Niyə insanı Allah bu qədər narazı yaradıb, görəsən? Yazda hamı yayı arzulayır, yağışdan, küləkdən bezib isti hava, dəniz mövsümü istəyir. Yayda istilərdən cana doyduqlarını dilə gətirib nəfəslərini isti qarsıya-qarsıya payızı, sərinləri gözləyirlər. Payızda növbəti yağışlar və zəhlətökən küləklərdən bezikib qışın qarının, gözqamaşdıran bəyazlığının həsrətini çəkirlər. Qışda sümük sızladan soyuqdan, qarın palçığa, suya çevrilib başağrısına çevrilməsindən gileylənəndə isə hamı yazı arzulayır. Güllü-çiçəkli yazda barı sümüklərinin qızacağını, təbiətin oyanacağını gözləyirlər...Sonra da hər şey yenidən təkrar olunur...