7/10
·200 syf.··
2024 4. kitabı
·
19 günde okudu
·
Okunma: 28 Ocak 2024 19:24
Mən bu kitabı azərbaycan dilində oxumaq istəyirdim. Təəssüf ki, bizim dildə kitab elə də, yaxşı tərcümə olunmamışdı. Ona görə də, türkcə oxudum. Mənə motivasiyadan çox demotivasiya etdi, amma qətiyyən insanı narahat və yaxud pessimist hiss etdirmir. Sadəcə bizə hər birimizin o qədər də, önəmli olmadığımızı, hər kəsin həyatı aşağı yuxarı eyni yaşadığını, kədərləndiyini vurğulayırdı. Hə bir də, uçurumun kənarında həyata ən çox tutunan, yaşamı ən çox sevən şəxs intihar etmək istəyən, yaxud da, həyatdan soyuduğunu düşünən şəxsdir. Biz uçuruma yaxınlaşdıqca yaşam instinktimiz daha da, alovlanır.   Mütləq sorğulamalıyıq. Əks halda xarabalıqda çürüyüb qalacağıq. Narkoman, alkolik, depressiv, qadınbaz insanlar yenə də, yaşam tərzlərinə davam edəcəklər, əgər sorğulamasalar.
Ustalık Gerektiren Kafaya Takmama SanatıMark Manson · Butik Yayınları · 201715,5bin okunma
Kitab səhifələrindən teatr səhnəsinə virtual səyahət:)
8/10
·100 syf.··
Beğendi
·
2023 68. kitabı
·
6 saatte okudu
·
Okunma: 28 Ekim 2023 22:08
Hər vaxtınız xeyir, 1K kitabsevərləri! İnsan ruhunun təlatümləri vücud halını alarsa.. Kitabda fantomim teatrının yazılı versiyasını izləmiş, eyni anda oxumuş oldum. Hər səhifədə sanki aktyorlar canlanacaq və kitabı səsləndirəcəklər hissi yaşadım. İlk dəfədir ki, belə bir kitabla qarşılaşıram. Nə yalan deyim, bu kitab mənim oxu tariximdə ilklər arasında olacaq hər zaman. Bir başqa məqama toxunmaq istəyirəm. "Sadəcə kitab yazım, oxunsun," deyil, eyni anda oxuyucusunun göz zövqünü, hətta belə deyim, istirahətini də düşünən yazarımıza ayrıca təşəkkür edirəm. Teatr istirahətin bir növüdür. Və deyim ki, oxuduğum kitabdan mənə qalan təəssürat belə oldu. Deməli, mən öz rahat divanımda oturmuşam, masamda bir stəkan pürrəngi çay, əlimdə kitab var ancaq, özümü teatr səhnəsində hiss edirəm. Rollarda; Ölüm – Fikrət Məmmədov Əyyaş – Fikrət Məmmədov Şeytan – Namiq Ağayev Narkoman – Namiq Ağayev Həqiqət – Kamran Yunis Qorxu – Kamal Yaşar Güc – Vüsal Hacı Qədir Balaca Ağıl – Əli Baloğlanov Balaca Ağıl – Zülfiyyə Qədirova Böyük Ağıl – Cavid Aydınov Xəyanət – İlqar Kamal Vicdan – Taleh Yüzbəyov Maraq – Vüsalə Ağayeva Güvən – Məhəmməd Verdiyev Xəcalət – İlqar Cahangir Şübhə – Murad Bağırov Sevgi – Leyla Allahverdiyeva Nəzarət – Qurban Məsimov Ədalət – Rasim Balayev Böhtanova Şər – Züryet Şahmuradova Həyasızov Abırsız – Anar Kərimli Saxtayev Uydurma – Səfa Rəsulov Hörmətov Rüşvət – Tural Əhməd Nəvə – Əli Baloğlanov Baba – Fikrət Məmmədov
İnsan ve Duygular
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020231 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
A-kitab təhlili
6/10
·235 syf.··
Beğendi
·
2023 7. kitabı
·
11 günde okudu
·
Okunma: 11 Nisan 2023 23:22
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz varlıqları sevir bağlanır" o qədər dar düşüncədir ki..... nəysə bunu çoxda uzatmayacam. Keçək digər iradıma. Yazarın daha əvvəl "mələk" romanını oxumuşdum (yarıda qoymuşam) və ordanda gördüyüm kimi deyəsən yazarımız ilk görüşdə eşqə çox inanır>.< yəni o qədər abartılıb ki,hər iki kitabdada necə deyərlər "ətim tökülürdü" Sadəcə 5 dəqiqə görürlər bir birini , məktubda yazırlar ki ayyy nə bilim az qala intihar edəcəkdim dərdindən,ayy özümü yerlərə vurdum falan filan. Öz özümə dedim ki "qardaş dayan dayan nağarırsan" hələ ilk dialoqları nə oldu bir təxmin edin a dostlar>.< "+Səndə mənə aşiqsən elə -hə həmdə çox sənsiz ölərəm" ilk qarşılaşma ilk dialoq (my ət is tökülüyoring sjsjsksk) Eyni zamanda kitab sonlara qədər heç axıcı maraqlı deyildi. Bunlar biryerdə kitabdan soyumağıma gətirib çıxardı. Normalda başladığım kitabı 2-3 günə bitirirəm ancaq bu sıxıcı gəldiyi üçün uzun çəkdi. Gələk sevdiyim hissələrə. Altından xətt çəkiləsi ifadələr inanılmaz çox idi. Yazarın çox gözəl düşüncələri var. Oxuduqca o hissələri zövq alırdı insan. Və birdə sonluğu çox sevdim kitab başdan maraqsız gəlib sonlara yaxın yanıltdı. Düzü heç belə sonluq gözləmirdim. Gözlənilməyən sonluqda elə ən gözəlidir Ən əsasda narkoman və atasının birdə erməni ailə olan hissələri inanılmaz sevdim ən sevdiyim hissəydi deyə bilərəm. Qəlbimə toxundu..... Yekun olaraq bunu demək isdəyirəm ki Qaraqan mənim fikrimcə abartılacaq tərzdə yazmır ən azından məni cəlb etmir
Azərbaycan
AQaraqan · Qanun Nəşriyyatı · 20071,929 okunma
Sən heç ölülərin yaşadığı bir ev görmüsənmi?
10/10
·376 syf.··
Beğendi
·
2022 23. kitabı
·
15 günde okudu
·
Okunma: 01 Kasım 2022 00:00
Yolumu cismən var olub ruhən ölənlərin bir tək amal üçün yaşama tutunmağa çalışdığı bir "ev"dən salmaq, bu evin koridorlarında, otaqlarında addımlamaq, müxtəlif səbəblərdən taleyi bura ilə bağlanan məhbusları ilk dəfə həbsxanaya gətiriləndə, səhərin erkən saatlarında oyananda, çətin işlərə yollananda, qazandıqları pulu xərcləyəndə, axşamlar yenidən cəza evinə qayıdıb içində hər növ həşərat olan yeməklərdən yeyəndə, gecələr dəmir qapılar üstlərinə qapananda onları izləmək, müşahidə etmək, doğrusu, çox çətin oldu. . Qısqanclıq zəminində yoldaşını qətl edən, varlı təbəqədən olan baş qəhrəman 10 il müddətinə azadlıqdan məhrum edilir. Başlayır Həbsxanada keçirdiyi ağır günləri qələmə almağa. Və bu obrazın timsalında eyni zamanda biz Dostoyevskinin 1849-cu ildə sibirə sürgün edildikdən sonra yaşadığı çətin məhbus həyatını oxuyuruq. . 19-cu əsrin 50-ci illərində amansız, iztirablı cəzaların məhbuslar üzərində tətbiq edildiyi bu müəssisələrdə nələr baş verirdi? Həbs və sürgünlərin pərdəarxasında bir çox məsələni sətirləşdirən Dostoyevski insanlara özünün də qeyd etdiyi kimi fərqli aləmin - azadlıqda olan insanların əksəriyyətinin bilmədiyi detalları gün üzünə çıxarır. Həbsxana necə bir yerdir? Belə yerlərin varlığı hansı məqsədə xidmət edir? Fərqli-fərqli milliyyətdən olan qatil, oğru, narkoman, qaçaqmal ticarəti ilə məşğul olan, siyasi fikirlərinə görə tutulan və b. 200-dən çox məhbusun dar bir mühitdə yaşaya bilməyiş tərzi, "soylular"la digərləri arasındakı ayrı-seçkilik, məhbusların 1 gün ərzindəki ruh halı, həbsxana idarəçiliyi, fərarilik, "yuxarılar"dan şikayətlər, xəstəxanalar, məhbusla həkim münasibətləri, bayramların, fəsillərin cəzaçəkənlər üçün əhəmiyyəti, daha nələr, nələr var, hansı ki, Dostoyevski özü birbaşa əksəriyyətinin şahidi olub. Mənim daha çox üstündə
İnceleme
Ölüler Evinden AnılarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202518,7bin okunma