" Malma stansiyası "
10/10
·218 syf.··
2026 4. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Ocak 2026 07:17
Aleks Şuman – “Malma stansiyası” ️ Bəzi kitablar var ki, oxunmaqla bərabər, sanki insanın "daxilinə işləyir". “Malma stansiyası” məhz o kitablardandır. Aleks Şuman qələmindən oxuduğum ilk kitab idi. Bu əsəri oxuyarkən anladım ki, yazıçı insan ruhunun ən incə, ən kövrək nöqtələrinə toxunmağı bacaranlardandır. Bu da düşünürəm, öz yaşadığı və qarşılaşdığı real hadisələr əsasında yazılmasından irəli gəlir. ️ Kitabdakı nüanslar o qədər düşündürücü və real idi ki, sanki hər səhnədə özümüzdən bir parça tapırdıq. Ən təsirlisi isə müzakirə zamanı yaşandı. Fikirlər paylaşılarkən, personajların yaşantıları haqqında danışarkən elə anlar oldu ki, sözlər birbaşa qəlbimizə toxundu, gözlərimizin dolduğunu gizlədə bilmədik. ️ Harriet sakitliyi ilə danışan, çox şeyi içində daşıyan bir obrazdır. Onun sükutunda keçmişin yükünü, deyilməmiş sözləri, içində saxladığı ağrını hiss edirsən. ️ Oskar isə daha çox içində parçalanan, qərarsız, öz yolunu tapa bilməyən bir obrazdır. O, həyatla barışmaqla ondan qaçmaq arasında qalır. ️ Yana isə kitabın emosional balansıdır desəm, bəlkə də yanılmaram. O, açıqdır, hisslərini gizlətmir, amma onun da güclü görünən tərəfinin altında kövrək bir daxili dünyası var. Yana həyatın içində qalmağa çalışan, sevməkdən və incinməkdən qorxmayan bir obraz kimi yadda qalır. ️ “Malma stansiyası” mənim üçün yaddaqalan bir kitab oldu. Oxumayanlara isə ürəkdən tövsiyə edirəm. Bu stansiyada bir az dayanmağa dəyər.
1000Kitap
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,5bin okunma
Puan vermedi·360 syf.··
2025 55. kitabı
Bir-birimizin qədrini nə qədər bilirik? Həm özümüzün, həm sevdiklərimizin qədrini? Düşünün yaşam boyu nələrə görə özümüzü əksik,əzik hiss edirik? Ev,maşın, titul, brend çanta? Bəs Aqust kimi bir ayağımız, İssak kimi gözlərimiz, Hazel kimi ciyərlərimiz olmasa?O zaman nə qədər əksiklərik görən, ya da Monika kimi əksikliyə yenig düşmüş qəlbimiz olsa. Xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqlardan, bunun fonunda qarşılıqsız sevgi, ailə mərhəmətindən (borcundan) bəhs edən bu əsər özümün də qapıldığım bir çox maddi qayğılardan məni tamamilə ayırdı. Məncə artıq izaha ehtiyac yoxdur, sadəcə hamı onu oxumalıdır XXY
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201526bin okunma
Reklam
Senden sonra ben..
10/10
·456 syf.··
Beğendi
·
2025 174. kitabı
​"Bəzi hekayələr bitməz, sadəcə forma dəyişdirər... Onlar qəlbimizdə bir sızıltı, həyatımızda isə böyük bir boşluq buraxar... Jojo Moyes-in "Səndən Sonra Mən" kitabı, məhz belə bir boşluğun içində dayanmaqdan, yoxluqla yaşamağı öyrənməkdən bəhs edir. Hərçənd qəbul etməliyəmki bu kitab ilki qədər məni kədərləndirmədi.. ​Baş qəhrəmanımız Lou, sevgilisi Will-i itirdikdən sonra həyatın bütün rənglərinin solduğu bir dünyada nəfəs almağa çalışır. İlk kitabda ("Səndən Öncə Mən") oxuduğumuz o parıltılı, ümid dolu, ürək dağlayan sevgi hekayəsi bitdi, amma Lou-nun hekayəsi davam etməli idi..O, Will-in ona miras qoyduğu ən vacib dərsi – "Yaşa Clark, sadəcə yaşa!" – yerinə yetirməyə çalışımalı idi..Lakin bu, Will-siz həyatda necə mümkündür? Hər addım, hər qərar onun yoxluğunu xatırladır.. ​ Kitab bizə göstərir ki, itki ilə barışmaq bir anda baş vermir, bu ağrılı, geriyə dönüşlərlə dolu uzun bir səyahətdir... Lou-nun həyatına yeni insanlar daxil olur, yeni imkanlar yaranır, lakin qəlbinin bir hissəsi daima o keçmiş günlərin kölgəsində qalır... Bəs nə zaman qırılan qəlb yenidən öz ritmini tapa bilər? Nə zaman insan artıq geriyə yox, irəliyə baxmağı bacara bilər? ​"Səndən Sonra Mən" həyatın gözlənilməzliyini, kədərin içində gizlənən kiçik ümid qığılcımlarını və yenidən sevməyin çətinliyini əks etdirən dürüst bir ayna kimidi.. Bu kitabı oxumaq, öz yaralı qəlbimizə toxunmaq və həyat davam edərkən belə, əbədi sevgilərin ruhumuzda necə yaşamağa davam etdiyini dərk etməyə kömək edəcək."..
Senden Sonra BenJojo Moyes · Pegasus · 20167,9bin okunma
Əlamətlərin ardınca get..
Puan vermedi
Yazıçının bir çox kitabını oxuduğum üçün artıq onun düşüncə tərzi və qələmi ilə yaxından tanış olduğumu düşünürəm. İndiyə qədər oxuduğum əsərlər haqqında fikir bildirmədən keçmişəm (çox çox bəyənsəm belə). Lakin bu əsər ilə həyatımın elə bir dönəmində tanış oldum ki ,sözün əsl mənasında yolumu tapmaq üçün Urim və Tumim daşlarının cavabına ehtiyac duyurdum (onların timsalında kainatın işarələrinə). "Əgər nəyisə çox arzulasan, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək"- kitabda hər rast gələndə dəfələrlə altından xətt çəkdiyim və üzərində çox düşündüyüm cümlə məhz elə bu oldu. Həqiqətən nəyisə qəlbən istəyəndə və ruhun həmin şeyin olması üçün can atanda insan bilməlidir ki, nə qəlbin, nə də ruhun dili yanılmaz. Nəyinsə qəlbimiz inamla arxasıyca getmək istəyirsə deməli gələcəkdə onsuzda həmin istəyimiz həyatımızın bir parçasına çevriləcək. Ona görə də qəlbə mütləq qulaq vermək lazımdır.Bütün xəzinələrə gedən yol qəlbdən keçir,bəzən də qəlbin varlığı insanın ən böyük xəzinəsidir. Zənnimcə yolunu tapmağa çalışan və istəklərinə tutunan hərkəsin oxumalı olduğu kitablardan biridir.. Oxuyun və oxutdurun mütləq :)
1000Kitap
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,8bin okunma
8/10
·232 syf.··
Beğendi
·
2025 47. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Haziran 2025 12:20
Məncə kitabın ən güclü tərəfi onun iç dünyaya toxunmasıdır. Muradın yaşadıqları, Hümrayla olan münasibəti, sonra o duyğusal ziddiyyətlər... Bir də müəllifin dili çox səmimi və təbiidi. Ağır cümlələr yoxdur, amma fikirlər o qədər doludu ki, düşünmədən keçmək olmur. Bəzi hissələrdə dayandım, geri qayıtdım, yenidən oxudum. Çünki bəzi cümlələr var idi ki, birbaşa ürəyə toxunurdu. Bəlkə də hamımızın içində bir az “darmadağın” var, bu kitab da onu göstərir, amma səssiz, sadə və çox dərin bir şəkildə. Təşəkkürlər Nəimi,qəlbimizə toxunan əsərlər üçün!
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
10/10
·424 syf.··
Beğendi
·
2025 6. kitabı
·
10 günde okudu
·
Okunma: 31 Mayıs 2025 18:34
Rövşən Abdullaoğlu'nun qələmə aldığı "Relslər üzərinə uzanmış adam" kitabı yazıçıdan oxuduğum ikinci əsər oldu.. Hər ikisində də müəllif insan ürəyinin ən incə tellərinədək nüfuz edir, onu böyük hüzünə qərq edir... Bu kitabda isə mən bir daha bütün dövrlərdə qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Bu əsər mənə o qədər təsir etdi ki, göz yaşlarına boğularaq oxudum.. Bəzi səhnələri bədənimdən titrətmə keçərək oxuyarkəm, bəzilərini isə heç oxuya bilmirdim.. Düşünürəm ki, bu dəhşətli səhnələri oxuyarkən qəlbimiz dözmürsə, bu qədər əzaba o insanlar necə dözüb? Müharibənin dəhşətini kənardan baxaraq anlamaq qeyri-mümkündür. Onu yalnız müharibadə zülmə məruz qalan ən aşağı təbəqə anlaya bilər, xüsusən də sən bir qadınsansa..( Əsər insanda böyük təsir buraxır, insana insan olduğunu, insanlığı sorğuladır. Biz özümüzə ən xırda şeyləri belə dərt ederkən, Adriana və onun timsalında müharibədə əziyyət çəkmiş məzlum qadınlar bəs nə etsin?? Ən maraqlısı da bilirsiniz nədir? Cəmiyyətimizdə, gözə belə görünməyən "xırda" şeylər üçün intihar edən insanlar var, görəsən onlar Adriana'nın yerində olsalardı, nə edərdilər?? Adriana bir dəfə xoş gün görməmiş, işgəncələrə məruz qalmış, namusu ləkələnmiş və hayatı boyu damğa ilə yaşayacaq alın ləkəsi qazanmışdır.. Ancaq yenə də yaşamaq üçün bir səbəb tapa bildi.. Ölümü, öldürməyi seçmədi.. Əmin, sən isə çox mükəmməl xarakter idin. Adriananı bu həyatda yalnız sənin ümman, həqiqi sevgin yaşada bilərdi və yaşatdıda. Ən çox təsirləndiyim isə atanın sənin haqda dediyi söz- "Mən onu görmüşdüm, məni yalnız buraxmadığından xəbərim var" deməsi oldu ancaq sən bunu bilmədin... Birdə əsər bizə başımıza hər nə gəlsə də, ümidimizi üzməyib həyata inamla baxmağımızı, daim Allaha sığınıb gözəl günlərin gələcəyinə ümid etməyimizi
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
Reklam
Reklam