Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu. Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı.
1000Kitap
Cəlcelitiye duası?
Dinə marağı olan şəxslərdən soruşuram- Cəlcelitiye duası deyə bir dua ilə bağlı maraqlı bir fikirlərlə qarşılaşdım. Dinə marağı olan ümumiyyətlə bu duanı araşdıran eşidən, oxuyan şəxslərədir sualım- Bəzi mənbələrdə insanların fikirlərini gördüm- oxudum çox pis oldum, qulağıma səslər gəldi, gözümə pərdə endi, görməməli olduğum varlıqları görürəm hətta m*sallat oldu kimi qəribə mənim üçün qeyri-real şərhlər oxudum. Özümədə maraqlı gələn hissəsi o oldu ki, oxumaq üçün sayta daxil olduqda mütləq hazırlıqlı olmağı, stress, təşviş və həyəcan keçirtməməyi önərən bir başlıq, sonra artıq dua gəlirdi. Oxudum. Mənası çox gözəl idi. Allahın adlarına, Quranın surələrinə sığınaraq Allahdan güc qüvvət qorunma istəyirsən duanın məğzinə əsasən. Bəs insanlar qorxunu nəyə əsasən hiss edir? və ya ümumiyyətlə dua qəlbimizi şəfalandıran olmalı ikən qorxulu dua anlayışı hardan və niyə gəlir(gəlib?)?
Duygu ve Düşünce
Reklam
"Halqa"da bir hissə var. Onu ayrıca çap etdirmək istəyirdim, son anda dostlar dedilər, "Halqa"da qalsın, kitabı daha maraqlı edər. Əlqərəz, siyasətə qarışmayan, bütün günü dostları ilə əylənmək və içməklə keçən gənc bir gün səhər gözünü açıb özünü polis formasında görür. Əvvəl elə bilir, kimsə onunla zarafat edib. Amma başına pərçimlənmiş şapkanı, əyninə kleylənmiş formanı çıxara bilməyincə vəziyyət ciddiləşir. Ha didişdirir, çıxara bilmir. Axırda heydən düşür. İstəyir, kibrit vurub formanı yandırsın. Spirt və kibriti götürən dəm telefonuna zəng gəlir. Rəis gecikdiyinə görə onu danlayır, təcili şöbəyə gəlməsini əmr edir. Təslim olur və yeməyini yeyib evdən çıxır. Amma kibriti də götürməyi unutmur. Beləcə bütün günü polis kimi keçir. Oxucu isə gücün insanı necə vəhşiləşdirdiyini günün sonunda görür. Həmin hissənin ideyası budur: Güc vəhşiləşdirir, mütləq güc isə mütləq vəhşiləşdirir. Halqa
21:23
Bəzən də gözləməkdən yorularsan. Həyata təslim olarsan. Bax o an həqiqətən ölərsən. Elə ya təkrar başlamaq üçün bəzən yaxşıca dibə vurmaq lazımdır. Bitdim deyərsən amma əslində bitməzsən, yavaş yavaş yenə həyata qarışarsan. Həyat səni elə bir başına buraxmaz əsla çünki. Üstünə dostlar salar, işlər salar, problemlər salar. Əvvəl nəzakətlicə çagırır səni, baxdı ki gəlmirsən güc tətbiq etməkdən çəkinməz, elə çox naza filan gələ bilməz. Araya vasitəçilər qoyar, nə edər, nə edər ,sonunda istədiyini əldə edər. Yavaş, yavaş. Sonra düzələrsən, yaxşı hiss edərsən. Nəticədə bitmək ayıb deyil artıq sənin üçün. Bir müddət keçər, həyat bu vəziyyətdən məmnun, ətrafındakılar məmnun, elə ya madam hər kəs xoşbəxt, məmnun sən niyə olmayasan ki deyə düşünərsən. Əslində doğrusunu demək lazım olsa çoxda düşünməzsən. Qorxarsan elə çox düşünməkdən. Gərəkdə yoxdur onsuz da. Axıntıya buraxarsan özünü. Bu da başqa cür bir vazgeçməkdir onsuzda... Və gözlədiyin gələr. O gələr. Eləcə gələr, 'Mən gəldim' deyər və gələr. Hətta bəzən elə bir gələr ki, sanki gözlədən o deyilmiş kimi, əhəmiyyətli hesab etməz. Onsuz da həmişə sən onu gözdən çıxarmışkən gələr. Gələr və zəlzələni də özü ilə gətirər. Yandırar, yuyar ortalığı, sənin etdiklərini pozar, hətta elə bir pozar ki daş daş üstündə qalmaz .Bax əhəmiyyətli olan bundan sonrasıdır. Əgər təsirlənməzsənsə, özünü qapdırmazsansa hər şey möhkəmdir. Hətta o qədər sağlamdır ki artıq qurduqlarını səndən başqa heçkimsə yumaz. Yaxşı, ya onun pozduqlarına diqqət belə etməzsənsə, dağılsan, onunla sovrulmağa başlarsansa. Onsuz da sən heç gözləməyi buraxmamısan deməkdir. Özünü belə yalanlarınla aldatmısan deməkdir. Niyə qəbul etmirik ki, əslində? Həyat onsuz da gözləməkdən ibarət deyil? Mütləq ki ömür boyunca bir şeyi gözləmirikmi? Axşam olmasını gözləyirik işdən
Habil Yaşar, “Ədəbiyyat və incəsənət” Türkiyədə özünə ad eləmiş yazarlarla müsahibələrimi davam etdirirəm. Növbəti müsahibim Funda Gündüzdür. -Zəhmət olmasa öncə özünüz haqqda azərbaycanlı oxuculara məlumat verərdiniz. -Mən Funda Gündüz! İstanbul Universitetinin Arxeologiya fakültəsini bitirdikdən sonra uzun müddət Londonda dil təhsili aldım. Evə qayıtdıqdan sonra müxtəlif şirkətlərdə administrator köməkçisi kimi çalışdım. Universitetdə “Korlar cəmiyyəti” qəzetində köşə yazarı idim. O illərdə mən hələ şeir yazır, yazdıqlarımı yoxlayır, redaktə edirdim. Həmişə yazmağa həvəsim olub. Sonradan bir dostumun təşviqi ilə yazmağa başladım. Mən bioenergetik olduğum və kvant sahəsinə marağım olduğu üçün özümü təkmilləşdirməyə çalışıram. Kənd məktəblərinə kitab göndərməklə uşaqların təhsilinə töhfə verirəm. “Yazıçılar və Şairlər Həmrəylik Dərnəyi”nin (“Yazarlar ve Şairler Dayanışma Derneği”) üzvüyəm. Assosiasiyanın sosial media moderatoruyam. Canlı yayım proqramında birliyimizə üzv olan yazıçı və şairləri və onların kitablarını təqdim edirəm. Ədəbiyyata verdiyim töhfələrə görə Yazşa-Der Ədəbiyyat Onur Mükafatına sahibəm. Yazılarım, şeirlərim “Literaturekulisi” jurnalında dərc olunur. “Son Baskı” qəzetində yazılarımı davam etdirirəm. -Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı. -İbtidai məktəbdə oxumağa başladım. Orta məktəb illərində dünya klassik ədəbiyyatının ən yaxşı yazıçılarını oxuyurdum. Oxumağa həvəsim bu yaşa qədər heç vaxt keçməyib. Mən ömrüm boyu ədəbiyyatı sevmişəm. Yeni müəlliflərə diqqət yetirər, onları incələyərdim. Mən hələ də yeni gələn yazıçılara, şairlərə diqqət və qayğı ilə yanaşıram. İndi bizim çox gözəl yazıb-yaradan yeni yazıçılarımız, şairlərimiz var. Cəmiyyətin bu mövzuda yeni yazanlara bir az da həssas olması
Edebiyat
Qaranlığı yazanın gecəsi - Habil Yaşar
“Qaranlığı” yazanın gecəsi... Ax, o qədər yorulmuşam ki...Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm. Bir qədər köks ötürdükdən sonra: İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki...Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki...Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kqlıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah. Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah
Edebiyat