İnsan bəzən özünü aldadaraq yaşayır. Küncdə-bucaqda saxladığı kiçik xatirələrə tutunub küsür həyatdan. Həyatda dərd çəkmək üçün yaradıldığına o qədər çox inanır ki, nifrət etməyə, göz yaşı tökməyə mütləq səbəb tapır.
Sayfa 51·Kitabı okudu
Alıntı
Mütləq şöhrət, qəhrəman, dahi və ya Allah kimi görünmək üçün heç bir güc sərf etməyə ehtuyac olmadığı məqama çatmaq idi.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Axı birinə aşiq olmaq,onu sevmək insanın öz iradəsindən asılı deyil.İnan belə olsa,heç vaxt heç kimi sevməməyi seçərdim.Heç kimi sevməmək insanı güclü edən yeganə,amma imkansız hissdir,məncə.Yalnız heç kimi sevməməklə biz bizi məğlub edə bilən ən böyük qorxudan azad ola bilərik. “Əsl sevgi səni istənilən an mələyə,istənilən an iblisə çevirə,eyni zamanda istənilən an zirvəyə qaldıra,istənilən anda durduğun zirvədən yuvarlaya biləcək gücə sahibdir və idarə edilməsi çətindir". Bir xəyal qursanız və səbirsizliklə bir gün o adamın gələcəyinə ümid edib,bir gün onunla yazdığı kitabda tanış olsanız,nə edərsiniz?O mənim bir gün mütləq olacağına inandığım,dualarımdakı adamdır və ilk dəfədir duama bu qədər yaxınam.
Çünki istənilən güclü adam nəyisə bütün varlığı ilə axtaranda mütləq tapır.
Sayfa 63·Kitabı okudu
Ölüm
Bəli, Droqonun üzərinə onun axırıncı düşməni hücum edirdi. Ona oxşayan, onun kimi dəhşətlərdən və qorxudan ürəyi parçalanan insanlar yox, onun kimi eyni maddədən yaranmış, yaralamaq, sifətlərinə baxmaq mümkün olan insanlar yox, nəsə güclü və məkrli bir düşmən idi. Təkcə qala divarları arasındakı döyüş gurultuları və bahar səmasının altında çılğın hayqırışlar arasında döyüşmürlər, təkcə dostlarınla çiyin-çiyinə verib və onların iştirakından güc alıb döyüşmürlər, mütləq deyil barıt tüstüsünün və tozun dözülməz göyündə, yalnız qəhrəmanlıq haqda düşünüb döyüşürsən. Hər şey düşkün meyxananın samlarla işıqlandırılmış otağında, büsbütün tək olduğu zaman baş verir. Bu həmin o döyüş deyildi ki, ondan qayıdanda günəşli səhərdə çiçəklərdən tac qoyasan və gənc qadınlar sənə təbəssüm baxışları eləsinlər. Burada tamaşaçılar yox idi, heç kim "afərin" deyə qışqırmayacaqdı.
Düşünce
"Qızım sənə deyirəm, gəlinim sən eşit"
Stratejik terapevt Dr. Milton Erikson qadının terapiya istədiyi, ərinin rədd etdiyi cütlüklərlə çox qarşılaşırdı. Dr. Erikson adamla birbaşa münaqişə ilə vaxt itirməkdənsə, qadını təkbaşına görür və adamın davranışları ilə əlaqəli olduğu və eşitsə cin atına minəcəyi şərhlər edirdi. Qadın terapevtin dediklərini mütləq ərinə gedib çatdırırdı. Bir neçə həftə sonra, əri o qədər qəzəblənirdi ki, terapevtə düzünü demək üçün arvadı ilə bərabər terapiyaya qatılmağa can atırdı.
Sayfa 303 - Altın kitaplar·Kitabı okuyor
Psikoloji