7/10
·224 syf.··
Beğendi
·
2024 83. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Ağustos 2024 00:00
Dostoyevski'nin birbaşa mübarizə apardığı maddi sıxıntı və qumar bağımlılığını təsvir etdiyi "Qumarbaz" əsəri, dəhşətli və amansız bir obsessiyanın hekayəsidir. Dostoyevski'nin özünəməxsus şəkildə ironiyanı və grotesqi birləşdirərək yaratdığı qara yumorun ən uğurlu nümunələrindən biri olan "Qumarbaz", dünyanın hər yerindən Roulettenburg adlı uydurma bir Alman kəndində toplanan qumar həvəskarlarının hekayəsini təqdim edir. Yazıçı əsəri öz qumar borcunu ödəmək üçün bir ay kimi qısa bir müddətdə tamamlayıb. Yazıçı, romanın başqəhrəmanı olan Aleksey İvanoviçin timsalında özünün qumara olan düşkünlüyündən və qumara görə sərf etdiyi illərindən bəhs edib
KumarbazFyodor Dostoyevski · Kızıl Panda Yayınlar · 202188,4bin okunma
5/10
·192 syf.··
2026 26. kitabı
·
5 günde okudu
·
Okunma: 13 Mart 2026 02:55
Roman insanın ehtirasları, zəiflikləri və qumar asılılığı üzərində qurulub. Əsərdə insanın pul, ehtiras və sevgi qarşısında necə zəiflədiyi göstərilir. Qəhrəman öz iradəsi ilə ehtirasları arasında mübarizə aparır. Əsərin baş qəhrəmanı Aleksey İvanoviç rulet oyununa aludə olur və tez-tez qumar oynayır. O, həm də Polina adlı qadına aşiqdir. Polinaya olan sevgisi və pul qazanmaq arzusu onu daha da çox qumara sürükləyir. Aleksey bəzən böyük məbləğlər qazanır, bəzən isə hər şeyini itirir. Roman göstərir ki, qumar yalnız pul oyunu deyil — insanın psixologiyası, ehtirası və özünü məhv etməsi ilə bağlıdır. Dostoyevski bu romanı cəmi 26 günə yazmışdı, çünki onun böyük qumar borcu var idi və müqaviləyə görə kitabı tez təhvil verməli idi. Yazıçı özü də bir vaxtlar rulet oyununa aludə olmuşdu, buna görə əsər çox real və səmimi təsvir olunub. İnsan ehtiraslarına qalib gəlməsə, öz həyatını özü məhv edə bilər. Pul və qumar insanın xarakterini və zəif tərəflərini açır.
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201888,4bin okunma
Reklam
Cinayət və cəza..
10/10
·704 syf.··
Beğendi
·
2026 6. kitabı
·
34 günde okudu
·
Okunma: 25 Şubat 2026 18:56
Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsəri 1866-cı ildə nəşr olunandan bu yana dünya ədəbiyyatının zirvələrindən biri hesab olunur.Baş qəhrəmanımız Rodion Romanoviç Raskolnikov, Peterburqda yaşayan kasıb bir tələbədir. O, dünyanı iki qrupa bölür: Qanunlara tabe olan, "çoxalmaq üçün material" rolunu oynayan çoxluq. Vəə Napoleonlar yeni bir söz demək naminə qanunları tapdalamağa, hətta "vicdan naminə qana" icazə verən şəxslər.Raskolnikov özünün bu ikinci qrupa aid olub-olmadığını yoxlamaq üçün yaşlı bir sələmçi qadını öldürməyə qərar verir...Kitabın maraqlı tərəfi odur ki, cinayət hadisəsi əsərin lap əvvəlində baş verir. Romanın qalan hissəsi isə Raskolnikovun çəkdiyi mənəvi əzablar, qorxu və özü ilə apardığı psixoloji müharibədən bəhs edir. Dostoyevski göstərir ki, ən ağır cəza hüquqi deyil, insanın öz vicdanı tərəfindən verilən cəzadır..Dostoyevski bir insanın cinayətdən sonra necə dəli həddinə çatdığını o qədər real təsvir edir ki, sanki Raskolnikovun düşüncələrini özü yaşayır..Əgər bu kitabı oxumağı planlaşdırırsınızsa, sizə mütləq Soniya və Raskolnikovun İncil oxuduqları səhnəyə diqqət yetirməyi tövsiyə edirəm – bura əsərin mənəvi dönüş nöqtəsidir...Və ən sonda qeyd etmək isdeyiremki Dostoyevski bu romanı qumar borclarını ödəmək üçün çox qısa müddətdə və böyük maddi çətinliklər içində yazıb. Bəlkə də əsərdəki o gərgin və boğucu atmosferin bir səbəbi də müəllifin öz həyatındakı sıxıntılar olub...
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,1bin okunma
Puan vermedi·80 syf.··
2026 2. kitabı
Salam, axşamınız xeyir . Bu gün sizinlə Stefan Zweigin "Bir qadının həyatından 24 saat" əsəri haqqında olan fikirlərimi bölüşəcəyəm. Stefan Zweigin "Bir qadının həyatından 24 saat" əsəri 1927-ci ildə yazılmışdır. Əsər qısa olsa da, olduqca təsirlidir. Əsərdə bir qadının həyatının sadəcə 24 saatında olan duyğulara, hadisələrə yer verilib. Zweig əsərdə qadın duyğularının necə güclü olduğunu ifadə edib. Bu əsərdə qumar asılılığı ilə eşq ehtirasını paralelləşdirilir. Səni dəyərsiz görən birini sevmək zülmdür. Əsərdə də deyildiyi kimi "Uğruna bütün hayatımı bir kenara atmaya hazır olduğum bir insan için, elinin tersiyle kovalayacağı bir sinek kadar değerim yoktu". Əsərdə qadının sadəcə "24 saat"-ı təsvir olunmuşdur. Amma bu "24 saatı" ömür boyu unuda bilməyəcək. Həyatda zaman deyil, emosiyalar yaddaşımızda iz qoyur Roman cəmiyyətin "əxlaq" anlayışına tənqidi yanaşır. Əsərdəki obraz isə bu hadisələrin arxasındakı duyğuları görməyə çalışır. Hər kəsə anlayışla, humanizmlə yanaşır. Əsər oxunaqlı, dili sadə və qısa idi. Süjet də maraqlı idi. Sadəcə duyğular, məncə, daha əhatəli ifadə oluna bilərdi. Qiymətləndirmə: 7/10
1000Kitap
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,9bin okunma
Elxan Elatlı '' On dördüncü adam'' kitabı
4/10
·332 syf.·
2026 3. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 3 - Elxan Elatlı '' On dördüncü adam'' kitabının təhlili. Müəllifin qələmindən oxuduğum ikinci kitab olan On dördüncü adam qısa müşahidə ilə anlaşılır ki , müəllif özünü inkşaf etdirib və bu dəfə ədəbiyyat adına daha ortalama əsər ortaya çıxarıb.Fəqət mən yenədə kitabın yetərsiz olduğun düşünürəm.Əsər marketdən çıxan bir müəllimənin və ondan əvvəlki gün qətlə yetirilən adamın araşdırması ilə başlanğıc götürülür fəqət əsas hekayə bu marketin tam önündəki evinin balkonunda saatlarla oturan axsaq kişinin həyatı ilə bağlıdır. Ali təhsil almaq üçün Bakıya gələn gənc tələbə Firdovsi öz taleyi ilə qumar oynmaq istəyir və bunu edir.O universitet qapısından girəcək 14 cü adamın (qadının) həyatının qisməti taleyi olacağına inanır və bu vəclə addım atır.Əsər buradan təməl hekayəsini alır .İndi gənc obrazımıza görəsən Tanrı necə birini qismət edəcək o məhv olmağın ilk addımını atmış olacaq yoxsa xoşbəxtliyin ? Əsər əslində insana ilk növbədə onu öyrədir ki insan öz taleyi ilə heç bir halda qumar oynamamalı və bunun kimi həyati məsələləri şansa buraxmamalıdr.Ümumən insan qumar oynamamalıdır....Həqiqətən də bu həyatda seçdiyimiz hər şey , atdığımız ən xırda addım bellə öz kəpənək effekti ilə bizim həyatımıza inanılmaz dərəcədə təsir edir.İstər oxuduğumuz məktəbi seçmə qərarı istər işimizi və istərsə də gələcək həyat yoldaşını seçmə qərarı...Tolstoyun ''Kreyçer Sonatasi'' , ''İvan İliçin Ölümü'' İvan İlyiç'in Ölümü '' , Mc Evanının ''Fındıq qabığı Fındık Kabuğu və.s əsərlərdən yaxşı bilirəm ki bu həyatda gələcək həyat yoldaşı seçimi nə qbir seçimdir.Həqiqətən də insan öz müqəddəratını bəlkə də həmin zaman müəyyən edir.Kitabda bu məsələnin vacibliyi kifayət qədər təsirli əks olunub. Həmçinin SSR dövrünün vətənimizə vurduğu zərbələrdən də bəhs olunub.Məsələn BDU'nun
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,199 okunma
Qumarbaz
5/10
·175 syf.··
2025 1. kitabı
·
35 günde okudu
·
Okunma: 13 Nisan 2025 00:00
Qumar asılılığının insanı necə dəyişdirdiyini göstərən psixoloji romandır. Əsas obraz pul və həyəcan xətrinə özünü itirir, həm sevgidə, həm həyatda yanlış qərarlar verir. Kitab deyir ki, ehtiras ağlı üstələyəndə insan özünə zərər verir.
Duygu ve Düşünce
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201888,4bin okunma
Reklam
Reklam