**__01.03.2026
🦋 Zero Discrimination Day__**
Bu gün ayrı-seçkiliyə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq gündür.
2014-cü ildən etibarən qeyd olunur və əsas təşəbbüskar qurum UNAIDS-dir (BMT-nin HİV/QİÇS proqramı).
🎯 Məqsədi nədir?
İnsanlar arasında bərabərliyi təşviq etmək
İrqə, dinə, cinsə, milliyyətə, sağlamlıq vəziyyətinə görə ayrı-seçkiliyin qarşısını almaq
HİV ilə yaşayan insanlara qarşı stiqmanı azaltmaq
İnsan hüquqlarını qorumaq
🦋 Niyə kəpənək simvoludur?
Kəpənək:
Dəyişiklik
Azadlıq
İnkişaf
simvoludur. Bu gün insanların daha ədalətli və bərabər cəmiyyət qurması mesajını verir.
🌍 Harada qeyd olunur?
Zərif bir kəpənək idin..
Və mən ovuclarımı açdım..
Bilirdim, uçarkən bir saniyə belə düşünməyəcəksən..
Qanadlarını çırparkən, geriyə bir dəfə də olsun baxmadan..
Mən bilirdim, bu sənin üçün ən yaxşısıdır..
Havanı çəkərkən ciyərlərinə,
Və mən boş qalan ovucumu, hələ də, yummağa cəsarət edə bilməzkən..
Mən bilirdim, səni görə bilməyin tək yolu bu idi..
Sən səmada uçarkən və qanadlarını çırparkən,
Mən bilirdim, bu səni son görüşümdür..
Və mən dəqiq bilirdim, buna dəyərdi..
Və mən dəqiq bilirdim,
Buna dəyərdin..
Məsudə Cabbar
Gələcək təlaşından, keçmiş iztirabından bu günümüzü yaşaya bilməyəcək hala gəlmişik.
Axı niyə?
Axı niyə keçmişin kölgəsi daim başımızın üzərini kəsdirir, axı niyə gələcək bir uçurumu xatırladır?
Axı keçmişin kölgəsində daha nə qədər yaşayacağıq, axı işığa hələ nə qədər qaranlıq zirzəmilərin əlboyda pəncərələrindən baxacağıq?
Keçmişin kölgəsindən qaçmağın, gələcəyi unutmağın bir yolu olmalıdır ya yox?
Axı niyə xoşbəxtlik sanki kəpənək qanadına qonub bizdən qaçır, toxunanda məhv olur? Axı niyə sanki Sizif əməyinə məhkum olmuşuq?
Şəhriyar demişkən "Axı niyə səmərsizdi sənalarımız, niyə qəbul olmur dualarımız?"
Biz çox istəyərkən azdanmı olmuşuq görəsən? Ya bəlkə heç nə istədiyimizi hələ də öyrənə bilməmişik? (c)
Bu dəfə səninçün gül gətirmədim
Amma ürəyimdə qalmadı əhdim –
Qəbirstan gül açıb bu bahar çağı
Arada bir topla lalə ocağı
Elə bil əlimdən düşüb odlanır.
Qaymaq çiçəkləri həndəvərində
Göy otlar içində zərnişan yanır.
Tək bənövşə bitib yaxınında,
Mənə deyəcəyin gizli sözündü –
Xırda ləçəklərdə titrəyir səsin
Atam da, anam da yatır yanında,
Necə danışaq ki, eşidilməsin.
Gəl sükut içində mələk dilində,
Bənövşə dilində, lalə dilində,
Gül-çiçək dilində danışaq bu gün.
Cəhənnəm yəqin ki, çiçək bitirməz,
Bu incə çiçəklər cənnətdən gəlib, –
İncədən incə
Kim gedib görübki, biz də eləcə,
Gəl cənnət dilində danışaq bu gün.
Cənnət ağacımız tubu dilində,
Təbiət dilində danışaq bu gün.
Bir də qulaq verək o qərib səsə,
Qoyub başımızı gedər-gəlməzə
Daş məhbəs dilində danışaq bu gün.
Sonuncu sözünü tuta bilmədim,
Son nəfəs dilində danışaq bu gün.
Yatır daş altında ömürlər, illər,
Daşlarda çatlar var, torpaqda qatlar,
Xəzəli başında qaldırıb otlar,
"İçimdəki Kəpənək" romanının ilk fəslini Wattpad tətbiqində paylaşdım. Wattpad hesabı olanlar, səhifəmi izləməyi və hekayəmi oxuyub fikir bildirməyi və dəstək olmağı unutmayın. İndidən çox sağ olun ❤️✨