"Sual: - Dostluq nədir, həqiqi dost kimdir? Cavab: - Dostluq könül əlaqəsi deməkdir. Həqiqi dost elə saf güzgüdür ki, sənin nöqsanını əks etdirər, məsləhəti səndən əsirgəməz. Əksinə, ailəvi düşmən riyakarlıq və yaltaqlıqla sənin eybini başqa rəngdə bəzəyər. Həqiqətə məcazdan don gedirər. Həqiqi dost çox gec ələ gələr. Asanlıqla dostluq izhar edənlər pis günün dostu olmazlar. Belələri eyş-işrət dostu, əsl mənada yalnız həmpiyalədirlər. Yaltaq həmsöhbətlər nəfs düşkünü, fəsad işlərdə və əyyaşlıqda ədibdirlər. Öz dostundan pislik görmək ondan şübhələnməkdən yaxşıdır."
Ümidsiz yaşamaq çox çətindir, fərəhsiz ömür əsl işgəncədir.
Sayfa 336·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
– Başqa kitabları oxumaq istəmirəm. Mən artıq oxumağı bacarıram. – Sən "oxumağın" nə olduğunu düzgün başa düşmürsən. Oxumaq heç də çap edilmiş işarələri səslərə çevirmək deyil. Oxumaq daha dərinmənalı məşğuliyyətdir. Əsl oxumaq kitabın demək istədiklərini eşitməkdir, o barədə düşünməkdir, çox güman ki, hətta beynində həmin kitabın müəllifi ilə söhbət etməkdir. Kitab oxumaq dünya haqda öyrənməkdir. Sənin arzuladığın dünya deyil, real dünya haqda.
Sayfa 13 - Qanun nəşriyyatı·Kitabı okudu
Alıntı
Vətən Sahibi - əsl qəhrəman
"Vətən Sahibi” kitabı həqiqətən yaşamış və şəhid olmuş Sahibin həyatından bəhs edir. Əsər onun ailəsinin, dostlarının və döyüş yoldaşlarının xatirələri əsasında yazılıb. Kitabda Sahib dürüst, lider ruhlu, nizam-intizamlı və qərarlı bir insan kimi təqdim olunur. O, ailəsini çox sevən, dəyərlərinə bağlı və səxavətli biri idi. Sevdiyi xanımla evləndikdən sonra qurban kəsib paylaması bunu açıq şəkildə göstərir. Sahib yalnız ailəsinin deyil, kəndinin və həyat yoldaşının da qəhrəmanı idi. Kitab oxucuda həm qürur, həm də kədər hissi yaradır və vətən uğrunda canını fəda edən insanların dəyərini göstərir.
Bu kitabı yazıb ərsəyə gətirdiyi üçün Nuray Rəşidə sonsuz təşəkkürümü bildirirəm.
1000Kitap
İndi onun əsl həvəsi mütaliəyədir. Hitler “Mənim mübarizəm” əsərində yazırdı: ”O vaxtlar həddən artıq çox kitab oxuyurdum”.
Sayfa 37·Kitabı okudu
Onsuz da, həmişə fikirləşmişəm ki, yazıçının əsl işi kitab yazmaq deyil, insanları oxuya bilməkdir.
Sayfa 13 - "Parlaq imzalar" nəşriyyatı·Kitabı okudu
Edebiyat & Roman