Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
245 syf.
10/10 puan verdi
·
24 saatte okudu
Məni uşaqlığıma aparan o Kitab
Zeze dəcəl ,yaramaz bir o qədər də ağıllı uşaqdır .Onun hər yeni sözü araşdırması, böyük xəyal dünyası ,Edmundu dayı ilə ağıllı söhbətləri, işsiz atasının ağrısını görməsi, gecə gündüz demədən övladları üçün işləyən anasını qəlbən anlaması, kiçik qardaşı Luisə qarşı böyük sevgi və anlayışı məni ona heyran etdi.Kitabda həmçinin yoxsulluq , bir ailənin səfaləti çox gözəl əks edilib. Ən çox da Milad bayramı günü ailənin süfrəsi , hər kəsin simasında olan o kədər hiss olunurdu. Zeze hər zaman öz hiss və duyğularını olduğu kimi dilə gətirirdi və üzərində böyük yaşların təcrübəsi vardı sanki. O insanlarin acısını , valideynlərinin səfalətini, hər şeyi belə xırdalığına kimi hiss edib görməsi mükəmməl idi. Lakin Xəyal aləmi böyük Zezeni qəlbən anlayan yox idi. Onun Portuqa ilə tanışmasından sonra həyatı dəyişdi deyə bilərik. Portuqanin Zezeni anlamasi, onun dəcəlliklərinə gülməsi və əsla onu tənqid etməməsi , onu övladı kimi sevməsi , Zezenin səhvlərini valideynləri, bacı qardaşı kimi danlamadan deməsi mənə təsir etdi. Və birdə Zezenin şirin portağal ağacı . Zeze onunla həmsöhbət olub, vaxtını onunla keçirirdi. Portuqani itirdikdən sonra ağrını dadan Zezeni görmək məni ağlatdı . Onun atasına " Məni qucağına alan bu adam nə istəyir ? O mənim atam deyil . Mənim atam ölüb deməsi çox təsirli idi.
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022230bin okunma
96 syf.
3/10 puan verdi
·
4 günde okudu
Uzun müddətdir ki incələmə yazmıram. Düzü yazmaq fikrim də yox idi. Ta ki bu kitabı oxuyub gecə yata bilməyənədək.. Qadın, azadlığı, görünüşü, deyimi, demək olar ki bunlar haqqında hər şey deyilib. Artıq bu mövzular haqqında nəsə eşitdikdə sadəcə içimdə əsəbiləşib şiddətlə bezirəm. Əlimdə olsa insanların yadından bu mövzuları çıxardaram.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020332 okunma
Reklam
288 syf.
8/10 puan verdi
·
9 günde okudu
Hamımızın içindəki şeytan..
Səbahəddin Əlinin ikinci kitabıdır ki, oxudum. Həqiqətən də, psixoloji analiz çərçivəsində obrazlarının hiss və düşüncələrini olduqca usta şəkildə təsvir edir. Əksər yazıçılar obrazın təsviri zamanı, əsasən, xarici quruluşunu təsvir edir. Bəzən bu cür təsvirlər məni çox yorur. Lakin Səbahəddin Əli obrazın daxili və xarici aləmini olduqca fövqəladə
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · The Roman Yayınları · 2019171,5bin okunma
400 syf.
8/10 puan verdi
Amma dəniz hər ölü balığı ayaq altına atmır.
İlk öncə onu qeyd edim ki, kitabın ilk 80 səhifəsi məni candan usandırdı. Bəli, qəbul edirəm bu kitabı mükəmməl adlandıra bilmərəm. Amma hər kəsin həyatında ən azı bir dəfə barmaqları bu kitabın səhifələrinə toxunmalıdır. Gəlin özümüzə bir sual verək ; "Bəşər tarixini sarsıdan onu, bütün çıxılmaz yollarla sınayan ən dəhşətli hadisə nə
Gün Var Əsrə Bərabər
Gün Var Əsrə BərabərCengiz Aytmatov · Qanun Nəşriyyatı · 201545,6bin okunma
102 syf.
9/10 puan verdi
·
3 günde okudu
Kitabın arxa qapağına kitabı izah etmək üçün belə bir yazı yerləşdirilib: "Hristiyanlığın; hayatın varlığı ve anlamına tatmin edici bir cevap verememesi karşısında, geleneksel Ortodoks Hristiyanlığına olan inancını kaybeden Tolstoy, İtiriaflaırm'da hayatın ne olduğunu, neden ve nasıl yaşanabileceğini ve ölümü seçmenin en doğru yol olup
İtiraflarım
İtiraflarımLev Tolstoy · Antik Yayınları · 201222,9bin okunma
lakin anlayan yox...
İstənilən qızın üzünə taxdığı "güclü" maskasının altında sevgiyə möhtac balaca qız uşağı yaşayır...