Bir kimsə təsəlli etməsin məni,
Nə olub ki, mənə? Şükür Allaha!"
Hər şey yaxşı olar" bu nə miskinlik,
Bundan da yaxşısı nə olsun daha?!
Özünə fikir ver, falan deməyin,
Axsatma dərmanı, suyu, yeməyi,
Soyuq havada qalın geyinməyi..
Uşaq deyiləm ki, kimsə də baxa!
Mən elə dərdlə də deyib gülərəm,
Bu qısa həyatı yelə vermərəm.
İstəsəm bir gündə o'nu silərəm,
İstəsəm silmərəm qalar sabaha.
Getməyə nə çox yol, qırmağa ürək,
Axtarsan vəfasız yoxdu mənimtək!
Gücümü nahaqdan zəif bilərək,
Gəlib aldanmısız bir quru ah'a.