Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce
Hüquqi savadlılıq fərddən başlayar
Azərbaycan Respublikasının hər bir vətəndaşının mütləq oxumalı olduğu, lakin təəssüf ki, demək olar ki, 99%-nin oxumadığı, sadəcə 12 Noyabr tarixində xatırlanan 158 maddəlik və 96 səhifəlik Konstitusiya kitabı. 😃✅ Hüquqlarımızı bilmək və onları qorumaq hər birimizin vətəndaşlıq borcudur. Vaxt ayırın va oxuyun.🇦🇿
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Məsuliyyət, Əxlaq və İnancın Sosioloji Harmoniyası ​Müştərək bir həyatı paylaşmaq sadəcə fiziki olaraq eyni məkanı bölüşmək deyil; bu, qarşılıqlı hüquq və vəzifələrin doğurduğu görünməz bir sosial müqavilədir. Cəmiyyətlərin varlığı və gələcəyi fərdlərin bu müqaviləyə — yəni bir-birlərinə qarşı olan mənəvi və hüquqi öhdəliklərinə — nə dərəcədə sadiq qalmasından asılıdır. İnsanın başqasının azadlıq sahəsinə və haqlarına hörmət etməsi daxili dünyasında "vəzifə" və "haqq" anlayışlarını müqəddəs bir dəyər kimi qəbul etməsi ilə başlayır. ​Lakin insan psixologiyası, təbiəti etibarilə, fərdi ehtirasların, sonsuz istəklərin və eqoizmin təsiri altına düşməyə meyillidir. Belə anlarda fərd öz şəxsi mənafelərini kollektivin maraqlarından üstün tuta bilir. Məhz bu məqamda fərdi maraqları cilovlayacaq, insanı öz ambisiyalarından uzaqlaşdırıb başqalarının haqlarına hörmət etməyə sövq edəcək ali bir daxili qüvvəyə — mənəvi bir tənzimləyiciyə ehtiyac yaranır. Sosial tarixdə bu rolu ən effektiv şəkildə icra edən fenomen məhz dindir. ​Kollektiv yaşamın qaçılmaz reallığı fərdlərin ortaq əxlaq normaları ətrafında birləşməsini zəruri edir. Çünki cəmiyyəti təşkil edən fərqli xarakterləri sarsılmaz və səmimi bir bağla bir arada tutan yeganə mənəvi bünövrə — əxlaqi yetkinlikdir. Əgər bir cəmiyyətdə fərdlər yüksək əxlaqi prinsipləri mənimsəyərlərsə, aralarındakı münasibətlər mexaniki qaydalardan çıxıb qarşılıqlı hörmət və daxili anlaşma müstəvisinə keçər. Bu isə sosial parçalanmaların qarşısını alaraq cəmiyyəti həqiqi bir daxili hüzura və kollektiv rifaha aparar. ​Nəticə etibarilə, sosial həyatın təməli olan əxlaq sisteminin dayanıqlı olması üçün onun mütləq şəkildə sağlam bir bünövrəyə söykənməsi şərtdir. Yaxşı ilə pisi, doğru ilə yanlışı sadəcə nisbi maraqlara görə deyil, obyektiv şəkildə
Ahlâk
31.05.2026 "Səssiz pasiyent" əsərinin müzakirəsi baş tutdu. Müzakirə maraqlı, əyləncəli keçdi. Əsəri müzakirə eləməkdən əlavə həm də "məhkəmə" qurduq. Obrazları mühakimə də elədik, müdafiə də. Manipulasiya edən günahkardır yoxsa manipulasiya olunan? Travmalarımız etdiyimiz günahlara, törətdiyimiz cinayətlərə haqq qazandırır? Əsəri dinləyənlər, oxuyanlar bu suallar haqqında mütləq düşünəcək. Alex Michaelides Sessiz Hasta
Psikoloji
Nə gözəldir insanın Yaradanı müqabilində yersiz təkəbbür libasını çıxarıb, öz mütləq acizliyini etiraf etməyi bacarması... Bir Allah dostu hər gecə varlığın ən gizli qatlarından ucaldırdı bu səmimi fəryadı səmaya: "İlahi, Sənə olan təvəkkülümün, ən xalis dualarımın, hətta günahlardan qaçıb sığındığım tövbələrimin belə yenidən bir tövbəyə ehtiyacı var. Mənim hər əməlim qüsurludur, lakin mən Sənin bənzərsiz, hüdudsuz lütfünə, rəhmətinə ümidvaram". Nə qədər müqəddəs bir etirafdır...
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film