"Sevgi və nifrət, ümidsizlik və cansıxıcılıq, gündəlik həyatı təşkil edən, lakin həyata ləzzət qatan bütün sadə şeyləri hiss etmək istəyirdim. Bir gün burdan çıxsaydım, özümə dəli şeylər etmək fürsəti verərdim, əslində hamı dəlidir, ən dəlisi dəli olduğunu dərk etməyənlərdir”.
Bir həftə yaşamaq haqqınız var və siz bu zamanı indiyə qədər cəsarət etmədiyiniz şeylərə ayırmaq istəyirsiniz. Heç bir şey imkansız deyil, sadəcə basdırılmış hislər və cəmiyyət qınaqları bunun önünə keçir.
Kitabda mütləq ki, hər oxucu hansısa səhifədə ( və ya hissədə) özünü tapacaq(düşüncələrini). Çünki hamının həyatında cəsarət etmədiyi şeylər, istəyib də eləyə bilmədiyi planlar və son ana qədər anlaya bilmədiyi dəyərlər var...