Əllərin hardadı,
Niyə üşüyürəm şaxtasında həsrətinin?
Bir neçə intihar səndən sonra və bir ölüm,
Belə yaşamaqdansa
Cəmiyyətdən qovulub gözlərim
İçimdə yaşayır Greqor Samsa
Bu nədi sevgilim?bu nədi?
Üşümək Günəşin içində yanmaq kimi,
Bu Günəş nədi,bu Dünya nədi, Tanrımı?
Eh sevgili, inandır məni...
Dünyada doğruluqdan çətin, yaltaqlıqdan asan şey yoxdur. Əgər doğruluqda zərrə qədər yalan olsa, o saat nəzərə çarpır, sonra da biyabırçılıq olur, lakin yaltaqlığın lap hamısı yalan da olsa, yenə də adamın xoşuna gəlir.