aydi

10/10
·494 syf.··
Beğendi
·
2026 8. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Şubat 2026 06:03
Kitaba başlayarkən heç bir annotasiyasını oxumamışdım, bir çox müsbət rəyə arxalanıb oxumağa başladım. Kitabı sevəcəyimə ümidim vardı, amma yazarın qələminə bu qədər aşiq olmağı heç gözləmirdim... Bir ingilis yazardan fransız üsyanını, bu dövrün ab-havasını oxumaq, əslində, insanda xırda şübhələr yaradır, amma belə bir qələmlə yazılmış yalanlar toplusuna belə heyran olardım deyə düşünürəm. Sydney Carton... Daxil olduğu ilk sətirdən əsərdəki sevimli obrazıma çevrildi. İnsanlar, məncə, dünyada yaşayanlar və ona paralel bir xəttdə yeriyənlər olaraq ikiyə ayrılırlar (özümdən bilirəm), cənab Carton da bu ikinci qrupa daxil idi. Hər daim başqalarını öz uğurlarının qəhramanı kimi təqdim edərək keçirdiyi ömrünü başqasının yerinə ölərək ilə bitirmək... Dünyaya necə gəlib, necə getdiyinin hekayəsini Lucie və nəslinə əmanət etdi, lakin mən də, onun hekayəsini qəlbimdə heç vaxt çıxarmayacağım bir hissəyə yerləşdirməyi vəzifə bildim.
Duygular
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202376,5bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·656 syf.··
Beğendi
·
2026 4. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Ocak 2026 00:21
Ailənin həyatımızın axışındakı böyük rolunu heç kim dana bilməz. Sanki hər bizimiz ailəmizin yaratdığını yolda qaçarkən buna 'bizim həyatımız' deyirik. Kitab bizə həyatımızın o yol yox, ona tamamiylə paralel olan və çox fərqli şanslarla dolu yolda yeridiyimizi deyir. Bütün seçimləri bizim əlimizdə olan bir yol... Ən sevdiyim kitablar soruşulanda arxayınlıqla adını verəcəyim kitablar listinə girən bir şahəsər! Çox uzun müddət olmuşdu ki, bu qədər detallı, obrazlar haqqında hər sualıma cavab tapdığım bir kitab oxumamışdım.
Edebiyat
Cennetin DoğusuJohn Steinbeck · Sel Yayıncılık · 201711,5bin okunma
10/10
·131 syf.··
2026 2. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Ocak 2026 21:06
"İlk dəfədir bu qədər net sujet xətti olan roman yazmısınız, oxuyarkən bunu düşündüm. Həmişəki kimi həyatın ən xırda detallarına fikir verib, bu səfər digərlərindən fərqli olaraq yazarlıqda buna fikir verdiyinizi vurğulayaraq yazmısınız. Bundan sizin də xəbəriniz var. Bu dəfə əsərdə xatirələri süjerin içindəki əsəriniz etmisiniz. 'Halis' obrazı sizsinizmi deyə düşündürdünüz. 'Bir gün ensiklopediya yaza bilmərəm, romanıma daxil edim' deyəmi düşündünüz? Bəzi sualların cavabına ehtiyacımız olmadığını sizdən öyrəndim."
Duygular
Dünyaya Yeni Gelen Okurlar İçinBarış Bıçakçı · İletişim Yayınları · 20241,035 okunma
10/10
·360 syf.··
2025 5. kitabı
·
30 günde okudu
·
Okunma: 18 Ağustos 2025 11:43
Deyəsən, oxumaqdan ən zövq aldığım kitablar əsərin süjetini uşaq obraz tərəfindən danışılanlardır. Bir də ədəbi dili mükəmməldirsə, mənim üçün ən zövqlü əsərlərdən olur. Bu əsər kimi. İnsanın baxış bucağının ətrafın təsirinə məruz qalmamış versiyası, deyəsən, dünyadakı hər şeyin doğrusunu görə bildiyi ya da hiss etdiyi versiyasıdı. Əlbəttə ki, bunun üçün evin içində mənfi təsir etməyən Atticus kimi biri varsa, bu düz ola bilər...
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202088,6bin okunma
7/10
·272 syf.··
2025 3. kitabı
·
22 günde okudu
·
Okunma: 16 Mart 2025 02:33
"Niyə film izləmək yox da kitab oxumaq?" sualının cavabı mənim üçün həmişə ədəbiyyatın bədiiliyi olub. Ona görə –bu yanaşmanın düzgünlüyü şübhə altında olsa da– bir əsərin bədiiliyi, mənə görə, onun sujetindən həmişə bir addım qabaqda olmuşdur... Əsərin süjetinin özünəməxsusluğu və yazarın hekayəni hansı üsulla çatdırdığı mənim üçün yeni təcrübə oldu. Mən adətən bir bədii əsər oxuyarkən onun hər cümləsindən, ya da ən azında çox cümləsindən böyük təsirlər gözləyən biri olsam da, hekayə yazmağa cəhd eləmiş biri olaraq bir hekayəni bu cür detallı təsvirini etmək və ağıldakı təsəvvürü sadəcə sözlərlə yansıdmaq heç də göründüyü kimi asan deyil, altını xəttlədiyiniz cümlələri olmasa belə. Sırf buna görə belə əsər həqiqətən tərifəlayiqdir.
Duygular
Beni Asla BırakmaKazuo Ishiguro · Yapı Kredi Yayınları · 202512,2bin okunma