"Her şey temiz ellerle, temiz gömlekler içinde, Fransızca kelimeler kullanarak ve bilhassa en yüksek muhitte, o yüzden de en yüksek mevkilerdeki kimselerce de beğenilerek yapılıyordu."
İlk növbədə belə bir kitab tövsiyə etdikləri üçün Fatime Abdullayeva, @Akko1994, @foreveryoungg təşəkkür edirəm. 4 ay əvvəl demişdilər, mən indi oxuya bildim.
Həqiqətən uzun müddətdi yaşayaraq kitab oxumamışdım. Buna ən məhşur klassiklər də daxildi. Bununla da birmənalı anladım ki, bu tərz kitabları ( Bilinmeyen Bir Kadının Mektubu, Beyaz Geceler ) çox sevirəm.
Sabahattin Ali nin yavaş-yavaş digər kitablarını da oxumaq qərarına gəldim.
Hekayəyə gəldikdə, ən başından kitabın bitməyinə 30-40 səhifə qalana qədər qadına əsəb olmuşdum. Kişi yazıçılar qadın baş rolları adətən vəfasız, qorxaq, dönük xarakterdə yazırlar deyə düşünürdüm ki, Marie Puder məni təəccübləndirdi. Bu səfər Raifin acizliyinə, avamlığına, "vur təpəsindən al əlindən" sözünə uyğun xarakterinə nifrət etdim. Gözəl sevdi, fəda etməyə hazır idi başqası üçün özünü. Bəs özü üçün? Özü üçün özünü fəda etməkdən aciz bir insan necə həyatda tutuna bilər? Bunu sonda bir qızı olduğunu bildiyində belə davam etdirdi.
Kitabın dili elədir ki, insanı elə təsirinə salır ki, Marie Puderi mən sevirəm sandım. Mənim eşqimdən qaçırmış sandım. Həyəcanlandım, kədərləndim. Öz sevdiyimi itirdim sonda. Mənim eşqim, hekayəm yarımçıq qaldı sanki.
Yəqin ki, bu fikrimi çoxları təsdiqləməyəcək, xüsusən də xanım oxucular. Amma mənə görə qadınlar əksər hallarda eşqlərində paxıl olurlar, sırf qarşılarındakı üçün 1 qram belə dəyişməsinlər deyə qəlbən, mənliyi ilə sevən oğlanlardan qaçırlar. Nəymiş kiməsə görə dəyişmək acizlikmiş, gözünü aç bir bax gör, qarşındakı da dəyişmirmi?
Mənə görə ən gözəl eşq iki tərəfində fədakarlıq etdiyi, özündən bir parça qurban verdiyi eşqdir. Sevdiyini olduğu kimi qəbul etməksə, ona dediyin ən böyük yalan, bir ömür edəcəyin bir xəyanətdir.