İnsan üçün bir məsələ tam həll olunmayıbsa, o, həmişə həmin məsələyə qayıdacaq, həmişə düşüncəsini məşğul edəcəkdir. Bəzən bu yarımçıq qalmış geştalt insanın keçmişində baş vermiş hadisə və ya hisləri ilə əlaqəli olur. Düyün kimi şüuraltında özünə yer edir və insanın həyatına, hislərinə, davranışlarına təsir edir. Geştalt nəziriyyəsi deyir ki, natamam məsələ tamamlanmayana qədər insana rahatlıq yoxdur.