Kitab adı kimi Yad bir üslubda incələyək bu dəfə.
Film kimi oxudum. Xəstə bir insan və hər şeydən bezən birisinin həyatını göstərirdi.
Məna, maraq sözləri çoxdur kitabda. Baş obrazımız Merso özü maraqsız biridir.
Sevdiyi belə yoxdur. Bildiyi düşündüyü, qızın əzaları, şəhvətini tətmin etmək üçün baxmaq, yatmaq, əlləmək və bu tipdə şeylər. Ona görə sevgi də mənasız idi. Belə məqsədsiz biri ilə birlikdə olmaq istəyən o qız Meri də çox ağıllı sayılmazdı. Onsuz da bir çoxu sevir belə narsist tipləri.
Adamda qısqanmaq, qorumaq anlayışı da yox idi.
İlk öncə seçimləri ilə azad yaşayırdı. Daha sonra isə öz talehinin özündən başqasının əlində olması ona bir şok oldu. Bunda belə səs çıxarmırdı. Bunda belə bezirdi.
Sən kimsən ki? Kim verib o ixtiyarı səni sevənləri üzəsən? Çünki adam mənasız yaşayır axı. Günəş onu bezdirir axı.
Vuruş və ya təslim ol. O təslim olmağı seçirdi. və təslim oldu uduzdu.
Digər tərəfdən isə, fərqlidir deyə onu bu qədər qınamalarında da insanların fərqli olanlara baxışını görmüş olduq.
Bəli o Yad idi, məqsədsiz mənasız yaşamağı seçmişdi. Niyəsi yox idi, həvəsi yox idi.
Ət parçası əslində o qədər də dəyərli deyil, onu dəyərli edən hərəkətləri, düşüncələri, davranışlarıdır qısaca onun daxilindəkilərdir.
O isə öz həyatını da bir *Яд* (Yad- Zəhər) etmişdi
“Ey başkalarının acısıyla kaygılanmayan, sana insan demek yakışık almaz…”
- Sadi Şirazi
Kitabı seçmə bacarığı olan insanlar oxusun. Təsirə düşən birisizsə ilk öncə başqa kitablar oxuyun, sonra qayıdıb belə əsərlər oxuyarsız.