Yaxşı kitab çox qiymətli xəzinədir deyib Həsən bəy Zərdabi.Dünya, ədalət, din, siyasət, sevgi və ailə sevgisinin təbiəti və tipləri kimi mövzularla genişləndirilmiş, dəlillərə əsaslanmış, tarixi fakt və hadisələrlə zəngin bir kitab oldu Koma. Mənə görə 3 tip oxunan kitab var, dadına vararaq aramla oxunan, sadəcə oxudugun, və acgözlüklə oxuyub bitirməyə can atdıgın. Mən bu kitabı heç birinə aid edə bilmədim.
Oxuduqca yaşadıgım duyguları, kitabın məndə qoydugu izləri sözlə ifadə edə bilmərəm.. Kitabda hər bölüm bitdikdən sonra gələn köşə yazıları, boş ucları bağlamağa və bölümə son toxunuş verməyə meylli olan epiloq, ya da gələn bölüm üçün gizli sirr verən proloq oldu..
Əraf hissəsini oxuyarkən elə hiss etdim ki, məni bir qəfəsə salıblar. O qəfəsdən çıxaq istəmədiyim kimi, eyniylə də sonsuzluga qədər orda qalmaqdan da qorxurdum. Həm kitab bitsin istəyirdim, həm də bitməsini istəmirdim..
Jonas obrazını ilk tanıyandan sona qədər eyni fikirdə qaldım, hətta kitabın ortalarında Jonasın ani yox olması belə mənfi düşüncələr yaratmadı onun haqqında.. Sonun necə, kimin planın bir parçası oldugunu bilmədən Jonas haqqında düşündüyüm bu oldu, pul insanı düşüncəsiz edər, acgöz edər, hətta xaraktersiz edər, amma sevən bir insan edə bilməz... Romanda daha çox pərəstiş etdiyim obraz Adelin valideyinləri oldu, xüsusilə də atası(bəlkə də atası ilə müqayisədə anası bir az kölgədə qaldıgından)
Kimliyindən asılı olmayaraq, hər insan vicdan mexanizmi ilə birlikdə yaradılır. İnsanları bir-birlərindən ayıran xüsusiyyət isə onların öz vicdanlarını nə qədər istifadə etdikləridir. Hər insanda vicdan var. Lakin vicdan nə qədər istifadə edilir, mühüm olan budur... Adelin atası Yusif yaddaşımda vicdanlı, aylarını, illərini ömrünü, gözlərini qırpmadan dünyanın xilası üçün qurban verən, həm də Adel