Daş yuxular
Puan vermedi·161 syf.··
2025 14. kitabı
·
27 saatte okudu
·
Okunma: 15 Ağustos 2025 19:37
"İndiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev. "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."— Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan. "Daş yuxular" rekviyem romanını oxuyarkən başda bəzi bəyənmədiyim, səhv gördüyüm hissələri seçib qeyd ettim. Ancaq oxumağa davam edəndə gördüm ki deyəsən bütün kitabı qeyd etməli olacam. Əkrəm Əylislinin qələmindən oxuduğum ilk əsər olduğu üçün onun üslubuna hakim deyildim. Bu əsərdə işlədilən üslubü və hadisə aparıcıllığını çox bəyəndim. Əsər də elə buna görə yaxşı başlayır (kitabın mövzusundan qeyri olaraq). Hadisələr insanı özünə çəkir oxuduqca oxumaq istəyirsən. Hətta ilk 40-45 səhifədəki mövzuda belə böyük problemlər gözümə çarpmadı. Di gəl ki kitabın ardı elə deyilmiş. "Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: “Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Puan vermedi
Əkrəm Əylislinin "Daş yuxular" Rekviyem romanı Ermənistan-Azərbaycan münaqişəsinin 1980-ci illərin sonlarında artdığı dövrdə dərk edilməsinə həsr olunub. Romanda müəllifin Naxçıvan vilayətindəki doğma kəndi - Ailisin tarixi mühüm yer tutur, əhalisinin əksəriyyəti 1919-cu il qırğını zamanı demək olar ki, tamamilə məhv edilmiş ermənilər idi. Roman yazıçının ermənilərə simpatiyasında ittiham olunduğu və Azərbaycan KİV-ləri, Yazıçılar Birliyi (Aylıslı 20 ildən çox idi), mədəni və dini avtoritetlər, Azərbaycan Prezidenti və Parlamenti tərəfindən tənqid olunduğu Azərbaycanda kəskin etiraza səbəb olub. Kitabda müəllifin azərbaycanlıları ermənilərə, xüsusən də Bakı və Sumqayıtdakı qanlı qırğınlara təsvir etməsi də hiddət doğurdu. Bir sıra Qərb KİV-lərinin fikrincə, romanda Heydər Əliyevin Azərbaycanda siyasi zülmün bərqərar olmasına görə tənqidi yer alıb. Bu, sadəcə bədii mətn deyil, acı həqiqəti söyləməkdən çəkinməyən xalqının şərəf və ləyaqəti naminə əsl vətənpərvər bir yazıçının son dərəcə cəsarətli bir hərəkətidir. Vətən sevgisinə heç kim şübhə etməyən bir həmyerlinin dediyi, xüsusilə lazımlı və faydalıdır. Hər kəs üçün faydalıdır - ruslar, ermənilər, gürcülər, serblər və albanlar, ərəblər və israillilər ağrılı şəkildə ortaq dil axtaran hər kəs üçün. Nə susmağı, nə də səsini aşağı salmağı bilməyən yazıçı nə etməlidir? Və sonra nifrət arasında qalxan əkrəm əylislinin nə etdiyini et.
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi
Kitabda XIII əsrin əvvəllərində Naxçıvan hakimi olmuş Məlikə Cəlaliyyənin həyatı fonunda dövrün keşməkeşli hadisələri canlandırılır. Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyyənin vətəni, torpağı qorumaq yolunda nələrdən keçdiyi diqqətə çatdırılır. Əsərdə real tarixi şəxsiyyətlərin - Xarəzmşah Cəlaləddinin, Qızıl Arslanın, Nizami Gəncəvinin və başqalarının bədii-psixoloji obrazı uğurla işlənmişdir.
CəlaliyyəƏzizə Cəfərzadə · MIMTA Yayımları · 202413 okunma
7/10
·192 syf.··
2024 22. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Mayıs 2024 18:04
Kitabda müəllifin Ermənistan, Türkiyə, İraq və İran, o cümlədən Naxçıvan, eləcə də Naxçıvanın Baş Noraşen (indiki Cəlilkənd) ərazisini də əhatə edən səyahətnaməsi, Birinci Dünya müharibəsinin bitməsi və imperiyaların dağılmaqla üz-üzə qaldığı periodda baş verənlərə münasibəti, insanların yaşayışı və yerli əhalinin hadisələr haqqında fikirləri öz əksini tapıb.
Doğu EkspresiJohn Dos Passos · İletişim Yayıncılık · 201681 okunma
Kimdir ölülər?..#MirzəCəliləsəyahət
8/10
·96 syf.··
Beğendi
·
2023 61. kitabı
Bismillah. Celil Memmedguluzade Ölülər Deməəək,bu əsər Azərbaycan realizm ədəbiyyatının parlaq nümayəndəsi olan Mirzə Cəlilin dram əsəridir." Molla Nəsrəddin jurnalı"nın banisi,kəskin tənqid dil üslubu,incə mətnaltı mənaların yer aldığı əsərləri ilə seçilən Məmmədquluzadə bu əsərində Az.da cahiliyyət dövrünə, insanların din adı altında xurafatları necə mənimsədiklərinə və düşünmədən hər şeyə inanmalarına,uşaq yaşlı qızların evləndirilməsinə toxunur. Əsərin dili yerli xalqın danışıq tərzilə yazılıb,ona görə də çox sadə və rahatdır,məzmunu isə günümüzdə də aktual olan məsələlərlə sıx əlaqəli olduğu üçün oxuyucuya həzz verir. Mirzənin "Ölülər" əsərini Üzeyir Hacıbəyov: ""Ölülər” əsəri də “Molla Nəsrəddin” kimi baltanı dibindən vurur” kimi qiymətləndirmişdir. Sadəcə qeyd olaraq Cəlil Məmmədquluzadənin qadınların açılmasını bu qədər istəməsi mənə özünün dediyi bir sözü tez-tez xatırladırdı: "Şərq qadını çarşabını çıxaranda müasirləşdik deyib papağımı göyə atdım. O gün bu gündür, papağımı tapa bilmirəm" Amma təbii ki,Mirzənin bunu deyib-demədiyi tam dəqiq deyil.Hətta Mirzəyə xitabən Əlisa Nicatın bu sözü qeyd etdiyi üzrə iradlar da vardır. Əsər həyatda olmuş hadisədən götürülmüşdür,əvvəllər İrəvanda belə bir hadisənin baş verməsi, Kefli İsgəndər obrazının həyatdakı bir surətdən,pyesdəki camaatın isə Naxçıvan əhalisindən götürülməsi haqqında xanımı Həmidə xanım Cavanşir qeyd etmişdir. 𝑺𝒑𝒐𝒊𝒍𝒆𝒆𝒓 Əsərin məzmunu: Bir gün İsgəndərin yaşadığı kəndə Xorasanda ölüb dəfn olunan Mirzə Fətullahın dirildiyi xəbəri düşür.Güya ki,Hacı Nəsrullah adlı bir "alim" onu və qalan 100lərlə nəfəri diriltmişdir.Bu xəbərə inanan saf və avam camaat öz ölülərini diriltmək üçün sıraya girir.Lakin bunlara məhəl qoymayan yalnız "Kefli İsgəndər"dir.O gecə-gündüz içən, xaricdə təhsil almasına baxmayaraq bir işi
Azərbaycan ədəbiyyatı
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,282 okunma
7/10
·240 syf.··
Beğendi
·
2022 16. kitabı
·
25 saatte okudu
·
Okunma: 25 Ocak 2022 11:44
Mən müasir yazıçıların kitablarını oxumuram. Ancaq bu dəfə dəyişiklik etdim və oxudum. Çox bəyəndim. 1813-cü il Gülüstün və 1828-ci il Türkmənçay müqavilələrinin nəticə ilə Azərbaycan iki yerə ayrılıb. Şimalı Azərbaycan və Cənubi Azərbaycan. Gülüstan müqaviləsində İrəvan və Naxçıvan xanlıqları Qacarlarda qalmışdı, ancaq sonra yenidən müharibə başlamışdı və Türkmənçay müqaviləsi ilə o iki xanlığı da Çar Rusiyası almışdı və müharibə bitmişdi. Bu müharibələrə yol açan Azərbaycanın xanlıqlar kimi olması idi. Əfşarlar imperiyası parşalandıqdan sonra xanlıqlara parçalanmışdı. Ancaq Qarabağ, Urmiya, Quba, Şəki xanlıqları birləşdirməyə cəhd etmişdi. Amma hər bir xanlıq öz rəhbərliyini istəyirdi deyə birləşə bilməməşdilər. Bu da başqa ölkələrinin işğalı ilə nəticələnmişdi. Şimalı Azərbaycan Çar Rusiyasının süqutunun nəticəsində müstəqil olmuşdu. 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Ancaq sonra SSRİ Şimalı Azərbaycanı işğal etmişdi. Amma Şimalı Azərbaycan 1991-ci il 18 oktyabr müstəqil olmuş və dövlət yaratmışdılar. Amma Cənubi Azərbaycan yenə də işğal altındadır. Kitab yazıçının özü haqqında danışması ilə başlayır. Yazıçı elə yazıb ki, insan elə hiss edir hadisələr realdı. Baş obraz əslən Cənubi Azərbaycanlı olmuşdu. Təbrizdə anadan olmuşdu. Adı Əfşar idi. Yazıçı onun adının haqqında da yazıb. Əfşarın atası Əfşara və bacısına həmişə türklərin tarixindən danışır, onları mədrəsəyə qoymurdu ki, farsların dediyi yalan tarixi öyrənməsinlər. Yalan o idi ki, guya Cənubi Azərbaycanlılar fars olub və s. Əfşar evdə xüsusi dərs alırdı. Atasının oğlunun adını Əfşar qoymasının səbəbi odur ki, hamı onun adını öyrənəndə Nadir şah Əfşarı xatırlasın. Əfşar Təbrizdə təhsil alır, sonra universiteti Tehrana gedir. Əslində Tehrana getməyi onun üçün ən pis qərarı olur.
Edebiyat
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202087 okunma