7/10
·320 syf.··
2026 3. kitabı
·
5 günde okudu
·
Okunma: 05 Şubat 2026 17:42
Guillaume Musso bu kitabında əgər zamanda geriyə gedib kiçik bir dəyişiklik etmək istəsək, həmin dəyişikliyin ağlımızın ucundan belə keçməyəcək hadisələrə səbəbiyyət verməsini aydın və oxunaqlı bir dillə oxucularına izah etmişdir. Kəpənək effekti, paralel kainatlar, zamanda səyahət kimi mövzulara maraq göstərirsinizsə, kitabı oxumanızı tövsiyyə edirəm. Kitab 60 yaşında Eliotun kambocalı bir kişinin ona 10 ədəd zamana səyahət həbbi təqdim etməsilə başlayır. Eliot buna çox sevinir və zamanda səyahət etmək qərarına gəlir. 30 il öncə sevdiyi qadını itirmişdi və bu itki onun qəlbində peşmanlıq hissini 30 il daşımasına səbəb olmuşdur. Lakin hadisələr Eliotun gözlədiyi kimi cərəyan etmir. O bu hadisənin qarşısını almağa nail olmaq fikrindəydisə, onu qarşıda çox böyük bədəllər gözləyirdi. (ardını oxumaq qərarına gələn oxucular üçün bölüşmürəm, spoiler olmasınn) Kitabın məndə yaratdığı hiss çox qəribədir. Kitaba necə başlayıb, onu necə bitirdiyimi özüm də bilmədim. Bircə ondan əminəm ki, o həbblər məndə olsaydı, yəqin ki bu kitabı oxumamış biri olaraq onlardan istifadə edib, nələrisə dəyişməyə çalışardım. İndi isə kitabı oxumuş biri olaraq o həbbləri ümumiyyətlə götürməzdim. Əlbəttə, mən paralel həyatlarımız olduğu reallığını danmıram. Mənə elə gəlir ki, başqa bir kainatda hamımızın fərqli həyat tərzləri var. Amma indinin gücü və hal-hazırda sahib olduqlarımızla 5-10 il ərzində ,bəlkə də, çox şeyi dəyişəcəyik. Xoş mütaliələr <3
İnceleme
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201856 okunma
Elxan Elatlı '' On dördüncü adam'' kitabı
4/10
·332 syf.·
2026 3. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 3 - Elxan Elatlı '' On dördüncü adam'' kitabının təhlili. Müəllifin qələmindən oxuduğum ikinci kitab olan On dördüncü adam qısa müşahidə ilə anlaşılır ki , müəllif özünü inkşaf etdirib və bu dəfə ədəbiyyat adına daha ortalama əsər ortaya çıxarıb.Fəqət mən yenədə kitabın yetərsiz olduğun düşünürəm.Əsər marketdən çıxan bir müəllimənin və ondan əvvəlki gün qətlə yetirilən adamın araşdırması ilə başlanğıc götürülür fəqət əsas hekayə bu marketin tam önündəki evinin balkonunda saatlarla oturan axsaq kişinin həyatı ilə bağlıdır. Ali təhsil almaq üçün Bakıya gələn gənc tələbə Firdovsi öz taleyi ilə qumar oynmaq istəyir və bunu edir.O universitet qapısından girəcək 14 cü adamın (qadının) həyatının qisməti taleyi olacağına inanır və bu vəclə addım atır.Əsər buradan təməl hekayəsini alır .İndi gənc obrazımıza görəsən Tanrı necə birini qismət edəcək o məhv olmağın ilk addımını atmış olacaq yoxsa xoşbəxtliyin ? Əsər əslində insana ilk növbədə onu öyrədir ki insan öz taleyi ilə heç bir halda qumar oynamamalı və bunun kimi həyati məsələləri şansa buraxmamalıdr.Ümumən insan qumar oynamamalıdır....Həqiqətən də bu həyatda seçdiyimiz hər şey , atdığımız ən xırda addım bellə öz kəpənək effekti ilə bizim həyatımıza inanılmaz dərəcədə təsir edir.İstər oxuduğumuz məktəbi seçmə qərarı istər işimizi və istərsə də gələcək həyat yoldaşını seçmə qərarı...Tolstoyun ''Kreyçer Sonatasi'' , ''İvan İliçin Ölümü'' İvan İlyiç'in Ölümü '' , Mc Evanının ''Fındıq qabığı Fındık Kabuğu və.s əsərlərdən yaxşı bilirəm ki bu həyatda gələcək həyat yoldaşı seçimi nə qbir seçimdir.Həqiqətən də insan öz müqəddəratını bəlkə də həmin zaman müəyyən edir.Kitabda bu məsələnin vacibliyi kifayət qədər təsirli əks olunub. Həmçinin SSR dövrünün vətənimizə vurduğu zərbələrdən də bəhs olunub.Məsələn BDU'nun
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,199 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
8/10
·112 syf.··
2025 13. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Aralık 2025 21:20
Kitabdan : “Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Tolstoy “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu,dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların - hətta onları tanımasaq belə - həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları,dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?” , “ pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir. Mən oxuyanda bir səhv etdim ki, tam boş vaxtımda bir dəfəlik bütün kitabı oxumadım. Bir həftə ərzində ara verərək oxudum. Kitab qısa hekayələrdən ibarət olsa da obraz çoxdur. Onları yadda saxlamaq biraz çətindir. Amma ümumən bəyəndim.
Saxta KuponLev Tolstoy · Parlaq İmzalar · 202224 okunma
9/10
·288 syf.··
Beğendi
·
2025 5. kitabı
·
131 günde okudu
·
Okunma: 23 Kasım 2025 21:01
Sarah Jio-Kelebek adası Yayda oxumağa başladığım kitabı nəhayət ki , bitirdim. Məncə, Sarah Jio sevgidən ən gözəl yazan yazardır. Sehirli, macəra dolu, sevgi dolu, möcüzə dolu, ümid dolu, inam bir kitab oxudum.Kelebek adası Əfsanəyə görə mavi kəpənək möcüzənin, sehrin və dəyişimin göstəricisidir. Ona gündoğumunda rastlayan adamın həyatı tam dəyişirmiş. Əsərin baş qəhrəmanı Charlottedir. O Eriklə evlənir və bal ayına gəmi ilə səyahətə çıxır. Bermuda üçbucağı və sehirli gəmi turu onun həyatını tamamilə dəyişir. Eriki dəniz tutduğundan səyatin çox qismini otağında keçirir. Və proqramların çoxuna qatıla bilmir. Erik qayıq turuna bilet almağıunutduğundan Charlotte qayıq gəzintisinə tək çıxmalı olur. Qayıq səyahət edərkən bədbəxt hadisə baş verir və itir. Sahildən axtarışlar heç bir nəticə vermir. Qayıqakı insanların hamısı ölür. Lakin Charlotte və Gray möcüzə nəticəsində sağ qalmağı bacarırlar.Okeanda 10 gündən çox qayıqda üzən iki nəfər nəhayət bir adaya rast gəlir. İzsiz , tapılmayan bir adada tanımadığı biri ilə sağ qalmaq uğrunda mübarizə aparan qadının bütün həyatını mavi kəpənək adası dəyişir. Böyük sevgi, macəra, fantastika, həyəcan dolu kitabı çox böyük maraqla oxudum. Sarah Jio qələmi bu kitabda da öz incəliyi, həssaslığı ilə seçilirdi. Kitabda illərlə gəmi səyahətində itgin düşmüş gəmilər, fərqli həyatlar, ayrı-ayrı talelər də yer alıb. Yazar bu kitabla ümid siqnalı ötürüb.Sağ qalmağa inam, sevgiyə və möcüzəyə inam. Həqiqətən də insan inananda yolun yarısını qət eləmiş sayılır. Charlotte ilə Grayi ölməyə qoymayan inam və sevgi olur… Əsər çox gözəl və müsbət enerji ötürür. Xoş mütaliələr Carpe diem, kitabla qalın, mavi kəpənəklərə və onların gətirdikləri möcüzəyə inanın
Kelebek AdasıSarah Jio · Pena Yayınları · 201913bin okunma
10/10
·136 syf.··
Beğendi
·
2025 3. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Temmuz 2025 00:00
Salamlar, əziz kitabsevərlər Kitab oxuma vərdişimi geri qaytaran Ahmet Şerif İzgörenin “Avcunuzdaki Kelebek” kitabı haqqında yazmaq istədim Bu kitabla “Xoşbəxtlik nədir?” sualına cavab axtararkən tanış oldum. YAXŞI Kİ, TANIDIM. YAXŞI Kİ, OXUDUM Bəzən həyatda axtardığımız bütün cavablar içimizdə olur. Çox vaxt bu sürətlə axıb gedən həyatın içində nə etdiyimizin və niyə etdiyimizin fərqində belə olmuruq. Ona görə sadəcə bir az susmaq, dinləmək və hiss etmək lazımdır… Bu kitab mənə xatırlatdı ki, həyatda əlimizdə olanların, yaşadığımız anların və keçdiyimiz yolların qədrini bilmək ən böyük gücdür Bir çox nemətə sahibik, amma fərqində deyilik… Əslində o “kəpənək” elə əlimizdədir – sadəcə hiss etmək lazımdır. Kiçik bir xatırlatma: "Önemli olan birilerini geçmek değildir. Mutlu, tatmin edici ve dünyaya yararlı bir hayat yaşamaktır." Sən də bir az dayan… Öz içinə bax… Bəlkə sən də o kəpənəyi hiss edərsən?
Hayata Dair
Avcunuzdaki KelebekAhmet Şerif İzgören · Elma Yayınevi · 202212,9bin okunma
8/10
Nəfəs - kitablar kitabı - Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı. 2006-cı ildə "Qanun" nəşriyyatı tərəfindən çap olunmuşdur. "Nəfəs -kitablar kitabı" əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü". İlk üç kitab nəzm, dördüncü-nəsr, beşinci esselərdən ibarətdir. Beləliklə - bir damın altında beş otaq, bir cildin içində beş kitab. "Nəfəs -kitablar kitabı" 2008-ci ildə qısaldılmış variantda Bengü nəşriyyatı tərəfindən Türkiyədə də nəşr olundu. Kitaba daxil olan əsərlərin bir qismi ingilis, fransız, alman, ispan, polyak, bolqar, rus, ukrayna və s. dillərə tərcümə olunmuşdur.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma