Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Bən söylədim dərdimi, Tazə yaşıl yaprağa! Daha dərdim bitmədən O sərildi toprağa
Sayfa 199 - QanunKitabı okuyor
Reklam
Sən bir duru yaz yağmuru
Sən bir duru yaz yağmuru, mən bir quru torpaq, Qurbanın olum yağ, mənə can vermək üçün yağ. Müşk ətri saçan zülfünə, ey gözləri ahu, Köksümdəki divanəni eşq eylədi dustaq, Qurtar məni tənhalığımın dar quyusundan, Bərraq bir ümidlə səni gözlər gözüm ancaq. Qəlbim sənin öz doğma məkanındır, əzizim, Gəl mülkünə sahib çıx, olub yadlara tapdaq. Sən lütfi kimi qəm günü qəm çəkmə, əzizim, Bir ahına bəndəm ki, olam dərdinə ortaq. Həsən Lütfi ©
Bəncə, dərdin ən yamanı İtirmək dərd anlayanı! Hər yetənə sordum hanı, Göstər bir dərd anlayanı?!
Sayfa 179 - QanunKitabı okuyor
Yaralı quş
Yaralıdır könlüm quşu, yaralı, Yaralandı yazıq şair olalı! Bir dərinlikdə ki, hər düşən çıxmaz, Qurtulmaq istəyir, qanad yaramaz! İmdadına gələn ümidindən az, Yaralıdır könlüm quşu, yaralı!
Sayfa 113 - QanunKitabı okuyor
Qaldı
Bir gül əkdim, açılmamış dərdilər. Zəhmətimdən mənə bir tikan qaldı. Əmək çəkdim, gün keçirdim, gül əkdim, Əməyimdən solğun bir fidan qaldı! Nə yazım yaz, nə də günüm gün oldu, Könlümün çiçəyi açmadan soldu. Qanadımı bir uğursuz əl yoldu. Yerində bir damla quru qan qaldı. Söylədiyim boş söz, tökdüyüm qan-yaş, Haqqıma, - kim isən - ǝl vurma, yavaş. Yavaş ki, dərdimə ağlayan qardaş, Yerində, arxamda bır düşman qaldı. Yaralandım, sarmadılar yaramı, Yas gününə döndərdilər bayramı. Əlimdən aldılar son bir çaramı, Əsəri ruhumda bir fəğan qaldı!
Sayfa 124 - QanunKitabı okuyor
Reklam
NƏ YAZIM
Nə yazım, ayrılıq nədir bilməzsən, Nələr çəkdiyimi çəkənlər bilər. Nə deyim, söz varmı dərdimə ölçü, Sənsiz göz yaşları tökənlər bilər! Sənsiz nədir Günəş, nədir qaranlıq? Nədir günahımız biz ayrı qaldıq? İşıqsız bir dünya yaşarmı artıq? Gözünə qaranlıq çökənlər bilər! Bəlkə, sən anmadın mənim adımı?! Bilməm xatirində yerim qaldımı? Mən bir çiçək quşu - pozmam andımı, Güllər bilməsə də, tikanlar bilər! Dərbənd, 3 may, 1920
Sayfa 32 - QanunKitabı okuyor
Sevməsəydim səni mən?!
İnanmadın sözümə, Bir gülmədin üzümə İllər məni ucaltdı, İllər məni qocaltdı. Deyirəm öz-özümə: Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?!
Sayfa 66 - QanunKitabı okuyor
Mən doğrusu, daim gülmək istərəm, Nə öldürmək, nə də ölmək istərəm! Artıq yetər Yer üzündə axan qan, Yetər artıq bu gözyaşı, bu hicran! Mən istərəm yaşıllıqlar solmasın, Sevdaların sonu hicran olmasın! Qurumasın gözəl üzdə tər danə, Nə ağlasın bülbül, nə də pərvanə! Dilindəki aşiqanə qəzəli Qoy oxusun o qəlbimin gözəli! Ürəyində nə dərd qalsın, nə qayğı. Mən görməyim səadətin sonunu! Ölüm getsin, qalmasın da kölgəsi, Olsun dünya - o bir sevinc ölkəsi! Ah, bu günlər könül belə umunca, Dəyişsəydi bir göz açıb yumunca! Ey uçarkən düşüb ölən kəpənək, Sən də gözlə, elə bir gün gələcək!..
Sayfa 83 - QanunKitabı okuyor
Nice sevgilerin bir pula satıldığı bir dünyada Sensin, her şeyin üstünde tutan sevdiğini Ben senin en çok bana yansımanı sevdim Bende yeniden var olmanı, benimle bütünleşmeni Mertliğini, yalansızlığını, dupduruluğunu sevdim Ben seni sevdim, ben seni sevdim, ben seni...
Ümit Yaşar Oğuzcan
Ümit Yaşar Oğuzcan
251 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.