Bəzi romanlar var ki, janrı ilə, ideyası ilə və qəhrəmanı ilə oxucunu dərhal təəccübləndirir. “Hastalık Hastası Kiralık Katil” də mənim üçün məhz belə bir əsər oldu.
Romanın mərkəzində Bay Y. adlı bir kirayə qatil dayanır. O, peşəkar şəkildə insanları öldürür, amma eyni zamanda ağır bir hipokondriya ilə yaşayır. Daim özündə ölümcül xəstəliklər axtarır, hər gün yeni bir diaqnozla özünü “son günlərini yaşayan insan” kimi görür. Ən maraqlısı isə budur ki, ölümə bu qədər yaxın yaşadığını düşünən biri, başqalarının ölümünü təşkil edən bir insandır. Bu ziddiyyət romanın əsas gücünü təşkil edir.
Əsər təkcə kriminal süjet deyil, eyni zamanda fəlsəfi bir mətn kimi də oxunur. Müəllif ölüm qorxusu, varoluş narahatlığı və insanın öz bədəni ilə münasibəti kimi mövzulara toxunur. Roman boyu Dekart, Şopenhauer, Nitşe və qismən də Kamyu kimi filosoflara göndərmələr hiss olunur. Xüsusilə insanın ölüm qarşısında mövqeyi və qorxunun həyat üzərindəki təsiri bu fəlsəfi qatın əsasını təşkil edir.
Kitabın dili qara yumorla doludur. Absurd vəziyyətlər, ironik hadisələr və qəhrəmanın öz daxili monoloqları oxucunu həm düşündürür, həm də bəzən gülümsədir. Bu balans əsəri sadə bir kriminal romandan çıxarıb daha dərin bir psixoloji-fəlsəfi mətnə çevirir.
Oxuyarkən diqqətimi çəkən əsas məqamlardan biri də budur ki, Bay Y. nə qədər güclü və təhlükəli biri olsa da, öz bədəni və qorxuları qarşısında son dərəcə zəif görünür. Bu isə insanın nə qədər paradoksal bir varlıq olduğunu göstərir: bir tərəfdən nəzarət edən, digər tərəfdən isə öz içində dağılmaqda olan.
“Hastalık Hastası Kiralık Katil” qısa, amma ideyaca çox qatlı bir əsərdir. Həm qara yumor, həm də fəlsəfi dərinlik axtaran oxucular üçün maraqlı bir təcrübə təqdim edir.
9/10
Bəzi kitablar var ki, onları bitirdikdən sonra da uzun müddət insanın fikrindən çıxmır. “Last Witnesses” - “Son Tanıklar” mənim üçün məhz belə kitablardan biri oldu.
Bu kitab İkinci Dünya Müharibəsini uşaqların gözündən göstərir. Burada nə hərbi strategiyalardan, nə də döyüşlərin gedişatından danışılır. Əvəzində, müharibənin insanların həyatında qoyduğu izləri, xüsusilə də uşaqların yaddaşında açdığı yaraları görürük. Müharibə başlayanda hələ çox kiçik olan insanların xatirələri illər sonra belə eyni ağrı ilə danışılır.
Svetlana Alexievichin ən güclü tərəflərindən biri insanların səsini olduğu kimi oxucuya çatdırmasıdır. O, hadisələri izah etməyə və ya qiymətləndirməyə çalışmır; sadəcə danışanlara yer verir. Nəticədə oxucu özünü sanki həmin insanların qarşısında oturub onları dinləyirmiş kimi hiss edir. Hər bir hekayə qısa olsa da, içində bütöv bir həyat, bir itki və yarımçıq qalmış bir uşaqlıq var.
Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqam müharibənin uşaqlardan nə qədər çox şey aldığını görmək oldu. Onlar yalnız evlərini və ya yaxınlarını itirmirdilər; təhlükəsizlik hissini, qayğısızlığı və dünyaya olan sadə etimadlarını da itirirdilər. Bəzən cəmi bir neçə abzasdan ibarət olan xatirələr belə yüzlərlə səhifəlik romanlardan daha güclü təsir bağışlayırdı.
Bu əsəri oxuyarkən tez-tez düşünürdüm ki, tarix kitablarında müharibələr adətən rəqəmlər, tarixlər və nəticələr vasitəsilə izah edilir. Amma “Last Witnesses” həmin rəqəmlərin arxasında duran insanları göstərir. Kitab müharibənin siyasi və ya hərbi tərəflərindən çox, onun insan ruhunda buraxdığı izlərdən bəhs edir.
“Last Witnesses” tarixi hadisələr haqqında məlumat almaq üçün deyil, həmin hadisələrin insan talelərində yaratdığı izləri hiss etmək üçün oxunmalı olan kitablardandır. Ağır mövzusuna baxmayaraq, son
Son TanıklarSvetlana Aleksiyeviç · Kafka Yayınları · 2019421 okunma
Bir, iki - ayaqqabımın toqqası kitabı həqiqətən çox ağıllıca düşünülmüş şəkildə yazılmışdı. Mən sona qədər qatilin kim olduğunu dəqiq müəyyən edə bilmədim. Erkül Puaro isə yenə yanılmadı. Agatha həqiqətən də çox gözəl əsərlər ortaya çıxardır və bu da onlardan biridir.
Mövzu ilə maraqlananlar üçün: ↓
Bir diş həkimi olan Morley öz xəstəsini öldürdükdən sonra intihar edir. İlk başda bu sadə intihar hadisəsi kimi görünür ancaq həqiqətən elədirmi? Əminəm ki sizdə mənim kimi qatilin kimliyini sona qədər müəyyən edə bilməyəcəksiniz
(12.06.2026 - 15.06.2026)
Damdan düşən bir kral, yoxsa səltənəti ələ keçirib xalqı “xilas edən” bir təlxək?
John Steinbeck qələmini çox bəyənirəm. Komediya şouları kimi siyasi vəziyyətləri təsvir edən müəlliflərin yazılarını isə daha çox sevirəm. Bəli, bu həmin hekayədir. Sadə bir vətəndaş olan Pippin Heristal bir gün kapitalizmin tüğyan etdiyi bir dövrdə Fransada kral olur. Steinbeck ulduzları və ailəsini belə gözəl seyr etməyi sevən bir insanın başına gələnləri danışır; İstər ölkənin siyasi vəziyyəti, istərsə də (məzlum və ya xor baxılan) fəhlə sinfinin gündəmi olsun, müəllif bizə böyük ironiya ilə göstərir.
Düşmənin bizə edə bilmədiyi şeyi biz özümüz edirik. Tamahkar, dağıdıcı uşaqlar kimi ad günü tortunu hər yerə səpələyirik. s.139
Müəllif Kısa Süren Saltanat-ın həm əvvəlki, həm də sonrakı mərhələlərini təsvir edir. Ben Bir Devrimciyim-də çox bəyəndiyim bir sitat əlavə etmək istəyirəm;
İnsanın bilməli olduğu hər şeyi əzbərləməklə öyrənmək ən etibarsız və əbəs işdir. səh. 180
Mənim üçün kitab unudulamaz bir təcrübə və intellektual nəzərindən düşüncələrimi işə salmaq üçün əvəzsiz mənbə oldu deyə bilərəm; qısa və bənzərsiz bir hekayə, bir növ tragikomediya hadisələr silsiləsi olan bu kiçik həcmli hekayəni oxunulmasını tövsiyə edirəm. Müəllif məzlum fəhlə sinfi ilə adi münasibət və dramatik realizmdən kənara çıxır, tez-tez alleqorik və şən bir povest təklif edir. Hekayənin ən dərin qatlarına girəndə əslində hər bir insan ölkəsinin əsas problem vəziyyətini görə bilir və dəyişikliyi hiss edirik. Ancaq yeganə problem; Onlara şübhə toxumunun səpilməsidir. Bu hekayə, nə olacağını əvvəlcədən bilənlərin tragikomediyası idi.
Aziz ruhları şad olsun, sevenlerine sabır versin… Vatan için canlarını verdiler, kahramanlar sizleri, unutmayacağız, sizden geriye kalanlar bize emanettir.
Spoiler ola bilər.
Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.