Həyatın mənası haqqında heç nə deyən kitab
7/10
·283 syf.··
2025 8. kitabı
·
11 günde okudu
·
Okunma: 14 Aralık 2025 00:00
Matt Haig oxumağa bir çoxları kimi Gece Yarısı Kütüphanesi kitabıyla başlayaram deyə düşünürdüm, amma təsadüfən İnsanlar kitabı əlimə keçdi və beləcə müəllifin qələmi ilə tanışmış oldum. Kitab, yadplanetli bir varlığın Dünya-ya göndərilməsi ilə başlayır. Ona belə bir missiya verilir ki, professor Andrew Martin-in yerinə keçməli və onun etdiyi böyük riyazi kəşfin bütün izlərini Yer üzərindən silməlidir. Çünki bu kəşf insanlığın texnoloji inkişafını təhlükəli dərəcədə sürətləndirə bilər, hətta elə bir səviyyəyə çatdırar ki, nəticədə hər şey cığırından çıxa bilər. Yadplanetlini Yerə göndərən gözətçilər isə hesab edirdi ki, insanlıq hələ bu cür kəşfə, bu cür gücə mənəvi olaraq hazır deyil. Sözün açığı, bu kitab mənim həyatımı dəyişdirən bir əsər olmadı. Amma oxuduğum 11 gün ərzində mənə yaxşı yoldaşlıq etdi. Bəzən düşüncələrimin bir parçası ilə qarşılaşdım, bəzən güldüm, bəzən isə absürdlüklərini sorğuladım. Sonda isə belə qənaətə gəldim ki, müəllif elə kitabın əvvəlində düz demişdi: "Bu kitab həm həyatın mənası, həm də heç bir şey haqqındadır". Oxuyursan, görürsən ki, bir çox fikrə qatılırsan, lakin sonda bir baxırsan ki, əldə var sıfır. Sən demə zaten bildiyin şeylərdi bu oxuduqların. Qısacası, bu kitab böyük cavablar vermir sizə. Amma yenə də vaxtınızı xoş keçirmək və yaxud mənim kimi reading slumptan çıxmaq istəyirsinizsə oxuna bilər. Kitabda insanların nə qədər qəribə, ziddiyyətli varlıqlar olduğu barədə oxuyuruq. Həyatın absürd və mənasız tərəfləri göstərilir, amma eyni zamanda fərqinə varırıq ki, insan olaraq məhz bu absürdlüyün içində öz mənamızı yaradırıq. Yadplanetli üçün də yer üzündəki hər şey başda mənasız görünür – şərab içmək, musiqi dinləmək, sevgi, ailə və s. Amma zaman keçdikcə anlayır ki, bu mənasızlıq da özü bir məna daşıyır. Kitab boyunca onun yavaş-yavaş
2025 Okuma Raporları
İnsanlarMatt Haig · Domingo Yayınları · 202314,8bin okunma
İnsanları qılıncla yox inancla idarə etmək daha asandır.
8/10
·510 syf.··
Beğendi
·
2025 12. kitabı
·
10 saatte okudu
·
Okunma: 05 Kasım 2025 11:09
Vladimir Bartol Fedailerin Kalesi Alamut Vladimir Bartolun “Alamut” romanı mənim üçün sadəcə bir tarixi əsər deyil, insan düşüncəsinin, inancın və azadlığın necə asanlıqla idarə oluna biləcəyini göstərən dərin bir fəlsəfi dərs idi. Kitabı oxuduqca bir tərəfdən orta əsr Şərqinin qaranlıq, sirli atmosferinə düşür, digər tərəfdən özümə suallar verirdim: insan nəyə inanmalıdır? Həqiqət varmı, yoxsa o da yaradılmış bir illüziyadır? Əsərin mərkəzində dayanan şəxs — Hasan Sabbah — mənim üçün həm bir dahidir, həm də ən təhlükəli zalım. O, Alamut qalasında silahla yox, sözlə, inancla, aldatma ilə imperiya qurur. Onun məqsədi insanın bədəninə deyil, zehni azadlığına sahib olmaqdır. Hasan Sabbah anlayır ki, bir insanın ağlına girdinsə, onun üzərində əbədi hakim ola bilərsən. İdeologiyanın gücü və azadlığın illüziyası Romanı oxuyarkən məni ən çox düşündürən cəhət Hasan Sabbahın qurduğu ideoloji sistem idi. O, insanın əlindən azadlığını alır, sonra ona “həqiqət” adı altında saxta azadlıq qaytarır. İnsan artıq düşünmür, sadəcə inanır. Bu, insanı itaətkar, amma xoşbəxt edir. Hasan Sabbah deyirdi: “Heç nə həqiqət deyil, hər şey icazəlidir.” Bu cümlə kitabın ürəyidir. Mənim üçün bu sözlər həm azadlığın, həm də məhvin simvoludur. Çünki əgər heç nə həqiqət deyilsə, deməli, yalan da həqiqət ola bilər. İnsan artıq öz vicdanına deyil, onu inandırana inanır. Bu prinsip üzərində qurulan hər ideologiya güclüdür, amma qorxuludur. Hasan Sabbah insanı azad etmir, əksinə, onun beynini elə idarə edir ki, o, əsarətini azadlıq sanır. Qadın və şərab – inancın silahları Bartol əsərdə qadın və şərabı təsadüfi seçmir. Hasan Sabbah bu iki gücü insanın ən dərin instinktlərinə toxunmaq üçün istifadə edir. O, gənc fidailəri qadınların qucağına, şərabın sərxoşluğuna salır, sonra onlara deyir ki, “bu cənnət idi — şəhid olsanız, yenidən
Fedailerin Kalesi AlamutVladimir Bartol · Koridor Yayıncılık · 201250bin okunma
Reklam
Puan vermedi·184 syf.··
2025 163. kitabı
·
9 saatte okudu
·
Okunma: 14 Ağustos 2025 14:20
Din, eşq və humanizm fəlsəfəsi bu faciənin ruhunu yamsılayır. Hüseyn Cavid bu əsərində fanatizmi və din adından edilən ayrı- seçkiliyi kəskin tənqid etməklə dinin insanları ayırmaq üçün yox, birləşdirmək üçün mövcud olduğunu, həm Quranın, həm də İncilin insan sevgisi, mərhəmət və qardaşlıq əsasında qurulduğunu göstərir. Şeyx Sənanın faciəsi gürcü qızı Xumara könlünü verməsi ilə başlayır. Sevgilisinə qovuşmaq üçün şərab içir, boynuna xaç taxır, donuz otarır.Ancaq Quranı yandırmasını istədikdə orada İsa və Məryəmin adının da yazıldığını əsas götürərək bu işi etməkdən boyun qaçırır. Bununla da eşq üçün dinindən, şeyx vəzifəsindən imtina etsə belə, müqəddəslik hissini hələ də daşıdığını sübut edir. Yazıldığı dövrün cəmiyyətinə üsyan kimi səslənən “ Şeyx Sənan” dinlərarası tolerantlıq mövzusunun bu cür dərin təsvirini verən qiymətli bir əsərdir.
Şeyx SənanHüseyn Cavid · Qanun Nəşriyyatı · 2023134 okunma
Körpüsalanlar
Puan vermedi·160 syf.··
2025 13. kitabı
Adil və Səriyyə yeni ailə qurmuş iki gəncdir. Adilə gənc demək nə dərəcədə doğrudur (30 yaşındadır) bilmirəm amma bu dəfəlik belə olsun. Adil işində yüksəlmək üçün çabalayır, özünü işinə verir, əlindən gələni edir. Bunda da uğurlu olur - rayonlardan birində yol rəisi vəzifəsinə yüksəlir. Bu səbəbdən yoldaşı Səriyyə ilə müvəqqəti olaraq rayona köçür. Problemlər də bu hissədən sonra başlayır. Adil hərşeyi ölçüb biçən, nə zaman güləcəyini nə zaman ciddi qalacağını bilən birisdir. Yoldaşının da özünə bənzəməsini istəyir çünki doğru olanın bu olduğunu düşünür və işi üçün də bu tərz davranmaq uyğun gəlir. Səriyyə başlarda ona haqq verir amma zamanla onun "qaydalarını" yox sayır öz bildiyini edir. Getdikləri rayonda körpüsalanlarla - Soltan, Kərəmxan və Qəriblə yaxınlaşır, onlarla "dostlaşır". Belə deyim yoldaşını qoyub 3 cavan oğlanla birgə vaxtını keçirir: tenis oynayır, ayı ovuna gedir, hətta şərab içir!? Adil ondan bu barədə soruşduqda "biz bir briqadanın üzvləriyik" deyir. Axı briqada üzvü olmağın etdiklərinin hansına bəraət qazandırır? Yoldaşı olduğu halda Buldozerçi Qəribə qarşı hisslər bəsləyən bir insan, özünə bu cümlə ilə necə bəraət qazandıra bilər? “Nə üçün bizim duyğulanmız getdikcə bir-birindən bu cür uzaqlaşır? Nə üçün, o, mənim isinişdiyim, dost və yoldaş hesab elədiyim adamlara bu qədər yaddır? Bəlkə mən heç işləməyəydim? Lakin bu necə ola bilərdi? Mən özümü vətəndaşlıq hüququndan necə məhrum eləyə bilərdim?" İşləməyin bir əxlaqı olmalıdır. Adil sənin işləməyinə başdan razı idi sadəcə insanlara qarşı münasibətindən narahat idi və bunda haqlı imiş. "Yox, Adil, bu mümkün deyil! Mən bunu bacarmaram. Mən özümü sənin və körpüsalanlann gördüyü işdən təcrid eləyə bilmərəm. Bəlkə sən özün bir yol tapasan? Nə üçün sən heç öz hərəkətlərin barədə düşünmürsən? Axı,
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0749 okunma
Məscid hücrəsindən Avropaya yayılan səs
Puan vermedi·134 syf.··
2025 30. kitabı
·
15 günde okudu
·
Okunma: 09 Nisan 2025 13:50
"Hörüb çələngimi öz yığdığım çiçəklərdən Cahana qarşı hicab asmışam bəbəklərdən..." Mirzə Şəfi Vazeh Çox sevdiyim "XAN" Xatirə Ədəbiyyatı silsiləsindən 2-ci kitab. Almaniyanın Hannover şəhərindən Tiflisə gəlib burada Mirzə Şəfidən türk dilini öyrənən Fridrix Bodenştedtin onun haqqında olan xatirələrinin də dərc olunduğu "Şərqdə min bir gün" kitabından parçalar toplanmışdır. Çoxları hələ orta məktəbdə oxuduğumuz vaxtdan onu Mirza Fetali Ahundov un müəllimi kimi, o məşhur dialoqdan tanıyır. Kitabda Vazehin həyat tərzindən, təşkil etdiyi "Divani-hikmət" ədəbi məclisindən, sevgilərindən söhbət açılır, onun dilindən lirik parçalar verilir. Həm özünün, həm də Sədinin, Hafizin şeirlərindən. Fridrix bu nəğmələri öz dəftərinə köçürərək özünün Şərq macərasının qiymətli xəzinəsinə çevirir, müəlliminin ona hədiyyə verdiyi nəğmələr kitabıyla birlikdə Almaniyada nəşr etdirir. Hər nə qədər sonradan şeirlərin müəllifi olaraq özünü qeyd etsə də, vaxt keçir və hər şey aydın olur. Kitab Almaniyada bugünədək 300 dəfədən artıq çap olunub. Almanlar onun nəğmələrini Hötenin şeirləri kimi sevərək oxuyurlar. Avropada yayılan bu nəğmələr mövzu baxımdan, dinə, şəraba münasibət baxımdan oranın insanlarına bir növ Xəyyam, Hafiz təsiri bağışladığından hədsiz sevilir. Rusiyanın tərkibində ola-ola qiymət görüb məşhurlaşmayan Vazeh, Bodenştedt vasitəsilə yayılaraq neçə dilə tərcümə olunmuş və Rusiyada da tanınaraq nəğmələri ruscaya da tərcümə olunur. Çaykovski onun nəğmələrinə romanslar həsr edir, L.Tolstoy yazıçı A.Fet ilə məktublaşmasında onun barəsində maraqlanır və gözəl şeirləri olduğunu qeyd edir. Yaşadığı dövr bir tərəfdən rusların Gəncəni işğal etməsi, hətta adının belə dəyişdirilib Yelizavetpol adlandırılması, digər tərəfdən Rusiya-İran müharibələrinin başlandığı bir tarixi dövrə təsadüf edir. Dini
Mirzə Şəfi Haqqında XatirələrFriedrich von Bodenstedt · Hədəf Nəşrləri · 201421 okunma
8/10
·160 syf.··
2025 43. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Nisan 2025 09:28
İlyas Əfəndiyev qələmindən ikinci əsər oldu oxuduğum. İki əsərlə müqayisədə ilk oxuduğum əsəri daha çox sevmişdim. Körpüsalanlar əsəri Adil və Səriyyənin iş  həyatında baş verən hadisələrdən bəhs olunur. Səriyyə obrazını çox da sevmədim, həmçinin Adil obrazı + Qərib obrazını. Səriyyə evli olmasına baxmayaraq yenə digər iş yoldaşları ilə çox səmimi münasibəti, onlarla ova getməsi, şərab içməsi, Qəribə qarşı olan münasibəti və.s bu kimi hərəkətlərinə haqq qazandıra bilmədim.  Adil obrazının da müəyyən fikirlərini sevməmişdim, hansı ki, düşünürdü ki, ailədə əsas kişinin sözü keçməlidir, kişinin vəzifəsi qadının vəzifəsindən üstün olmalıdır və.s fikirləri ilə razılaşmadım. Halbuki, ailədə ilk növbədə qarşılıqlı sevgi, hörmət olsa, bu məsələlərdən danışmağa dəyməz. Ancaq buna baxmayaq Adilin səbrli davranışını alqışladım.  Digər obrazımız olan Qərib obrazını da sevə bilmədim. Əsərdə ilk dəfə Səriyyə ilə qarşılaşan zaman ona gülümsəməsi, Səriyyənin həmin günü unutmaması və.s kimi hərəkətlər. Məncə, o artıq hiss eləmişdi ki, Səriyyənin ona qarşı müəyyən hisləri var, ancaq buna baxmayaraq Qəribin də ona qarşı hislərini görə bilmək olardı + Səriyyənin evli olmasını bilirdi. Körpüsalanlar əsərinin adı da simvoldur. Burada  körpü insanlar arasında yeni münasibətlərin qurulmasını əks etdirirdi. Bu körpü bəzi insanları bir-birinə yaxınlaşdırdı, bəzilərini isə əksinə uzaqlaşdırdı. Ümumi götürsək,günümüzə xitab edən fikirləri özündə cəmləşdirdiyinə görə əsər xoşuma gəldi.
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0749 okunma
Reklam
Reklam