Puan vermedi·96 syf.··
2026 11. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Haziran 2026 15:36
​Bəlkə də, insanın sahib olduğu ən böyük xəzinə azadlıqdır. Axı dünya sadəcə içində yaşadığımız dörd divardan, bizi əhatə edən süni sərhədlərdən və bizi tabe edənlərin iradəsindən ibarət deyil, o, bunlardan qat-qat daha böyükdür. İnsanın əllərinə qandal, ayaqlarına zəncir vura bilərlər, lakin onun düşüncələri həmişə müstəqil qalmalıdır. Fərd istədiyini düşünə bilməli, sosial qadağaların və adətlərin çox vaxt real təhlükə kəsb etmədiyini anlamalıdır. Bu daxili müstəqillik dərk edildikdə cəmiyyət anlayır ki, başqalarına zərər verməyən heç bir azadlıq məhdudlaşdırıla bilməz. ​Lakin bu azadlığı dadmaq üçün cəmiyyətin doqmatik qaydalarına qarşı çıxmaq lazımdır, çünki sürünü kor-koranə izləməklə azad yaşamaq qeyri-mümkündür. Axı həyat təkcə sahildəki yemi oğurlamaq, sadəcə qarın doyurub ömür sürməkdən ibarət deyil. Əgər "qanadlarımız" və qarşımızda ucsuz-bucaqsız bir genişlik varsa, uçmaqdır həyatın əsl mənası... İstədiyin o ali azadlığa qovuşmaq və hələ də sahildə qalan sürü insanlarını da bu ucalığa təşviq etməkdir...
Martı Jonathan LivingstonRichard Bach · Epsilon Yayınları · 201680,3bin okunma
"İnanclar... insan inandığı qədər var ola bilir ancaq."
7/10
·310 syf.··
Beğendi
·
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Haziran 2026 15:26
Bu cümlə mənim içimdə bir şeyləri silkələdi. Bəlkə də bu dünyada yaşamağın yeganə yolu bir şeyə inanmaqdır. Və o inanc insanı var edir. Əsərdə məni ən çox sarsıdan hissə Rəvanın Cahanı sevdiği insanı axtararkən dünyasını dəyişməsi oldu. Cahan isə mənə görə güclü qaldı. Çünki o, sonda sevdiyinə qovuşdu. Bəzən güc, həyatda qalmaq deyil - inanmağa davam etməkdir. Məsudə Cabbarın "Cahan" əsəri mənim üçün hisslərin, ağrıların və qadın gücünün səssiz fəryadı oldu. Kitabı oxuyarkən özümü bir kənardan izləyici kimi hiss etdim. Elə bil bir otağın pəncərəsindən baxır, Cahanın həyatını səssizcə izləyirdim. Toxuna bilmədən, müdaxilə etmədən, sadəcə şahid olaraq...
CahanMəsudə Cabbar · Mayak Nəşriyyatı · 202448 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Sırasını Bekleyenler
6/10
·128 syf.··
Beğendi
·
2026 3. kitabı
Bu əsəri oxuyandan sonra mənə ən maraqlı gələn obraz Marcantonio Ravì oldu. O, qızı Stellinanı yaşlı və varlı Don Diego Alcozèrlə sevgi üçün deyil, gələcəkdə sərvət əldə etmək məqsədilə evləndirmək istəyirdi. Planına görə Don Diego öldükdən sonra Stellina Pepè Alletto ilə evlənəcəkdi. Ancaq hadisələr Marcantonio Ravìnin düşündüyü kimi getmədi və bir-birinin ardınca gözlənilməz hadisələr baş verdi. Məncə, müəllif bu əsərlə göstərmək istəyir ki, insan həyatı planlarla idarə olunmur və hər şeyi əvvəlcədən hesablayaraq xoşbəxt olmaq mümkün deyil. Əsərdə həm yumor, həm də düşündürücü məqamlar var. Obrazların hər biri fərqli xarakterə malikdir və hadisələrin gedişinə öz təsirini göstərir. Ümumilikdə kitab mənə maraqlı gəldi, çünki sadə görünən hadisələrin arxasında insan tamahı, taleyi və həyatın gözlənilməzliyi haqqında dərin fikirlər verilir. Sırasını Bekleyenler
Düşünce
Sırasını BekleyenlerLuigi Pirandello · Kızıl Panda Yayınları · 0295 okunma
Mübariz İbrahimov
Puan vermedi·176 syf.··
2026 9. kitabı
·
8 günde okudu
·
Okunma: 28 Haziran 2026 12:20
Mübariz İbrahimov öz canını Vətən yolunda fəda edərək adını tarixə qızıl hərflərlə yazdırdı. Belə insanların həyat hekayələri insana həm qürur verir, həm də məsuliyyət hissini artırır. Ruhu şad olsun, məqamı uca olsun. Vətən üçün yaşayanlar heç vaxt unudulmur. Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.
Qisas GecəsiElhan Elatlı · Elgün · 2012364 okunma
Puan vermedi·172 syf.··
2026 10. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Haziran 2026 09:15
QEYD: Kitabı oxumayanlar üçün əsərin sonu haqqında məlumatlar ehtiva edə bilər. Həyatda iz qoyan bir müəllim, ailə, dostlar, ilk məhəbbətə bənzər bir şey, oyunlar... Bunların çoxu, demək olar ki, hər kəsə öz uşaqlığını xatırlatmaqdadır. Uşaqlıq... "Bir daha geri qayıtmayan xoşbəxt uşaqlıq çağları! Uşaqlıq xatirələrini necə sevməyəsən? Bu xatirələr mənim ruhuma təravət gətirir, onu yüksəldir və bunlar mənim üçün ən gözəl nəşələr çeşməsidir". Yazıçı bizim qəlbimizdən, ruhumuzdan xəbər verən bu cümlələri böyük məharətlə seçmişdir. Əsər yazıçının bioqrafik məlumatlarını əks etdirsə də, oxuduqca və öz həyatımızdan anlar tapdıqca, ya gözlər dolur, ya da üzdə təbəssüm yaranır. "Mənə elə gəlir ki, üzün gözəlliyi deyilən şey təkcə bu təbəssümdə cəmləşmişdir". Tolstoy bunu anasının üzündəki təbəssümü gördükdən sonra düşünür. Onun gözəl üzünün təbəssümlə daha da gözəlləşdiyini qeyd edir. Axı anası onun üçün çox dəyərlidir, axı uşaqlıq illərinin ən gözəl səhifələrini anası bəzəyir. Anası üçün dualar edir, Allahdan onu qorumasını istəyir. Ancaq uşaqlığı elə onun anasının üzündə təbəssümün yox olması, solğun üzü və çuxura düşmüş gözləri ilə - onun ölümü ilə bitir. "Doğrudanmı həyat mənim qəlbimdə belə ağır izlər buraxmışdır ki, bu göz yaşları və sevinclər əbədilik olaraq məni tərk etmişdir? Doğrudanmı yalnız xatirələr qalmışdır?"
ÇocuklukLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 20249,4bin okunma
9/10
·68 syf.··
2026 1. kitabı
Son zamanlarda oxuduğum ən təsirli kitab idi deyə bilərəm. Başlamazdan əvvəl təsirlənəcəyimi bilirdim, amma bu qədərini mən də gözləmirdim. Əsərdə qınadığım, əsəb olduğum məqamlarda oldu, ağlamadığım hissələr isə (əsasən də sonda) demək olar olmadı. Qınamaq da demək olmaz, sadəcə bir qadının bu qədər çarəsiz, birini dəli-divanə olacaq qədər sevməsini həddən artıq hesab etdim. Hələ ki, sevdiyi insan onu heç yadında saxlama zəhmətinə belə girmirsə, onun sevgisindən bixəbərdisə..Lakin sevgisini illərlə qoruyub saxlaması, əsla bir dəfə də olsun sevdiği adamı günahlandırmaması çox təsirli idi. Son dəqiqələr yazdığı bu məktublarda, hisslərini ilk və son dəfə ifadə edərkən belə sevdiyi insana qarşı minnət duyurdu. Onun illər əvvəl hər hansı bir hərəkətindəki qüsuru yazarkən, dəfələrlə üzr istəyirdi. Onu haqsız hesab etmirdi, edə bilmirdi. Amma olan sadəcə ona, uşaqlığına, saf duyğularına və atasından xəbərsiz olan uşağına oldu. Ən təsirləndiyim məqamlardan biri budur. Uşaq anasıyla birgə atasının ad gününü hər il hər hansı bir bayram imiş kimi keçirdir. Amma həmin günün atasının ad günü olduğundan belə xəbərsizdi…Və əsərin sonuna gəlsək..onu deyə bilərəm ki, qədri bilinməyən hər şey bir gün yox olmağa məhkumdu. Qadının sevdiyi adam hər il ad günündə ona göndərilən güllərin kim tərəfindən göndərildiyini belə araşdırmağa tənəzzül etmir. Hətta məktubları bitirənə qədər, hər ad günündə gələn, mavi vazasında olan o güllərin bu səfərki yoxluğundan belə xəbərsizdi. Kitab 50 səhifə və axıcı olmasına rəğmən, təsiri böyük idi. Əsəri oxuyarkən mənə mini klassika kimi gəlmədi, bəlkə də, təsirindəndi bilmirəm. Odur ki, əsəri asanlıqla bir gündə bitirmək olar, lakin bağışladığı təəssürat olduqca qalıcıdı. duman-haberin yok ölüyorum
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,9bin okunma