Famusov Cəmiyyəti, Çatski və Aleksandr Qriboyedov
7/10
·160 syf.··
2026 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 01 Haziran 2026 01:57
Pyes ilk nəşr olunan zaman böyük senzura ilə qarşılaşmışdı. Pyesin xeyli hissəsi ixtisar edilmişdi. Kitab yalnız yazıçının ölümündən 29 il sonra ixtisarsız nəşr oluna bildi. Bu qədər senzuraya məruz qalmasının səbəbi tənqidçilərə görə bu kitabın Moskvaya qarşı bir böhtan olması idi. Yazıçının kitabda fikirlərini əsas personajın dilində azad şəkildə deməsi tənqidçiləri olduqca narahat edirdi. Aleksandr Qriboyedovun əsərə "Ağıldan bəla" adını verməsi təsadüfi deyil. Əsərdə təsvir olunan Famusov cəmiyyətində rüşvət, yaltaqlıq, rütbəpərəstlik və yalan normal həyat tərzi kimi qəbul edilir. Belə bir korlanmış mühitdə ağıllı, elmli, dürüst olmaq insanın xeyrinə deyil, ziyanına işləyir. (Yazıçı dekabrist idi) Dünyanın müxtəlif ölkələrini gəzmiş, savadlı gənc oğlan Moskvaya qayıdır. Səyahətləri zamanı çox şey öyrənir və mütərəqqi görüşlərə sahib olur. Çatski azad və tənqidi düşündüyü üçün bu cəmiyyətə uyğunlaşa bilmir və onun ağlı, savadı özü üçün bəlaya çevrilir. Əgər o da digərləri kimi kor-koranə itaət etsəydi, cəmiyyətdə asanlıqla yer tapa bilərdi. Pyesdəki obrazlar 2 ayrı sərhəddə dayanır. Biri Famusovlar, digəri isə Çatski. Famusovlar keçmişin əhəmiyyətsiz fikirləri, lazımsız adət-ənənələri ilə yaşayır. Bununla yanaşı, onlar bir tərəfdən də avropalaşmağa, avropalaşmış görünməyə çalışırlar. Çalışırlar demək elə də doğru olmaz bu situasiyada. Anlamadan qəbul edirdilər. Pyesin əvvəlində Famusov və qızı Sofiya olan pərdədə belə bir fikir söyləyir: "Başa sal, qorusun qoy gözlərini, Bir də oxumaqdan nədir ki fayda; Firəng kitabları qoymur o yata, Rus kitabı dərhal yatırdır məni." Burada maraqlı bir istehza var. Famusov firəng kitablarının maraqlı olduğunu qəbul etmir, əksinə, bu kitabların gənclərin beynini boş xəyallarla doldurub onları yuxusuz qoyduğunu iddia edərək
Ağıldan BəlaAleksandr Griboyedov · Qanun Nəşriyyatı · 2020139 okunma
Bir Halk Hikâyesinden Sovyet Sinemasına
7/10
·24 syf.··
2026 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 11 Nisan 2026 22:46
Dün internette gezinirken, Sovyet yapımı Ashug-Karibi (1988) adlı bir film ve bu filmin de Mihail Yuryeviç Lermontov’un bir eserinden uyarlama olduğunu görünce, internette bu hikâyeyi nereden okuyabileceğime baktım. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi’nin bastığı bu kitabın pdf’sini bulunca da kısa bir süre içinde okudum. Şunu söylemem gerekir ki bu kitabı Türkiye Türkçesiyle de okuyabilirdim ama Azərbaycan Türkçesiyle okumak sanki bir kat daha güzel, tatlı ve eğlenceli geldi. Bilmiyorum Azərbaycanlılar ne kadar farkındadır ama onların telaffuz edişleri, sözcükleri kullanışları, bize daima tatlı komik, yani sevimli gelir. Bu eserde de bu, kendini gösteriyordu pek çok kez. Kitabı okuduktan sonraysa filmini izledim ve film çok enteresan bir şey olmuş. Çok eskiden izlediğim birkaç Sovyet filmi gibi, bu da çok acayip bir biçimde çekilmiş. Çok detay vermeme gerek yok, izlediğinizde görürsünüz ama ben filmi pek beğenmedim. *** Bu halk hikâyemizin konusu ise kısaca şöyle: Âşık Garip adında bir delikanlı, zengin bir beyin Mahü-Mehr adındaki kızını sever. Mahü-Mehr ona, kendisini babasından istemesini, babasının kendilerine bir sürü çeyiz, mal mülk vereceğini söyler fakat Âşık Garip bu durumu kabul etmez ve sevdiğine, gurbete para kazanmak için gidip 7 yıl boyunca dönmeyeceğini, eğer 7 yıldan sonra hâlâ dönmemişse kendisini unutmasını söyler ve ardından yıllarca sürecek bir yolculuğa çıkar. *** Lermontov’a ise bir kez daha hayran kaldım. O sürüldüğü Kafkaslarda Türklerin böyle bir anlatısını duyup kaleme alıp bir de kendi ağzından ölümsüzleştirmiş. Sana bir kez daha şapka çıkarıyorum zamanımızın bir kahramanı.
Edebiyat
Aşıq QəribMihail Yuryeviç Lermontov · Azərbaycan Uşaq və Gənclər Ədəbiyyat Nəşriyyatı · 195716 okunma
Reklam
8/10
·180 syf.··
2025 60. kitabı
·
9 günde okudu
·
Okunma: 18 Ağustos 2025 19:44
Howard Gardner gələcəyin cəmiyyətində uğurlu olmaq üçün insanlarda inkişaf etdirilməli olan 5 əsas düşüncə tipini izah edir: 1.Disiplinli zihin (Disciplinary Mind) Bu düşüncə tipi müəyyən sahədə dərin bilik və peşəkar bacarıq əldə etməyi nəzərdə tutur. İnsan hər hansı sahəni sistemli şəkildə öyrənərək mütəxəssis olmalıdır. 2.Sintez edən zihin (Synthesizing Mind) Müxtəlif mənbələrdən əldə edilən məlumatları birləşdirərək yeni nəticələr çıxarmaq bacarığıdır. İnformasiya bolluğu olan dövrdə bu bacarıq xüsusilə vacibdir. 3.Yaradıcı zihin (Creating Mind) Yeni ideyalar irəli sürmək, fərqli yanaşmalar tapmaq və innovativ düşünmək qabiliyyətidir. Gardnerə görə gələcəyin inkişafı məhz yaradıcı insanlardan asılıdır. 4.Hörmət edən zihin (Respectful Mind) İnsanların fərqliliklərinə hörmət etmək, müxtəlif mədəniyyət və baxışları qəbul etmək bacarığıdır. Bu düşüncə tipi sosial harmoniyanın əsasını təşkil edir. 5.Etik zihin (Ethical Mind) İnsanların cəmiyyət qarşısında məsuliyyətini anlaması və etik prinsiplərə uyğun davranmasıdır.
Geleceği İnşa Edecek Beş ZihinHoward Gardner · Optimist · 200017 okunma
Neyləyim, dilsiz bir baş çəkəmmirəm...
Puan vermedi·364 syf.··
Beğendi
·
2026 18. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Şubat 2026 12:37
Bir ölkə var - özü boyda bir körükdür, Həqiqəti dil ucuna hörüklüdür… Məmməd Araz Dəyərli Pərvanə xanımın tərtib etdiyi və ön sözün müəllifi olduğu bu kitab Güney Azərbaycan ədəbiyyatının bugünkü fəaliyyətinin öyrənilməsi baxımdan olduqca dəyərlidir. Yaxın vaxtlarda oxuduğum Güney Azərbaycan Nəsri kitabında başlanğıcdan bugünədək yazılmış nəsr nümunələri toplanmışdısa, bu kitabda çağdaş dövrün həm nəzm, həm də nəsrlə yazılmış nümunələri yer alır. Pərvanə xanım ön sözdə o qədər gözəl məlumat verərək açıqlayıb ki, nə desəm, nə yazsam onun təkrarı olar. İranda baş vermiş siyasi hərəkatların soydaşlarımızın yazıb-yaratdığı ədəbiyyata təsiri, əsasən farsdilli yaranan ədəbiyyatdan türkdilli ədəbiyyatın formalaşma-keçid prosesi, dil-üslub problemləri, bundan da əlavə əzəli dərd olan siyasi rejim problemi və bu kimi məsələri əhatə edir. “Bu gün Güney Azərbaycanda müqavimət, "dirəniş ədəbiyyatı" ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Bundan sonra kimlik axtarışı, azadlıq, eləcə də narazılıqlardan doğan daxili üsyan hissi kimi mövzular yer alır.” (səh.14) Bu kitabda da onlarla müəllifin yaradıcılığından nümunələr, həmçinin, hər müəllifin həyat-yaradıcılığından qısa məlumatlar daxil edilmişdir. Güneydə yaranan ədəbiyyat nisgilli ədəbiyyatdır, cümlələr də müəlliflərin həyatı kimi qırıq-qırıq, yarı-yarımçıq, deyilib-yazılmağa qorxa-qorxa yaranır. Elə bil hamısının deyəcəyi bu boynubükük bir misrada ümumiləşdirilib: “Neyləyim, dilsiz bir baş çəkəmmirəm”
Güney Azərbaycan Ədəbiyyatı AntologiyasıPərvanə Məmmədova · Teas Press Nəşriyyat · 20155 okunma
04:15
8/10
·112 syf.··
2026 14. kitabı
Yuxu yenə xəyanət etdi. Yuxu, o cahil, o axmaq nemət. Bu şüurun ağılsız israrına nə qədər dözə bilərəm ki? Dəqiqələr deyil, əsrlər keçir indi. Hər saniyə öz içində bir çürümədir. Saat tiktakları deyil, bir tabutun vintlərinin son bir dəfə sıxıldığını eşidirəm. "Burukluk"mu? Adı da sadəlövh. Bu, dilin acizliyinin sübutudur. Dil, bu küflənmiş tor, bu saxta təsəlli toru. Əsl olan, sözlərin arasına sızan o boşluq. O səssiz qışqırıq. Tarix deyirlər. Tərəqqi deyirlər. Hamısı bir illüziyalar qəbiristanlığı. İnsan, öz fəlakətini "mədəniyyət" adıyla bəzəyən, faciəsini "qəhrəmanlıq dastanı" kimi oxuyan bir bədbəxtdir. Hər qələbə, gələcəkdəki bir məğlubiyyətin toxumunu daşıyır. Hər böyük fikir, bir gün bir məzhəb bağnazlığına çevrilmək üçün doğulur. Tarix, ciddi qəbul ediləcək bir şey deyil; patoloji bir gülünclüklər silsiləsi. Ona gülməkmi? Bəli, amma gülüşümüz boğazımızda, bir hıçqırıqla qarışıq. Doğuldum. Bu bağışlanmaz bir qəza. Bir səhv. Var olmağın özü, müdafiəsi olmayan bir günahdır. Və biz, bu günahın məhkumları, "məna" deyə bir şey uydurmuşuq. Tanrımı? O, ən böyük itki idi. Bəlkə də onun yoxluğu, varlığından daha böyük bir bəladır. Heç olmasa var ikən bir hədəfimiz var idi: üsyan edə biləcəyimiz bir fiqur. İndi isə üsyanımız boşluğa qarşıdır. Bir heçliyə söyürəm. Nə axmaqlıq. Eşqmi ? İki tənhalığın müvəqqəti bir yanılması. Bir-birinin yarasını sarayan iki cüzamlı. Sonra vərdiş başlayır. Sonra iyrənmə. Hər təmas bir yadlaşmanın başlanğıcıdır. Burda, bu masanın başında, sözləri zorlayaraq yazıram. Niyə? Etiraf etməliyəm ki, bu bir növ intihardır. Daha yavaş, daha qəbul edilə bilən bir intihar. Mürəkkəblə özümü boğuram. Hər cümlə, içimdəki zəhri bir az daha axıdır. Bəlkə də yazmaq, dəlirməmək üçün son çarədir. Amma yazdıqca, dəlirməyin nə qədər təbii, nə qədər haqlı
Felsefe
BuruklukEmil Michel Cioran · Metis Yayıncılık · 20243,338 okunma
Shantaram-Tanrının huzur bahşettiği kişi
Puan vermedi·863 syf.··
2026 2. kitabı
·
154 günde okudu
·
Okunma: 15 Ocak 2026 15:36
Sanki kitab yox, maraqlı bir film izləyirdim.. Uzun zaman mənimlə olsa da , oxunmasi biraz uzun çəksə də ( həm səhifə baxımından nisbətən çox idi, həm də əlavə işlərim olmasından dolayı) kitabı qırağa qoyarkən öz-özlüyümdə:- “görəsən, indi başına nə gəldi, görəsən indi hansı macəra içindədir? “ dediyim bir kitab idi :) Kitab, həbsdən qaçaraq Hindistana qaçan bir adamdan, Lin’dən bəhs edir. Qarşısına o qədər ferqli bir mədəniyyət, fərqli insanlar çıxır kiii..İlk zamanlardan onlarin mədəniyyəti, inanclari ilə uyğunlaşmaq çətin olsa da zaman-zaman artiq onlardan biri kimi, hətta onlarin ən yaxını, ən doğmasına çevrilir, özünə yeni dostlar qazanır. Və biraz keçdikdən sonra onların balaca qəsəbəsində yaşamağa başlayır, yeri gəlir onlarla birlikdə iş görür, yeri gəlir onları müalicə edir, onların həkimi olur :) Kitabda onun, dostlarının başına gələn macəralardan, həm xeyanət, həm dostluq, həm də ölüm, cinayət ilə sınandığı bir həyat hekayesindən bəhs edir.
ShantaramGregory David Roberts · Artemis Yayınları · 20242,085 okunma
Reklam
Reklam