Bəs sizin üçün həqiqi azadlıq nədir? Necə ifadə olunur?
Puan vermedi
Mənə görə azadlıq sadəcə fiziki, maddi vəziyyətlərdən daha çox insanın daxili vəziyyəti ilə bağlıdır. Gerçək özgürlük insanın özünü tanıması, dəyərlərini, sərhədlərini müəyyənləşdirməsi, qorxularını, zəif və güclü tərəflərini qəbul etməsi və bütün bunlara uyğun şəkildə yaşaya bilməsidir. Azadlığı bir cümlə ilə ifadə edəndə həmişə bunu deyirəm: Azadlıq hər istədiyini etmək deyil, istəmədiyini etməmək və “yox” demək haqqını istifadə edə bilməkdir. Əslində insan tam şəkildə azad deyil. Hamımıza məlumdur ki, doğulduğumuz ailə, cəmiyyət , mentalitet bizi müəyyən qəliblərə soxur. Biz istəsək də, istəməsək də o qəliblərin içində formalaşırıq. Məncə, bu narahat olacaq bir şey deyil əksinə, insanın formalaşması üçün gərəklidir. Amma problem ondadır ki, bəzi mental qəliblər insanın inkişafını məhdudlaşdırır. Məncə, həmin gərəksiz qəlibləri sorğulamaq və aşmaq da azadlığın bir hissəsidir. Gerçək azadlıq başqalarının yönləndirdiyi kimi yaşamaq deyil, özün ola bilməkdir. Mənasız adətlərə, kor-koranə trendlərə, qəlibləşmiş, çürümüş fikirlərə qoşulmamaqdır.
1000Kitap
Gerçek ÖzgürlükDoğan Cüceloğlu · Kronik Kitap · 20216,7bin okunma
Cəfər Cabbarlı- “Sevil” əsəri
10/10
·96 syf.··
Beğendi
·
2025 17. kitabı
Bir dostumun tövsiyyəsi ilə Cəfər Cabbarlının “Sevil” pyesini oxumağa başladım. Və, çox şübhəsiz, deyə bilərəm ki, həqiqətən, ən azından, hər bir azərbaycanlı qadının oxumalı olduğu əsərdir.. “Sevil” pyesini oxuya-oxuya çox düşündüm… Hər şeydən əvvəl, Sevilin ən başda yaşadıqlarında kimdir günahkar? Yüksək cəmiyyətlərə ayaq uydurmağa çalışan Balaşın onun ən çətin anlarında yanında olan yoldaşını, onu oxutdurub bu günlərə çıxaran atasını əzib-keçməsi, çıxdığı qını bəyənməyib onu sevənlərə xəyanət eləməsi, nankorluğu idi mi təqsirkar? Yoxsa cəmiyyətin ziyalı qadınlarından sayılan Dilbərin puluna görə Balaşın ailəsini “dağıtması” mı? Yox, bu ailəni Dilbər dağıtmamışdı, bu ailəni öz nankorluğu ilə Balaş dağıtmışdı, əlindəkinin qədrini bilməmiş, öz yoldaşından utanmış, onu aşağılamış, və tərk etmişdi. Bu hekayənin təqsirkarı əsla Dilbər deyildi, xəyanəti eləyən Balaş idi. Amma ərini ilahiləşdirən, onu həddindən artıq qiymətləndirən, öz dəyərini bilməyən, hər hərəkətini Balaşın xoşuna gəlib-gəlməyəcəyi ilə ölçən Sevil də müəyyən qədər təqsirkar idi, fikrimcə. Sevil, cəmiyyətin “yaxşı qız” adlandıraraq bəzədiyi, əslində isə qurban psixologiyalı bir obraz idi. Ərinə gərəyindən çox sitayiş edir, əri Allahın kölgəsi adlandırırdı. Öz dəyərini bilmirdi, özünə dəyər vermirdi. Elə bu səbəbdən idi başına gələnlər. Lakin, xoşbəxtlikdən, Gülüş Sevili bu qurban rolundan çəkib çıxartdı. Yeri gəldi, Sevil öz dəyərini bilməyəndə onun yerinə ətrafındakıları susdurdu: * * * Balaş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz. Gülüş. O, çox şeyi çoxlarından yaxşı bacarır. (Səh. 47) * * * Yeri gəldi, dili iti və sərt olsa da, Sevilə dik durmalı olduğunu, bu həyatda qurbanlara yer olmadığını, başqasından dəyər gözləmədən, öz dəyərini özünün bilməli olduğunu başa saldı: * * * Gülüş.
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020618 okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Cəfər Cabbarlı - Dilarə
10/10
·96 syf.··
2025 29. kitabı
İlk dəfədir bir kitab haqqında fikirləeimi burda bölüşəcəm. Cəfər Cabbarlının "Dilarə" adlı əsəri. Bu kitabda 5 qısa hekayələr toplanıb. 1. Dilarə 2. Aslan və Fərhad 3. Mənsur və Sitarə 4. Əhməd və Qumru 5. Gülzar Açığı mənə ən çox təsir edən "Aslan və Fərhad" və "Gülzar" hekayələri oldu. Qardaş qardaşa düşmən olur, başlarına gəlməyən fəlakət qalmır. Sonda haqq ədalət yerini tapır. Amma "Gülzar" hekayəsində... İlahii, bir kişi öz qüruruna görə təcavüzə uğramış bir qadını necə el içində rüsvay edə bilər axı?! Kişilikdəndirmi bu ? Gülzarın Quranı sıx sıx tutması, tanrıya yalvarsada heç bir çarə tapmaması... Düşünün 1900 lərdə yazılmış əsərdəki bu cür problemləri biz 2025 də yaşayırıq, görürük, şahidi oluruq. Mentalitet gözəl şeydir, amma o mentalitetdəki bir şəxsiyyəti alçaltmaq var, ölüm var.. Mən o mentaliteti cahillik sayıram. Mentalitet adıyla yüz oyun çıxardırsız, özünüzdən qaydalar tətbiq edirsiz işinizə gəlməyəndə də istədiyiniz kimi hoqqabazlıq edirsiz.. Gülzarın həyatını məhv edən sadəcə bir "kişi" deyildi, bir cəmiyyət idi, olmaz olsun elə cəmiyyət! Əsəri oxumağı hər kəsə tövsiyyə edirəm, oxuyun cahil təbəqəni bari bizlər məhv edək, çürüsünlər..
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma
Puan vermedi·348 syf.··
2025 10. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Mart 2025 15:31
Mentalitet şoku yaşadım, ya da başqa bir şey idi bu . İnanmıram indi hansısa millətin düşüncəsi atanın öz qızı və qızının məşuqu üçün rahat olsunlar deyə ev alması qədər rahat olsun , hələ bir qızının ərinə deyir ki ,sevgi versən başqasını istəməzdi qızım , qızım ha qızım ,qız da barı adam yerinə qoya . Dəhşət idi mükəmməl altı xətlənəsi cümlələri var idi . Yəni kitab deyir ki , vaxtında hörməti pulla alsan, pulun olmayanda it kimi tək tənha gəbərəcəksən, çox sevdiyim bir cümlə də o oldu ki , deyir mən özüm şərait yaratdım ki məni tapdalasınlar. İnsan gərək övlad da olsa özünə birinci dəyər verə . Öz dəyərini sərhədlərini bilməyən övladına hər istədiyini anında verən yoxu başa salmayan adamın axırı bu qədər dəhşətli olmasa da buna yaxın olmalı idi , unutmamaq üçün qeyd obrazların adlarını yazıram Qorio ata _vermişel fabrikantıdır iki qızı var ,sonda tək tənha iki yad tələbənin ümidinə qalır ,ölür və çox sevdiyi qızları onu tək ölümə məhkum edir Rastinyak_ tələbədir ,Madam Nusingenlə (Qorionun qızı ilə qeyri rəsmi münasibətdədir ) Adını da saf sevgi qoyub , atasını sevməyən səni necə sevsin axmaq , subay saf bir qızın məhəbbətini qoyub evli qadının ehtirasına deyir ki əsl sevgi budur ) Qorionu basdırandan sonra yüksək zümrənin iç üzünü bilərək uzaqlaşmaq əvəzinə yenə də onlara qoşulmaq üçün səhər yeməyinə gedir Delfina_ (Madam Nusingen) Qorionun qızıdır . Evlidir , əvvəl Marverlə sevgili olur ,sonra o evlənir deyə ondan ayrılıb Rastinyakla sevgili olur Madam Resto _ Qorionun digər qızı evlidir Trayla sevgilidir. O da müflis olur qumarbaz idi . Traydan uşağı da var . Əri isə bunu bilib onu özündən asılı demək olar həbs edir evə . Vokren_ Qatorqadan qaçıb hamı onu axtarır , Rastinyaka deyir ki Madmazel Viktorina ilə evlən , qız varlansın və atasının tək varisi olsun deyə
Qorio AtaHonore de Balzac · Qanun Nəşriyyatı · 201518,7bin okunma
Puan vermedi
Müasir Azərbaycan yazarları oxumurdum, oxuyanda isə həmin kitabların məni "tətmin" etmədiyini görürdüm. Lakin bu kitab fərqli idi:) İlk öncə deyim ki, əsər o qədər axıcı, o qədər sürükləyicidir ki, 1 günə bitirilə bilər. Dedektiv janrındadır. Hərçənd çox sevmirəm bu janrı desəm də, məni maraqda buraxır həmişə. Baş obrazımız Səid adlı bir gəncdir, həkimdir, lakin həkim işləmir. Ölkədə baş verən intiharları araşdırır,doğruları üzə çıxarır və bunu qarşılığında məbləğ almadan edir. Onun üçün hər intihar bir cinayət sayılır. Səid mənə görə, hər kəsin həyatındakı qarışıqlığı rahatlıqla səliqəyə salırdısa, öz həyatına bunu tətbiq edə bilmirdi. Bilmirəm,yəqin məmnun idi halından. Əsər boyu müxtəlif intiharlara şahid oluruq,amma bu intiharların bir-birilə əlaqəsi olduğu seziləndir. Əsərdə Azərbaycan ailələri,mentalitet kimi mövzulara da toxunulmasını gördüm. Hə bir də, Səid nişanlıdır. Amma nişanlı olduğunu unudur. Nişanlısının adl Ülviyyədir. Ülviyyə obrazına qarşı duyğularım sabit deyil, həm üzülürəm, həm əsəbləşirəm. Amma dünya ona xoş Nə zaman yorğun hiss etsəniz və axıcı, maraqda buraxan kitab istəsəniz, ya da uzun müddət mütaliə edə bilməyib,yeni kitaba başlamaq istəyirsinizsə, tövsiyyə edirəm bu əsəriii.
Dr. SəidVüsal Aydın · Qanun nəşriyyatı · 2017123 okunma
Puan vermedi·376 syf.··
2024 215. kitabı
·
14 günde okudu
·
Okunma: 27 Nisan 2024 17:00
Art və Xaos “Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər”inizin sağlamlığına ziyandır”. Mənim aləmimdə “pis kitab” anlayışı yoxdu, sadəcə dünyagörüşünə, baxışına, maraq dairəsinə və s. uyğun olmayan kitab ola bilər. Hər fərd fərqli “kitab zövqünə” malik olduğu üçün yanaşmalar da fərqli ola bilər təbii ki. Bu kitaba gəlincə, zəhmətinə dəyər verirəm, müəllifin dünyagörüşünə şübhə etmirəm, ancaq mənim oxuyucu dairəmə uyğun olmadığını düşünürəm, həddən artıq çox cinsəl münasibətlərə yer verilib və bu münasibətləri ədəbi dilə salaraq oxuyuculara çatdırır. Əsərdə adı çəkilməsə də, Azərbaycandan olduğu güman edilən Aydın (Eyden kimi keçir) adlı bir musiqiçinin ABŞ-a köçməsi və qəribə hostelə düşməsi ilə hadisələr başlayır. Hosteldə olan hər şey doğrudan uzaqdır: hadisələr, münasibətlər, hətta insanlar da. Eyden burda Xloe ilə tanış olur və ona xüsusi hisslər olduğunu düşünür. Ancaq “oyun” bitdikdən sonra onu itirir. Tapmaq üçün çox çalışsa da, sonda nəticəsiz qalır. Eyniadlı albom buraxmasıyla, “Xloe” ortaya çıxır. Ta ki kiçik bir kafedə əsl “Xloe”nu görənə kimi. Əsərin sonluğu naməlumdu, ola bilsin ki oxucunun ixtiyarına buraxılıb. Çox ciddi mesajlar verdiyini düşünmürəm, tövsiyyə edə biləcəyim kitablar siyahısına əlavə etmirəm. 20 və daha aşağı yaş qruplarına isə ümumiyyətlə oxumağı tövsiyyə etmirəm.
İnceleme
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019882 okunma