Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən Allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni...
Qızıma
Dinlə sözlərimi, yaxşı qulaq as İnsan bu dünyada qonaqdır, qızım. Şan-şöhrət, var-dövlət, bəzək-düzəklər Bu gün var, sabah yox, sınaqdır, qızım. Ətrafa boylanıb bir göz gəzdirsən, Nə qədər hikmətlər, sirlər görərsən. Toxum səp, meyvəsin mütləq dərərsən Zəhmətin bəhrəsi dadlıdır, qızım. Sadə ol, sadəlik ucaldar səni, Gözəl duyğularla bəslə
Reklam
Sevmişəm səni
İlk bahar çağında, əriyəndə qar, Açanda yarpaqlar, sevmişəm səni. Olanda yamyaşıl dərələr, dağlar, Axanda bulaqlar, sevmişəm səni. Keçən təmtəraqlı bu gəncliyimdə, Mən ilk sevincimdə sevmişəm səni. Görsəm də əzablar dəcəlliyində, Şeirtək içimdə sevmişəm səni. Uca dağ döşündə açanda güllər, Dinəndə bülbüllər, sevmişəm səni. Gələndə ilhama eşqi-könüllər, Dil açsın qoy dillər, sevmişəm səni. Sənin saçlarında gəzəndə əlim, Söylədi ki dilim: Sevmişəm səni. Sevincdən titrədi, əsdi qələmim, Danışdı aləmim: Sevmişəm səni.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
Nədən oldu?
Əllərini üzüb məndən, Yarım birbaş gedən oldu. “Can” deyib, “can” eşidərdik, Bu ayrılıq nədən oldu? Qızılgüləm, dəstəyəm mən, Bülbüləm, qəfəsdəyəm mən. Gəzirəm mən qəmli-qəmli, Görən deyir, xəstəyəm mən. Yandı ürək, kabab oldu, Gül bağçamda xəzan oldu, Mən ki səndən ayrılmazdım, Bu ayrılıq nədən oldu? Yaranmışıq məhəbbətdən, Alovlanıb yanıram mən. Bu həsrətdən, bu möhnətdən Gözümün yaşı dən-dən oldu. Öz eşqimdən, diləyimdən Ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən, Ürək deyil, bədən oldu!
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Gedirəm bu axşam, gedirəm gülüm. Bilirəm gül üzün solacaq mənsiz. Gedirəm gəlməsəm qalacaq sevgim, Bəlkə də gözlərin dolacaq mənsiz. Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Bürüyüb göyləri indi çən, duman Torpaq dilə gəlib aman! ay aman! Vətən gözü yaşlı qalsa o zaman, Ay allah, sevgilim qalacaq mənsiz! Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Piruz Dilənçi © ⠀
Dostum
Qarşımda sənmisən, xəyalınmıdır? Sevdalı könlümün soltanı dostum! Gördüyüm röyamı, vüsalınmıdır? Nigaran qəlbimin cananı dostum! Sənmisən başımı oxşayan öylə? Saçımda dolaşan əllərinmidir? Xoş bir nəfəs kimi üzümdə, söylə Dolaşan dağınıq tellərinmidir? Söylə, bu gördüyüm həzin qaranlıq Axşamdır, zil qara gözlərinmidir? Xəyaldır oxşayan məni bir anlıq, Sənin ümid dolu sözlərinmidir? Kim duyardı sakit gözəlliyini Dənizin fırtına, tufan olmasa? Vüsalın ləzzəti duyulardımı, Ayrılıq olmasa, hicran olmasa?!
Rəsul Rza
Rəsul Rza
Reklam
Gəl yuxuma...
Mən səni yuxuda görürəm hər gün, Ən şirin arzular, diləklər kimi. Hərdən qanad açıb pərvaz edirsən Başımın üstündə mələklər kimi. Hərdən vüsal olur hədiyyən mənə, Həsrət yaxın düşmür qətiyyən mənə. Hərdən etinasız baxıb sən mənə Ötürsən yanımdan küləklər kimi. Hərdən üşüdürsən məni qar kimi, Hərdən yandırırsan od, şərar kimi, Çöhrən gah olur gilənar kimi, Gah solur don vuran çiçəklər kimi. Məni əfi kimi çalıb yuxular, Qovğa dünyasına salıb yuxular, Səbri-qərarımı alıb yuxular, Sərgərdan olmuşam böcəklər kimi. Demirəm yanıma ilk baharda gəl, İstəsən, tufanlı ruzigarda gəl. Ancaq yuxuda yox, aşikarda gəl, Gəl, sözlü, nəğməli ürəklər kimi... 🌹
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Ayrı düşdük, aylar ötdü, il oldu, Eşqim sənsiz bir çağlayan sel oldu. Bağça saldım, çiçək açdı, gül oldu, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Min rəng verir bahar hər bir çiçəyə, Ruh gətirir hər qəlbə, hər ürəyə. Mən çatıram min arzuya, diləyə, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Deyirlər ki, yoxdur sevgi, məhəbbət, Bir-birinə qız-oğlan edir adət. Doğrudansa, yoxdur əgər məhəbbət, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Novruz Gəncəli ©
Sən məni unuda bilsən...
Sən məni, əzizim, unuda bilsən, Gərək çıxmayasan yaşıl çəmənə. Mən o çəmənlərdən bir bahar çağı Bir dəstə gül dərib vermişəm sənə… Sən məni, əzizim, unuda bilsən, Gərək baxmayasan yağan yağışa. Açıb könlümüzü bir çətir kimi
Neylərəm?
Dilbəra, mən səndən ayrı ömrü, canı nеylərəm? Təхti-tacı, mülkü-malı хanimanı nеylərəm? İstərəm vəsli-camalın ta qılam dərdə dəva Mən sənin bimarınam, özgə dəvanı nеylərəm? Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan, Mən ki, yardan ayrı düşdüm, bu cahanı nеylərəm? Çoх dualar qılmışam mən хaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı nеylərəm? Dilbər aydır, еy Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr еyləsəm, danla fəğanı nеylərəm?
İmadəddin Nəsimi
İmadəddin Nəsimi
instagram.com/reel/C3huZIZtt7...
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.