Aristotel təbiətdəki hər şeyin arxasında bir məqsəd olduğuna inanırdı. Yağış yağır ki, bitkilər qidalansın; meyvələr yetişir ki, insan onları yesin.
•
•
•
Son günlərdə bunu çox düşünürəm. İnsanı yaşadan nədir? İnsan da təbiətin bir hissəsi olduğuna görə, Aristotelin bu fikrini özümüzə də aid edə bilərik. Sual versək, çox insan bu suala ümid, sevgi və ya inanc sözləri ilə cavab verəcək. Hər səhər bizi oyanmağa, yatağımızdan ayrılmağa səsləyən həqiqətən ümid yaxud sevgidir?
Mənə görə insanı yaşadan əsl qüvvə məqsəddir. Ümid və sevgi bizə güc verə bilər, amma bizi irəli aparan hədəflərimizdir. Həyat, bir məqsədi tamamlayıb, növbəti məqsəd uğrunda əlindən gələni etmək və bu zənciri davamlı olaraq təkrarlamaqdır.