Artıq həyatda təsadüflərə inanmırdım. Mənə görə, həyat səbəb və nəticə tənliyinin məntiqi həlliydi. Bu tənliyin sağ tərəfində qalan həlli və cavabı sol tərəfdəki məchulları necə seçəcəyimdən asılıydı. Həyatdan düzgün nəticələr ala bilmək üçün onun qarşıma qoyduğu çətin tənlikləri düzgün həll edə bilməliydim.
#kitabdanalıntı
Əgər siz, həyatı nemət sahibləri, bunu anlaya bilsəydiniz, üzdə qalmağı bacarardınız. Əgər siz səbəbləri nəticələrdən ayırmağı bacarsaydınız, əgər anlaya bilsəydiniz ki Peyn, Marks, Cefferson, Lenin səbəb yox, nəticə idilər, salamat qalmağı bacarardınız. Amma siz bunu başa düşmürsünüz. Çünki mülkiyyətçiliyiniz sizdəki “mən”i buxovlayır və onu həmişəlik “biz”dən ayırır.
Nəyəsə vurğun olanda vaxtın böyük hissəsini onun üzərində məşq eləməyə və işləməyə sərf edirsən. Sərf edilən zaman bacarığa çevrilir, bacarıq təkmilləşdikcə nəticələr də yaxşılaşır. Daha yaxşı nəticə insana zövq verir, vurğunluğunu daha da artırır və bu işə dağa çox zaman sərf etməsinə səbəb olur. Nəticədə fövqaladə nailiyyətlərə səbəb olan virtuoz bir dövrə yaranır.
Hersoginya cavab verdi, - burdan da belə bir nəticə çıxır:"Ah məhəbbət! Məhəbbət!Yer kürəsini fırlanmağa məcbur edən odur!"
-Bəziləri söyləyir ki,-deyə Alisa pıçıldadı,-buna səbəb hər kəsin öz işi ilə məşğul olmasıdır.