Dövlətli olmaq istəyirsənsə, bil ki, səfalı dövlət yalnız qanaətdədir. Zəngin bir insan fəqirə ətək-ətək qızıl paylasa, sən də götürüb minnətli olma, onun buna görə qazanacağı savaba tamah etmə. Böyüklərimizdən öyrənmişəm: "Fəqirin səbri zənginin comərdliyindən daha yaxşıdır".