Xatirimdə dərin iz buraxan belə bir cəhəti xüsusilə demək istəyirəm ki, Müşfiq hədsiz dərəcədə səmimi və gözü-könlü tox bir insan,ilk görüşdən adamın qəlbinə yol açmağı bacaran,özünü sevdirmək istedadına malik şəxsiyyət idi. "Özünü sevdirmək" ifadəsini mən bəlkə də dəqiq işlətmirəm. Çünki Müşfiq özünü sevdirməyə çalışmazdı. Lakin özünü o qədər təbii və səmimi aparardı ki, onun şəxsiyyətindəki məlahət,saflıq,istedad elə ilk dəqiqələrdən şölələnər və insanın ürəyini işıqlandırardı.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
-Görəsən biz baharı bir də bir yerdə görəcəyikmi?-Müşfiq gülümsündü,mən sözümə davam etdim: -Nə ola bu günləri tutub saxlaya biləydik.
Müşfiq dərindən köks ötürdü: -Axar suları saxlamaq mümkündürsə, bu günləri də saxlamaq olar. Bu günlər ötüb keçəcək,ancaq hərə bu dünyada özündən sonra bir iz qoyub gedəcək. O izlər içərisindən bizim də izimiz olsa,deməli biz də o günlərə qoşulacağıq. Bu günlərdə yaşayacağıq.