Deməli, belə. Öncəliklə, Victor Hugo yaradıcılığına başlamadan öncə bu kitabı oxuduğum üçün çox məmnunam. Çünki yazıçının həyatı, uğurlu yazıçı olma yolunda mübarizəsi, ilham qaynağı haqqında bu kitabdan yaxşı mənbə ola bilməzdi.
Əsl sevgi hekayəsini, bir insanın öz sevdiyinə olan hislərini, duyğularını, sevincini, qısqanclığını, bəzən də "üsyan"ını əks etdirdiyi üçün kitabı çox sevdim. Adelenin yerində olsam, necə olardı, nə düşünərdim deyə fikirləşmədən də oxuya bilmədim. Yazıçının 18-20 yaşında olmasına baxmayaraq, həyatı dərk etmə tərzinə, dünyaya baxış şəklinə, sevgisini ən təsirli şəkildə ifadə etməsinə heyran qaldım. Adele çox şanslı imiş :)
"Başka biçimler altında da olsa sürekli aynı şeyleri tekrar ettiğim için beni affet." Sadəcə Adeleyə qarşı hiss etdiyi dərin sevgini, hislərini sübut etmək üçün özünün də dediyi kimi səhifələrcə eyni şeyləri oxumaq kitabı mənim üçün 8/10-lik etdi.
Kitab haqqında oxuduğum digər rəylərdən fərqli olaraq mən kitabı yazarın və nişanlısının sonrakı həyatı ilə əlaqələndirərək dəyərləndirmək istəyirəm. Kitabı oxuduqca yazarın həyatı haqqında araşdırma etmiş biri kimi deyə bilərəm ki, əgər həyatlarının sonrakı mərhələlərində bir-birinə xəyanət etməmiş olsa idilər, kitabın mənim üçün dəyəri çox başqa olacaqdı. Çünki oxuduqca bəzi yazılanların əməlləri ilə təşkil etdiyi təzadı qəbul edə bilmədim. Düzdür, zamanın nə gətirəcəyi bəlli deyil, böyük danışmaq istəmirəm, amma kitabda haqqında çox bəhs etdiyi sədaqət duyğusuna sahib olmalarını görmək istərdim. Nəticədə "Ben hayatımı sadakate adadım." deyən adamdır Victor Hugo.
Bilməyənlər üçün qısaca bildirim ki, Victor Hugo həyat yoldaşı Adelenin ən yaxın dostu ilə münasibəti olduğunu öyrənir, amma buna rəğmən həyatlarının sonuna qədər evli qalırlar. Hətta məktubunda illər sonranı