Əziz Yaqubzadə - “Dostum robot”
Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım.
Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır.
Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi.
Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu.
Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi.
Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə