İnsan bədəni biologiya baxımından müəyyən qanunauyğunluqlarla qurulmuşdur. Sağlam bir insanda ürək qanı dövr etdirir, böyrəklər qanı süzür, ağciyərlər oksigenlə təmin edir. Heç kim deyə bilməz ki, "məndə ürək qan dövranı yerinə başqa bir vəzifəni yerinə yetirir" – bu mümkün deyil. Bu baxımdan, fiziki baxımdan sağlam olan bütün insanlar arasında müəyyən bir oxşarlıq, bir “standart sistem” vardır.
Ancaq bəzi insanlar doğuşdan və ya sonradan qazanılmış fiziki əskikliklərlə yaşamalı olurlar – məsələn, görmə qüsuru, hərəkət məhdudluğu, müəyyən orqan funksiyalarının itməsi və s. Bu hallarda insanın bədənindəki "tamlıq" anlayışı klassik anatomiya modelindən uzaqlaşır. Bu, insanın dəyərini azaltmaz, amma bədən strukturunda fərqli bir vəziyyətin mövcudluğunu göstərir.
Bu bənzətməni duyğulara və hisslərə də tətbiq etmək mümkündür. Sevmək, kədərlənmək, qorxmaq, əsəbləşmək, kövrəlmək, empati qurmaq – bütün bu hisslər insan təbiətinə xasdır. Beləliklə, fiziki funksiyalar kimi, duyğusal funksiyalar da ümumi insani xüsusiyyətlər sırasına daxildir.
Ancaq bəzən bir insanla qarşılıqlı münasibətdə olarkən içimizdə belə bir sual yaranır: “Bu insanda necə ola bilər ki, heç bir duyğu yoxdur? Niyə empati qurmur?” Cavab bəzən düşündüyümüz qədər sadə deyil. Fiziki baxımdan bir orqan necə ki, bəzən zəif işləyə və ya görünməyə bilərsə, duyğular da elədir – hər zaman üzə çıxmaz, hər kəs tərəfindən hiss edilməz. Bəzən insanın içində olan hisslər sadəcə üzə çıxmaq üçün doğru mühit və şərait tapmayıb.
Bu baxımdan mən deyərdim ki, mənəvi natamamlıq da fiziki natamamlıq kimi bir reallıqdır. Əgər fiziki bir üzvün olmaması necə ki, müəyyən funksiyaların itməsinə səbəb olursa, travmalar, qorxu, uşaq yaşda alınan yanlış mesajlar və ya mühitin təsiri də hisslərin qarşısını ala və ya onların ifadə