📒Bir gün ağız qalı boş, bir gün dolu dad oli (olur).
gün var ki, heç zad olmaz, gün var ki, hər zad oli (olur).
bəxtin dura, baxarsan, yadlar qohum-qardaşdi,
amma bəxtin yatanda, qohum-qardaş yad oli (olur).
çalış adın gələnde rahmet oxunsun sənə,
dünyada səndən qalan axırda bir ad oli (olur).
gördün işin əyildi, durma, əkil, gözdən it,
dostun görər darıxar, düşmən görər şad olar.
Azərbaycanın və Təbrizin iftixarı - Şəhriyar