Universitetin mənə qatdığı yeganə faydalı şeylərdən biri ola bilər bu kitab. İxtisasımla bağlı olaraq əvvəlcə "məcburiyyət" qarşısında qalıb, sonra isə sevərək oxuduğum bir kitab oldu. Düzdür, bir sıra cəhətdən əksiklikləri olduğunu düşünürəm, amma oxumağa dəyər.
Əslində 5 səhifəlik rəy yazmışam bu kitaba, lakin istədim ki, burada da öz rəylərimdən qeyd edim və kitabın məzmunu haqqında məlumatlar verim.
Deməli, təhsil və onun tədrisi ilə bağlı aktual olan fikirlərini bir-biri ilə bölüşmək üçün bir araya gələn iki dost – Doğan Cüceloğlu ilə İrfan Erdoğan 2011-ci ildə "Öğretmen Olmak" kitabını yazmaq qərarına gəlir. Bu iki dost təxminən 1 ili əhatə edən müddət ərzində sadəcə İstanbulda yox, birlikdə səyahət etdikləri digər şəhərlərdə də söhbətlər edərək müəllimlik mövzusunu ələ alırlar. Müxtəlif konfranslarda iştirak edib, məktəbləri ziyarət edən, müşahidələr aparıb bunları müzakirə edən Doğan Hoca ilə İrfan Hoca bu müddət ərzində apardıqları söhbətləri səs yazıcı ilə qeydə alaraq bir araya gətirib, bu gözəl əsəri ərsəyə gətirirlər. Hər ikisinin də mütəfəkkir şəxslər olduğunu nəzərə alsaq, həqiqətən, keyfiyyətli söhbətlər oxuduğumu deyə bilərəm. Yerindəcə və düşünülərək verilmiş suallar və mövzudan kənara çıxmadan bu suallara verilən cavablar həqiqətən mənə çox xoş təsir bağışlayır və kitabı daha maraqla oxumağıma imkan yaradırdı.
Belə ki, kitabın adından da göründüyü kimi burada əsas məsələ "Öğretmen Olmak", yəni müəllim olmağın nə demək olduğunu açıqlamaqdan ibarətdir. Daha doğrusu, əsasən, "müəllim olmaq" və "müəllimlik etmək" qavrayışları arasında olan fərqlər müzakirə edilir. Doğan Cüceloğlu'na görə "müəllimlik etmək" — qayda-qanunlara, üst təbəqələrdən verilən əmrlərə itaət etmək və müəllimlik peşəsinə uyğun gələn tapşırıqları yerinə yetirməkdən ibarət