Mən səni yuxuda görürəm hər gün, Ən şirin arzular, diləklər kimi. Hərdən qanad açıb pərvaz edirsən Başımın üstündə mələklər kimi. Hərdən vüsal olur hədiyyən mənə, Həsrət yaxın düşmür qətiyyən mənə. Hərdən etinasız baxıb sən mənə Ötürsən yanımdan küləklər kimi. Hərdən üşüdürsən məni qar kimi, Hərdən yandırırsan od, şərar kimi, Çöhrən gah olur gilənar kimi, Gah solur don vuran çiçəklər kimi. Məni əfi kimi çalıb yuxular, Qovğa dünyasına salıb yuxular, Səbri-qərarımı alıb yuxular, Sərgərdan olmuşam böcəklər kimi. Demirəm yanıma ilk baharda gəl, İstəsən, tufanlı ruzigarda gəl. Ancaq yuxuda yox, aşikarda gəl, Gəl, sözlü, nəğməli ürəklər kimi... 🌹
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Yenə gəlib yaz ayları, Bülbül gülə naz eyləyir, Sevirəm sözün deməyə, Dodaq dilə naz eyləyir. Tamam xəyala dolmuşam, Ürəyi al-qan olmuşam, Görüb yarımcan olmuşam, Bilə-bilə naz eyləyir. Bənövşələr əlindədir, Gümüş kəmər belindədir, Tül libası əynindədir, Bədən tülə naz eyləyir. Aşıq Əhliman ©
Gözəl
Yenə varaqlandı könül kitabım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Düşündüm gül açır, bülbül oxuyur, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sinəmə bir eşqin sazını asdım, Hər könül nəğməmi o dedi, yazdım. Çox eşqin səsinə qulaq da asdım, Bir sənin, bir sənin eşqinlə, gözəl. Gah odsuz, alovsuz pərvanə oldum, Eşqinlə güləcək divanə oldum. Bəlkə yüz gözələ biganə oldum, Bir sənin, bir sənin eşqinlə, gözəl. Qəm-kədər üzünə tutanda pərdə, Qəmləndi çaylar da, şəlalələr də. Sandım-doğur günəş, gülür səhər də, Bir sənin, bir sənin eşqinlə, gözəl. Sənsiz bir anıma dedim bir ildi, Dərdimi nə bacı, nə ana bildi. Məhəbbət önündə qəddim əyildi, Bir sənin, bir sənin eşqinlə, gözəl.
Məmməd Araz
Məmməd Araz
Reklam
105 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.