Raksana

Raksana
@the_rensteyn
Çoxluğumda başqası təkliyimdə özüməm.
Chemical Engineering
BEU
Baku
Ganja
88 okur puanı
Eylül 2021 tarihinde katıldı
Puan vermedi·256 syf.··
2022 29. kitabı
Qaraqanı bir reper olaraq çox bəyənirdim. Artıq bir yazar olaraq da bəyənirəm. Normalda bu tip kitablar mənə anlamsız və vaxt itkisi kimi gəlirdi. Amma bu kitab kifayət qədər axıcı oldu. Kitab öz yaşadığımız ölkəni daha yaxından tanımaqda, problemləri görməkdə, gördüyümüz problemlərə yanaşma şəklini dəyişdirməkdə çox yardımçı olur. Beş milyonçu ilə olan söhbətindən sonra sırf Azərbaycanda necə milyonçu olmağı, ümumən varlı olmağın xoşbəxtlik gətirə biləcək bir qüdrətə sahib olub olmadığını araşdırır və ən əsası bu dünyaya nə üçün gəldiyimizi, sıradan bir insan olaraq davam etmək istəyirikmi kimi suallara cavab tapmağımıza qisməndə olsa köməklik eləyir. Kitabı oxuyarkən bəzi maraqlı məlumatlarla qarşılaşdım ki, oda mənim üçün çox xoş oldu. Kitabı oxuduğum müddətcə həqiqətən nələrsi düşünməli olduğumu anlayır və düşünmək istəyirdim. Kitab mənə "Birinci addım"ı atmağı öyrətdi. "İkinci addım"ı atmaq üçün elə Qaraqanın "İkinci addım"kitabını da oxuyacam. Sizə də oxumağı və bircə addımdanda olsa başlamağınızı tövsiyyə edirəm.
Düşünce
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,155 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·72 syf.··
2022 24. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Mayıs 2022 20:43
Kitab Kafkanın çox məhşur əsərlərindəndir. Oxuyub bitirdikdən sonra digər oxuduğum kitablar kimi insanların fikirlərini öyrənmək məqsədi ilə incələmələrə baxdım. Neçə səhifə oxumağıma rəğmən anlamadığım Kafkanın anlatmaq istədiyi fikirləri anladım deyəsən. Buna görə təşəkkür edirəm bir çox oxucuya. Əslində belə məşhur tipli kitabları anlamaqda çətinlik çəkirəm. Qeydə alaraq oxuduğum 25ci kitab olduğundandır bəlkədə. Hələ qabaqda çox yolumuz var. Gregor kimi bir sabah oyandığımızda özümüzü çox fərqli şəkildə görüb çox fərqli düşüncələrdə olduğumuz vaxtlar olacaq. Bəlkədə olduğumuz vəziyyətdən daha çox işimizə gec qaldığımıza görə narahatçılıq keçirəcəyik.Ailəmiz qədər əziz insanlar belə bir gün sevilməyən işə yaramaz yanlarımıza görə bizdən vaz keçə bilər məsələn. Unutmamağımız lazım olan şeylərdən birinidə Franz Kafka Dönüşüm kitabında belə bir cümlə şəklində ifadə etmişdir "İnanın yeriniz heçdə sağlam deyil"
İnsan ve Duygular
DönüşümFranz Kafka · Karbon Kitaplar · 2021267,6bin okunma
Puan vermedi·336 syf.··
Beğendi
·
2022 17. kitabı
Nə yaxşı ki, oxumuşam dediyim kitablardan oldu. Mərhəmət hissinin hər iki tərəfə necə acı verdiyinin fərqində olmağıma zəmin yaratdı. "Acımak" duyğusunu belə limitləməyi, bütün duyğular kimi qədərincə istifadə etməli olduğumuzu anladım. Və kitabın bir çox qismində empati qurmağa çalışdım. Mən teğmenin yerində olsam nə edərdim deyə düşündüm. Və onun yerində olmağın necə ağır bir düşüncə olduğunu anladım. Çünki " İnsanın vicdanını xatırladığı müddətcə, heç bir hata unudulmuş deyil". Və unuda bilməmək cəhənnəmdir.
AcımakStefan Zweig · Kent Yayıncılık · 20127,5bin okunma
Puan vermedi·80 syf.··
2022 8. kitabı
·
18 saatte okudu
·
Okunma: 12 Mart 2022 12:14
Pərişanlıq,yardım etməyin yaşatdığı böyük bir rahatlıq, nadir tapılan minnətdarlığın arxasından xəyalqırıqlığının necə yoğun bir hiss olduğunu iliklərimə kimi hiss elədim. Azərbaycanın retro mahnıları eşliyində oxuduğum bu kitaba görə təşəkkür edirəm Stefan Zweig
Edebiyat
Bir Kadının 24 SaatiStefan Zweig · Aperatif Kitap Yayınları · 2019150,8bin okunma
Eyni cümlələrdə tanışmaq
Puan vermedi·190 syf.··
2022 3. kitabı
Kitabı bacım kitabxanadan götürmüşdü. Üz qabığı və adı çox maraqlı gəldi. Amma bundan ziyadə kitabı oxumuş birinin ilk səhifəyə yazdığı not fikrimi cəlb etdi."Unutma ki, sən həyatın mərkəzindəsən...Özünü kitab oxuyaraq müsbət->istiqamətdə dəyişəsən... İnşAllah. Bəlkə də kitabdakı dünyanı dəyişmək istəyən insan sənsən??? 30.08.2017" Oxumağa qərar verdim. Altından xətt çəkmək istədiyin cümlələrin səndən qabaq altından xətt çəkilməsi, eyni cümlələrdə rastlaşmaq dünyanın ən xoş rastlaşması ola bilərdi.Həmin oxucunu tanımıram. Amma bəlkə də biz elə dünyanı dəyişmək istəyərkən eyni cümlələrdə rastlaşmışdıq. Kitab sevgisiylə qalın və kitabı onun üz qabığı ilə mühakimə etməyin. Bəzən ilk səhifəyə də baxın(: Ray Bradbury
Hayat ve İnsan
Fahrenheit 451Ray Bradbury · Ballantine Books · 1991108,2bin okunma