Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Reklam
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
29 Ocak 22:15
Taramış zülfünü dökmüş gerdana Yel estikçe dalgalanır her yana. Dedim dilber çevir yüzün bak bana Gözler yıldız al yanaklar ay mıydı? Arasan dünyayı bulunmaz eşi Siyah bulut perdelemiş güneşi. Ah çekti gözünden sel etti yaşı Deniz miydi derya mıydı çay mıydı?
Susuz, soğuk dudaklardan döküldü birkaç hece. Bak, gökyüzü berrak, yağmur var ve ıslandım. Her dervişin dimağında yer eden bir bilmece. Yıl 57, yer Nedim divanında bir gece. Huzurlu bir ses yükseliyor Sıla-i Rahim’den. Ölmenin tam zamanı hazır hava güzelken. Çeşminden dökülmüş doğarken kıvırcık saçların, bir ezanla fısıldanmış en güzel isim; ADIN. © Şair Lütfü instagram.com/reel/C240fyhNKn...
İncə
Vəfadarım mənim, ilk baharım mənim, Eşqində görmüşəm səadətimi, Məndən dönsən əgər, Ayım, Günəşim sönər, Könül verdiyim, qoru məhəbbətimi. © Südabə Şəfa instagram.com/reel/C2xixhUNR3...
Dinlə məni sevgilim
Dayan, sözümü kəsmə, Səbirli ol, tələsmə, Haray, səs ver səsimə, Dinlə məni, sevgilim. Safdır ürəyim, içim, Günahım yox and içim, Qalmadı taqət, gücüm, Dinlə məni, sevgilim. Sözlərimdə yox yalan, Mənəm oduna yanan, Bağrım olacaq talan, Dinlə məni, sevgilim. Düz danışan mənəm, mən, Eşqə sadiq mənəm, mən, Söylə mənə sən əhsən, Dinlə məni, sevgilim © Vüqar Əhməd
Reklam
Gəl bir dəfə çay içək, Hesabı mən verəcəm. Biraz geciksən belə Mən yenə gözləyəcəm. Düzü çay xoşlamıram, Sənə görə gəlmişəm. Sən astaca içərsən Mən səni izləyəcəm. (Müəllifi bilən varsa yazsın) 🌿
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
30 Ocak 14:11
Könlümü zülfünə bənd eyləmisən şanə kimi, Düşmüşəm çöllərə sənsiz dəli-divanə kimi. Gəzmə öz dərdinə bir başqa gözəllərdə əlac, Kimdir aləmdə bilən dərdini cananə kimi.
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
29 Ocak 22:31
Demə tək bülbül olur eşqdə fəryadə gələn, Ağlayan gül də olur, göz yaşıtək şəbnəmi var.
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
27 Ocak 19:11
Uçdu bülbül yenə bağda güli-rənaya tərəf, Baxdı, bir naz ilə gül, bülbüli-şeydaya tərəf. Bağlanıb qaldı, könül saçlarına, nazlı gözəl, Baxdı bir dəfə gözüm nərgizi-şəhlaya tərəf. Sən bir aslan kimi məğrur idin, ey vəhşi könül, Çəkdi bir ceyranın eşqi səni səhraya tərəf. Yoxdu daş qəlbinə dərya kimi eşqin əsəri, Sel çəkər güclə gələndə daşı dəryaya tərəf. Yüz dəfə döndərib üz, sevgidən əl çəksən əgər, Çəkəcək, yar, səni, Mir Mehdi, bu sevdaya tərəf.
100 öğeden 51 ile 60 arasındakiler gösteriliyor.