107 il əvvəl bir xalq azadlığına sahib çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti quruldu – yalnız bir dövlət kimi deyil, bir fikir, bir ideal kimi! Onun təməlində azadlıq vardı, bərabərlik vardı, milli kimliyə sahib çıxmaq vardı.
Məhəmməd Əmin Rəsulzadə və silahdaşları sübut etdilər ki, azadlıq heç kim tərəfindən verilmir, onu qazanmaq və qorumaq lazımdır. O gün atılan addım sadəcə bir dövləti qurmaq deyildi, eyni zamanda gələcək nəsillərə bir məsuliyyət qoymaq idi. Bu gün biz o məsuliyyətin sahibiyik.
Müstəqillik yalnız qeyd ediləcək bir gün deyil, hər gün yaşanacaq bir dəyərdir! Biz bunu sözlə yox, əməl ilə sübut edəcəyik. Elmimiz, sənətimiz, texnologiyamız, iqtisadiyyatımız – hər sahədə daha irəli gedərək, bu torpağa olan borcumuzu ödəyəcəyik.
Keçmişimizə sadəcə baxıb heyran qalanlardan deyil, ondan dərs alıb gələcək quranlardan olacağıq! Çünki bilirik: “Vətənini ən çox sevən, işini ən yaxşı görəndir!”