Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ
Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda,ayazda sevdim. Gör biz nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Agaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni,istisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağı Nə baxırsan göyə sən? Deyirsən ki,günəş çıxıb,Qar əriyir deyəsən...
Sayfa 38·Kitabı okudu
Şiir
Əgər mən generala kəpənək kimi çiçəkdən çiçəyə qonmağı, dram əsəri yazmağı, qağayıya çevrilməyi əmr etsəm və o bu əmrləri yerinə yetirə bilməsə, bunun günahkarı kim olacaq? General, yoxsa mən? - Siz. - Düzdür. Bir insan digərindən yalnız onun bacara biləcəyi işləri tələb edə bilər. İdarəçilik, hər şeydən əvvəl, səmərəli olmalıdır. Əgər sən öz təbəələrindən özlərini dənizə atmalarını istəsən, onlar sənə qarşı üsyan edərlər. Mənim əmrlərim məntiqli olduğuna görə təbəələrimdən itaət tələb etməyə haqqım var.
Sayfa 48 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Bir quş kimi uçdum özüm, Bir budaqtək qondum sənə. Mən sənə inandım,sözüm, Mən sənə aldandım,sənə. Bu dünyadan üz çevirdim, Tək səni sevdim-sevildim, Tək sənin dadını bildim, Tək sənə dadandım,sənə. Sən məni tutdun qarğıştək, Ayrılmadıq gözlə qaştək, Divara hörülən daştək Hörüldüm,suvandım sənə...
BAXMAZ
Qəm ki,doldu bir ürəyə,Üstünə-altına baxmaz. Baxmaz yediyin çörəyə,Atdığın addıma baxmaz. Gözlərin yaşarar qəmdən,Ürəyin qaşınar qəmdən,Bu sifətdə, bu görkəmdə Güzgü də adama baxmaz. Baxtın düşər səndən uzaq,Yüz yol çağır: -A baxt!.. A baxt!.. Qumdan evcik hörən uşaq Sularda batana baxmaz.