Qumar taleyi
Bu Firdovsi nə mal adamdııııı. Sonda hələ vapşe deyir özümü saymamışam 14cü adam Güləsər imiş sonra da dəli olur. Ay mal əgər o kart 1ci çıxsaydı özünlə evlənəcəkdin?! Bütün başına gələnlərə layiqsəne On Dördüncü Adam
Düşünce
Sevgi böyük bir qumar idi
İndi, bəy-gəlin bazarında Qoymuşam özümü satılığa Həm alan, həm satan, həm də satılan, ala bu necə işdi? Necə bir bela? Bu qızın saçını, o qızın burnunu Qarpız seçər kimi seçirik eşqimizi Online ya offline nə fərqi? Sağa itələ, gəlsin təki Yatdı, qalxdı, Gəldi, getdi Belə keçdi Sevgilər bizimki Sevgi bir oyun idi Oynadıq və bitdi Önəmi yox idi qalib kimdi Sex eləməyə bir bəhanə idi Sevgi böyük bir qumar idi Kartları əlində tutan bilirdi Mən kitab axtarırdım Anladım ki, hər kəs reelsdi
Şiir
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bizim ümüdümüz içkili başla, qumar masasında dua kimidir...
"Milgram" eksperimenti
Dostoyevskinin romanlarında bir çox dərin analizləri özündə cəmləşdirən cümlələr, onun ölümündən sonrakı dövrlərdə psixoloji eksperimentlərlə təstiqlənmişdir. "Cinayət və Cəza" romanında o, bir insanın çox asan bir şəkildə başqa bir insanı öldürə biləcəyindən və bunun məntiqli ola biləcəyindən danışır. Psixoloqlar eyni nəticəyə gələcəkdə "Milgram" eksperimenti ilə gələcəkdi. "Milgram" - aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olması və bu itaət nəticəsində bir maşın kimi hər şeyi edə biləcəyini göstərən psixoloji eksperimentdir. Bu eksperimentə görə insanların avtoritetə sahib birisinin və ya bir qurumun istəklərinə, öz daxili vicdanı ilə toqquşmasına rəğmən itaət etməyə, hətta başqalarını bu yolda şiddətə məruz qoymağa nə dərəcədə meyilli olduğunu göstərir. Dostoyevski bunu "Karamazov Qardaşları" əsərində belə yazır; "Pisdən nifrət etdiklərini deyirdilər amma içdən-içə ondan xoşları gəlirdi." Yəni bütün bu psixoloji eksperimentlərdən xəbərsiz olan "qumar aludəçisi" bir yazarın sonralar elmdə öz təstiqini tapacaq olan eksperimentləri əsərlərində adi bir cümlə kimi yazması ağılasığmaz bir şey idi. "Dostoyevski Tanrının ədəbiyyat vasitəsi ilə insanlığa qazandırdığı bir peyğəmbər idi."
Qumar
Qumarda ən çox güvənilən kartlarla ən çox itkilərə səbəb olan kartların demək olar eyni kartlar olmasını biraz düşünün. Əlinizdəki qoşa tuzla hər şeyinizi itirmək ehtimalınız, əliniz zəif ikən ciddi pul itirmə ehtimalınızdan xeyli çoxdur. Sizə verilən kartlar sizi güclü etmir, əgər ki siz o kartla oynamağı bacarmırsınızsa. Yazdıqlarımın qumarla əlaqəsi yoxdur
gün batımı
Yəqin ki çoxunuza gecə yazdıqlarınızın, düşündüklərinizin və ya hiss etdiklərinizin səhər gülünc, absurd, şit gəldiyi anlar olub. Bu tip vəziyyətlərə düşməmək və ya daha rasional qərarlar üçün həmişə gündüzü gözləyin. Bilmirəm niyə, amma günəşin batımından sonraki davranışlarda emosional qərar vermə ehtimalımız daha çoxdur. Atalarımız yenə haklı görünür, “gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır” atalar sözü də yəqin ki, elə buna əsaslanır. Başqa sözlə ağılla yanlışı (Şəri) seçmək, duyğularla doğrunu (Xeyri) seçməkdən daha yaxşıdır. Çünki, birinci seçimdir, ikincisi isə hormonlarınızın oynadığı qumar.
İnsan