5/10
·160 syf.··
2026 46. kitabı
·
9 saatte okudu
·
Okunma: 10 Haziran 2026 22:03
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. Bir qədər susaraq əlavə etdim: - Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol! Mən çamadanı götürüb qapıdan çıxdım" bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası? p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0750 okunma
Özgürlük
Puan vermedi·200 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021775 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Sırça Köşk
Puan vermedi·141 syf.··
2026 16. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Haziran 2026 06:13
Pulun insan həyatından daha önəmli olduğunu anlayırsan kitabı oxuduqca. Köpəklərin belə insanlardan daha yaxşı yaşadığını görürsən. Həyatda gördüyümüz və bizə artıq normallaşmış olan şeylərin normal olmadığını oxuduqca şillə kimi üzünə vurulduğunu hiss edirsən. Ona görə kitabın arxasında "zamana karşı koyan öyküler" yazılı Böbrek Nə fantastik, nə romantik, nə şişirilmə, nədə yumşalma. Bu hekayə (öykü) həyatın özüdür. Hər kəsin sənin , mənim, qonşumuzun başına gələ biləcək və ya çoxdan gəlmiş bir hadisədir. İçim yandı. Canım ağrıdı. Avni Akbulutun yaşadıklarını iliklərmə kimi hiss etdim. Çilli Bu öykünü okurken aklıma bir şey geldi. Dizilerde, filmlerde erkekle kadının nikahsız yaşamasını o kadar normalleştirdiler ki, bu gerçek hayatada yansıyor. Ama gerçek hayat öyle toz pembe değil. Babasız büyüyen çocuklar, madur olan kadınlar, intihar eden, ailede sıkıntı yaşayan insanlar oluyor. Ve sonu çoğu zaman hüsran oluyor. Güçlü kadından ziyade akıllı kadın olmak zorunda. Çünkü akıl her zaman güce karşı kazanmıştır.
Sırça KöşkSabahattin Ali · Yapı Kredi Yayınları · 202069,8bin okunma
“Səni sevirəm, çünki sənə ehtiyacım var”
8/10
·218 syf.·
2026 9. kitabı
“Səni sevirəm, çünki sənə ehtiyacım var. Sənə ehtiyacım var, çünki səni sevirəm.” (Erich Fromm) Bu kitaba rəy yazmağı çox istəyirdim, amma kitab özü deyiləcək hər şeyi o qədər aydın ifadə etmişdi ki, nə obrazları tədqiq etmək, nə də hekayəsindən bəhs etmək marağımı çəkmədi. Amma sırf hekayəsini “özümküləşdirmək” üçün qısa da olsa, fikirlərimi yazmaq istəyirəm. Skandinav ölkələrinin soyuq iqliminin sakinlərinin münasibətlərinə də əks olunduğunu bilirik. Azərbaycan modelindəki ailədə böyümüş insanlar üçün başqa mədəniyyətin ailə strukturu qəribə gəlir. Bunu bilirsiniz nəyə oxşadıram, məsələn, ilk dəfə dostunuzun evinə getmisiniz, ailəsiylə vaxt keçirirsiniz. Görürsünüz ki, ailə modelləri bir-birindən nə qədər fərqlidir. Həqiqətən də, Tolstoyun dediyi kimi “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Çoxumuzun ailəsi elə bir cür bədbəxt olduğu üçün başqasının xoşbəxtliyinin özü də zidd gəlir adama. Fərqlidir, “normal” deyil, qəribsəyirsən, amma əsas onu görürsən ki, mövcuddur, belələri də var imiş. Başqa mədəniyyətlərin ailə daxili münasibətləri barədə oxuyanda və ya nəyəsə baxanda eynilə o hissi keçirirəm. Bu kitab da məndə kiminsə evinə gizlincə girib qapının arasından içəri boylanırmış hissiyyatı vermişdi. Ən bəyəndiyim şeylərdən biri Yana obrazının özü idi. Harrietlə Oskarın münasibətindəki çatların uşağa yansıdılmasının onun gələcəkdəki xarakterinə, şəxsi münasibətlərinə, hətta görünüşünə və sağlamlıq problemlərinə əks olunmasının təsvir edilməsi əsəri emosional intellekt cəhətdən güclü edir. Həmçinin, hər obrazın perspektivindən müəyyən qədər oxuyub görmək imkanı olduğu üçün daha yaxşı empatiya qura bilir, onları qınamaqda çətinlik çəkirdim. Təkcə Oskar barədə daha çox oxumaq istəyərdim. Kitabda Harrietin ciddi
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,5bin okunma
Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış. Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır. Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma
9/10
·160 syf.··
2026 125. kitabı
Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir. Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir. Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”. Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır. O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir. Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”. Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən
ParçalanmaEmil Michel Cioran · Metis Yayınları · 2020885 okunma