İşte burada, talihli adam olan ben, halatı her gece yalnız kaldığım odamdan dışarı taşıyordum ki kıyafetlerimi değiştirirken kendimi asmaya kalkmayayım.
İlk dəfə fantastik bir kitab oxumağıma baxmayaraq bəyəndim pis deyildi.
Təqaüd yaşına çatmış obrazın yeni bir evə köçməsini və bu evin kitabxanasında baş verən qeyri-adi hadisələri danışır bu kitab.
Təsəvvür edin ki, bir kitab var və siz o kitab sayəsində insanları, onların haqqında bütün məlumatları hətda ölüm tarixi və formasını görə bilərsiniz.
Bir yerdən sonra obraz bu yazğıya əl atmış və hadisələrin gediş seyrini dəyişmiş olur.
Sirr KitabıGregory Samak · Qanun Nəşriyyatı · 201553 okunma
Bir başqa Osamu Dazai kitabı bir başqa şahəsər.
Bu əsərdə bir qızın cəmiyyət içərisində gördüyü nüanslardan bəhs edilir. Bundan əlavə olaraq bu qızın 2 il əvvəl atasını itirməsi və böyümək məcburiyyətində qalması amma kitabı oxuduqca hər dəfə bu yeniyetməlik və uşaqlığı arasına sıxışıb qalması və bu aralarada gedib gəlməsi danışılır. Bundan əlavə toplum içində insanlara baxması və onları analiz etməsi bu kitabı daha dəyərli edir.
Osamu Dazai - nin artıq ikinci kitabıdır oxuyuram çox bəyəndim. Pandora’nın Kutusu - da əldə etmişəm onu da oxumaq istəyirəm
Öğrenci KızOsamu Dazai · İthaki Yayınları · 202213,5bin okunma
Klasik Stefan Zweig əsərlərindən biri amma biraz daha bəsit sanki. Həmişəki kimi savaş və sevgi temalı bir əsər.
Əziyyətlə həkim olan biri öz müdirinin evində yaşamağa başlayır və bu zaman onun həyat yoldaşına bəzi hislər bəsləməyə başlayır hansı ki , qadının da Ludwig ə qarşı hisləri olur. Daha sonra bu həkim 2 il yaşadığı yeri tərk etməli olur və bu 2 il , 9 ilə qədər uzayır. Bu sırada həkimin müdiri ölür və həkim də bu 9 il ərzində evlənib həyat qurur. Daha sonra isə bunlar yenidən görüşür və o sevgi hisləri hələdə var olub olmadığı sorğulanır.
Geçmişe YolculukStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202533,6bin okunma